Şəhid ailəsinin üzvlərinə nə qədər vergi güzəşti tətbiq edilir?

posted in: Xəbər | 0

Övladım Vətən müharibəsində şəhid olub. Hal-hazırda dövlət məktəbində müəllim işləyirəm. Bilmək istəyirəm ki, mənə münasibətdə hər hansı vergi güzəşti nəzərdə tutulubmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Sizin muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 800 manat məbləğində azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

Mənbə: vergiler.az


Ezamiyyətdə olan işçi bunları bilməlidir

posted in: Xəbər | 0

Bu yazımızda ezamiyyətdə olan işçinin təminatlarını deyil, hüquqlarını vurğulamaq istəyirik. Hər bir halda işçi ezamiyyətə getdikdə hansı təminatları olmasını öyrənsə də, hansı hüquqlarının olması barədə tam məlumatlı olmaya bilir. Bu səbəbdən də mövzu çərçivəsində hüquqları vurğulayacağıq.

Həmin hüquqlara aiddir:

  • Ezamiyyətdə olduğu dövrdə onun əvəzinə müvəqqəti işə götürülən işçi ilə ezamiyyət dövründən artıq olmayan müddət üçün müddətli əmək müqaviləsi bağlana bilər.
  • Əmək müqaviləsi müddətli olduqda, həmin müddətin sonu ezamiyyət dövrünə düşürsə, bu halda yalnız ezamiyyət başa çatandan sonra 1 həftə ərzində müqaviləyə xitam verilə bilər. Ezamiyyət dövründə müqaviləyə xitam verilə bilməz.
  • Ezamiyyət dövründə işçinin iş yeri və orta əməkhaqqısı saxlanılır və vaxtında ödənilməlidir.
  • Ezamiyyət dövründə intizam tənbehi verilə bilməz.
  • Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, həmçinin 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağandır.
  • 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların isə yalnız razılığı olduqda ezamiyyətə göndərilməsinə icazə verilir.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Təkrar emal olunan tikinti materialları mədən vergisinə cəlb olunurmu?

posted in: Xəbər | 0

mədən vergisinin vergitutma obyekti, mədən vergisi, Vergilərin azaldılması, maliyyə sanksiyaları,məsuliyyət, Ödənilməyən vergilər,Şirkətimiz pərakəndə ticarət və çınqıl istehsalı ilə məşğuldur. “N” müəssisəsi bizə müraciət edərək xidmət müqaviləsi əsasında təkrar emala cəlb olunan sökülmüş beton parçalarının istehsal sahəmizdə xırdalanmasını xahiş edir. İstehsalat sahəmizdə beton hissəciklərinin təkrar emalına görə mədən vergisi ödəməliyikmi və materialların sahəmizə daşınması necə sənədləşdirilməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar mədən vergisinin vergitutma obyektidir.

Sorğunuzda qeyd olunan, betonun əzilib xırdalanması ilə bağlı göstərilən xidmətlər mədən vergisinin vergitutma obyekti hesab olunmur.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar.

Bununla yanaşı, sifarişçi tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı müəssisəyə təqdim olunan mal-materiallar tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq təhvil-təslim aktları və digər təsdiqedici sənədlərlə rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 213-cü və 215-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: vergiler.az


Mədən vergisi üzrə dəyişikliklər – 2022-ci il

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyiciləri,Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq.

Misal: Müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15.000 manat təşkil edib. Müəssisə il ərzində 2.900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır:

15.000 – 2.900 = 12.100 manat.

Baxdığımız misalda dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12.100 manat təşkil edir.

Mənbə: vergiler.az


1 535 536 537 538 539 540 541 2. 702