Hansı sənətkarlıq məmulatlarını hazırlayan şəxslər gəlir vergisindən azaddır?

posted in: Xəbər | 0

gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, vergi güzəşti, maliyyə sanksiyaları və faizlər, Vergi Məcəlləsi, Vergi Məcəlləsində maliyyə sanksiyaları, ƏDV, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektləri, Sahibkarlıq subyektlərinin təsnifatı, təkrarsığortalanmış əsas vəsaitlər, Məlumatların üzləşdirilməsi, kameral vergi məktubları, Aksiz vergisi, Vergi Məcəlləsində dəyişikliklər, vergi məcəlləsi, Azərbaycan Vergi Məcəlləsi,Vergi Məcəlləsinin 102.1.12-ci maddəsində milli dəyərlərin təşviqinə görə bir sıra məmulatların hazırlanması ilə bağlı vergi güzəşti nəzərdə tutulub. Bu güzəşt YUNESKO tərəfindən qeyri-maddi mədəni irs üzrə reqrezentativlər siyahısına daxil edilmiş kəlağayının istehsalına da aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göxstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.

Sorğuda göstərilən halda kəlağayı istehsalı fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlərinin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

Mənbə: vergiler.az


Kapital Bank-la UNEC arasında yeni memorandum imzalandı

posted in: Xəbər | 0

Təhsil layihələrinin inkişafına böyük önəm verən Kapital Bank 2016-cı ildə UNEC-lə birgə anlaşma memorandumu imzalamışdır. Memorandum çərçivəsində bu illər ərzində bir sıra layihələr həyata keçirilib. Əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə 24 iyun 2023-cü il tarixində ali məktəblə yeni memorandum imzalanıb.

Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov, UNEC rektoru professor Ədalət Muradov, həmçinin universitetin və bankın əməkdaşları iştirak ediblər. Kapital Bank ilə UNEC arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. Kapital Bank-ın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyən F.Hüseynov, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.

Rektor Ədalət Muradov UNEC-in Kapital Bank-la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda UNEC-in rektoru Ədalət Muradov Fərid Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Dövlət ümumi təhsil müəssisələri üçün gömrük rüsumundan azad edilən malların siyahısı təsdiq edilib

posted in: Xəbər | 0

ƏDV-dən azad olunan avadanlıqlar, gömrük rüsumu, Əməkhaqları Vahid Tarif Cədvəli“Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 767-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2000 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2025-ci il 1 yanvar tarixinədək qüvvədədir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2023-cü il 22 iyun

tarixli 203 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısı

 

Sıra

№-si

XİF MN kodu Mal mövqelərinin adı
1. 2509 00 000 0 Təbaşir
2. 3213 90 000 0 Həb, tübik, bankalar, flakonlar, tabaqlar və ya analoji formalarda və ya qablaşmalarda olan, rəssamlar, tələbələr tərəfindən istifadə edilən və ya lövhələrin tərtibatı üçün boyalar, təzələmə üçün boyalar, asudə vaxtlarda istifadə üçün boyalar və analoji məhsullar: digərləri
3. 3407 00 000 0 Uşaqlar üçün plastilin də daxil olmaqla, yapma üçün  pastalar;  pərakəndə  satış  üçün  dəst, bağlamalar şəklində qablaşdırılmış və ya lövhəciklər şəklində, nalşəkilli formada, dördyanlı uzunsov tirlər və ya analoji formalarda “diş müalicəsi mumu” və ya dişlərin surətini çıxarmaq üçün tərkiblər; gips əsasında (susuzlaşdırılmış gips və ya kalsium sulfat) hazırlanmış digər diş müalicəsi məqsədləri üçün tərkiblər
4. 3506 10 000 0 Netto çəkisi 1 kq-dan çox olmayan pərakəndə satış üçün qablaşmalarda  yapışqanlar  və ya adqezivlər kimi istifadəyə yararlı məhsullar
5. 3926 10 000 0 Dəftərxana və ya məktəb ləvazimatları
6. 4016 92 000 0 Dəftərxana pozanları
7. 7017 20 000 0 Laborator, gigiyenik və ya əczaçılıq məqsədləri üçün 0°C-dən 300°C-yə qədər temperatur inter- valında xətti genişlənmə əmsalı hər bir Kelvinə 5×10-6-dan çox olmayan digər şüşədən, dərəcələnmiş və ya dərəcələnməmiş, kalibrlənmiş və kalibrlənməmiş qablar
8. 8213 00 000 0 Qayçılar, dərzi qayçıları və analoji qayçılar və onlar üçün tiyələr
9. 8214 10 000 0 Kağızlar üçün, konvertlərin açılması və mətnlərin pozulub təmizlənməsi üçün  bıçaqlar, karandaşların yonulması üçün karandaşçərtənlər və onlar üçün tiyələr
10. 8305 90 000 0 Hissələr də daxil olmaqla, qiymətsiz metallardan dəftərxana sıxacları və dəmirbəndlər, indeksli kartoçka göstəriciləri və analoji dəftərxana məmulatları
11. 8424 10 000 0 Doldurulmuş və ya doldurulmamış yanğın-söndürənlər
12. 9017 80 100 0 Ölçü çubuqları və ruletkalar, bölgülü xətkeşlər
13. 9023 00 800 0 Başqa istifadə üçün yararsız olan, nümayiş məqsədləri üçün istifadə olunan (məsələn, tədris və ya sərgiləmə üçün) cihazlar, aparatura və modellər: digərləri
14. 9030 33 990 0 Gərginliyin, cərəyan qüvvəsinin, müqavimətin və ya gücün ölçülməsi və ya ona nəzarət üçün digər cihazlar və aparatura (yarımkeçirici lövhələrin və ya cihazların ölçülməsi və ya yoxlanılması üçün nəzərdə  tutulmuş  cihaz  və  aparaturalardan başqa): qeydedici qurğusuz, digərləri
15. 9208 90 000 0 Yarmarka orqanları, mexaniki şarmankalar, mexaniki oxuyan quşlar, musiqili mişarlar və bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan digər musiqi alətləri; ov heyvanları və quşları çağırmaq üçün hər cür düdüklər və alətlər; fitlər, şeypurlar və digər nəfəsli siqnal alətləri
16. 9405 11 002 0 Açıq ictimai yerlərin və ya nəqliyyat magistral- larının işıqlandırılması üçün istifadə olunan işıq avadanlığından başqa asma və ya divar üçün çilçıraqlar və digər elektrik işıqlandırma avadanlığı: şüşədən
17. 9506 40 000 0 Masaüstü tennis üçün inventar və avadanlıq
18. 9506 61 000 0 Tennis topları
19. 9506 62 000 0 Hava ilə doldurulan toplar
20. 9603 30 100 0 Rəssam fırçaları və yazı fırçaları
21. 9608 10 990 0 Maye mürəkkəbli və dəyişilən baloncuklular istisna olmaqla, diyircəkli qələmlər
22. 9608 20 000 0 Ucluğu fetrdən və digər məsaməli materiallardan olan qələmlər və markerlər
23. 9609 10 100 0 Bərk örtüklü qrifelli sadə və rəngli karandaşlar: qrafit qrifelli

 

Mənbə: nk.gov.az


Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, 2020-ci ildən başlayaraq Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Belə ki, bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.

Layihə çərçivəsində paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən artıq işsiz, əlil, qazi, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 540 541 542 543 544 545 546 2. 702