Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV məbləği satış qiymətinə daxil edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə sanksiyası, ədv məbləği, satış qiyməti,ƏDV ödəyicisi olan müəssisəyə operativ vergi nəzarəti zamanı, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilib. Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV-nin təqdim edilmiş malların satış qiymətinə daxil olub-olmamasına münasibət bildirməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə müəssisənin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.

Mənbə: vergiler.az


Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər


Print Friendly, PDF & Email