Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

vergi öhdəliyiMən fiziki şəxs kimi xaricdən minik avtomobili gətirib Azərbaycanda satmaq istəyirəm. Bu zaman hansı vergi öhdəlikləri yaranır və vergi hecə hesablanır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vurğulanıb ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Aksiz vergisindən azadolmalar


Bir sıra kənd təsərrüfatı məhsulları idxal rüsumundan azad edilib

posted in: Xəbər | 0

idxal rüsumuNazirlər Kabinetinin məlumatına əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 32 nömrəli Qərarı baş soğan və şalot soğanın idxalının 2023-cü ilin 1 may tarixinədək idxal gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.

“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur.

Mənbə: vergiler.az


Qədim Yunanıstanda vergi siyasəti (I hissə)

posted in: Xəbər | 0

Dövlət – bu, ali hakimiyyətə malik olan və müəyyən bir ərazidə konkret maraqların (sinfi, ümumbəşəri, dini, milli və s.) həyata keçirilməsinə yardım edən tarixən formalaşmış təşkilatdır. Lakin heç bir dövlət vergilər, yığımlar və rüsumlar (bundan sonra vergilər) tutulmadan normal mövcud ola bilməz; digər tərəfdən vergilər – bu, dövlətin ən mühüm xüsusiyyətlərindən biridir.

Onlar dövlətlə birlikdə meydana çıxıb və onlardan dövlət orqanlarının saxlanması və funksiyalarının təmin edilməsi üçün əsas maliyyə mənbəyi kimi istifadə edilib. O vaxtdan bəri dünyada çox şeylər dəyişib, dövlətin vəzifə və funksiyaları yeni xüsusiyyətlər qazanıb. Bununla belə, vergilərin dövlətin fəaliyyətini təmin edən vəsait mənbəyi kimi əsas məqsədi, onların rolu birmənalı olmasa da, qorunub saxlanılmışdır.

Vergi sahəsində dövlətin siyasi məqsədi onun dövlətin mövcudluğunun ümumi mənasını mahiyyətcə müəyyən edən funksiyalarını təmin etməkdir.

Zaman keçdikcə subyektlərdən vergilərin yığılması prosesi Qədim Yunanıstanda dövlətçiliyin formalaşmasının ilkin mərhələsində olduğu kimi iqtisadi deyil, siyasi xarakter almışdı və son nəticədə sözügedən cəmiyyətdə və ya konkret ərazidə güc amilini müəyyən etmişdi.

Klassik formada vergi siyasətinin tarixinə qədim Yunanıstandan başlamaq olar. Afina demokratiyası, şübhəsiz ki, fərqli bir fenomen olaraq, digər Avropa dövlətlərinin tarixində birbaşa analoqu olmayan bir sıra dövlət və sosial qurumlar yaratmışdı.

Bunlara yunan sivilizasiyasının inkişafının ilkin mərhələsində vətəndaşları dövlətlər-polislər daxilində birləşdirmək üçün vacib bir siyasi vasitə və əslində yunan dövlətçiliyinin əsasını təşkil edən Afina vergi sistemi daxildir.

Əgər ona e.ə. VII və IV əslərdə vətəndaşın və cəmiyyətin xüsusi ifadəsi kimi baxa bilməsək, belədə Qədim Yunanıstanın vergi sistemini başa düşmək çox çətindir. Yunan sivilizasiyasının inkişafının ilkin mərhələsində sosial strukturlar zəif təşkil edilmiş və basilev-çarların nəzarəti altında idi. Əmlak vəziyyəti e.ə. VII əsrə qədər torpaq sahəsinin ölçüsü və mal-qaranın sayı ilə müəyyən edilirdi. Pulların zərb olunmasına yalnız e.ə. VII əsrdə başlanmışdı.

Erkən tiraniya dövründə gəlirin 1/10 və ya 1/20 hissəsinə çatan gəlirlərə vergilər tətbiq edilmişdi. Torpaq mülkiyyətindən də vergilər tutulurdu.

Bu, tiranlara muzdluların saxlanmasına və lazım olduqda istehkamların tikilməsinə, məbədlərin, şəhər divarlarının inşasına, su kəmərlərinin çəkilməsinə, su quyularının qazılmasına, sütunların ucaldılmasına, yolların çəkilməsinə, şənliklərin təşkilinə və digər məqsədlərə pul xərcləməyə imkan verirdi.

Sonrakı sosial və əmlak təbəqələşməsi e.ə VII-VI əsrlərdə Attikada çox intensiv şəkildə davam etmişdi. Əcdadları zadəgan olanlar, nəhayət, öz imtiyazlarını təmin edərək, evpatridlər adlanan, yəni, “ataları zadəgan olanlar” xüsusi bir təbəqə təşkil etmişdi.


Cəmiyyətimiz uçotsuz fəaliyyət göstərə bilərmi?


Evpatridlərin qapalı hakim elitasına qarşı, azad Attika əhalisinin qalan hissəsi – demoslar çıxış edirdi. Demos heç də birmənalı deyildi. Onun tərkibinə öz sahələrində işləyən kiçik və orta kəndlilər, onsuz da torpaqlarını itirmiş fetlər, kiçik sənətkarlar, varlı ticarət və sənətkarlıq təbəqələrinin nümayəndələri – tacirlər, sənətkarlıq müəssisələrinin sahibləri, inkişaf etməkdə olan dövlətdə evpatridlərin tutduğu yeri tutmağa çalışan gəmi sahibləri daxil idi.

Qədim yunan cəmiyyətində az sayda ictimai institutlar var idi. Məhkəmələrə, müəyyən bir qanunun aliliyinin təmin edilməsinə, bazara, hərbi təşkilatlara və xarici əlaqələrin nizamlanması tədbirlərinə nəzarət edilməsinə ehtiyac var idi.

Bundan əlavə, şəhər təsərrüfatını və liman obyektlərini normal vəziyyətdə saxlamaq lazım idi. Bunun üçün isə vəsaitlərə ehtiyac duyulurdu. Vətəndaşlar öz sosial strukturlarının fəaliyyətini müxtəlif üsullarla və yalnız qismən vergitutma yolu ilə təmin edirdilər.

Sahilləri qorumaq üçün tələb olunan gəmilərdə vəziyyət fərqli idi. Belə hallarda Afinada vətəndaşlar və ya çox güman ki, yalnız varlı vətəndaşlar qruplara (navkrarii adlanan) bölünürdülər, onların hər biri bir gəmini təchiz edirdi.

Afina dövlətində birbaşa və daimi vergilər mövcud deyildi və dövlətin ehtiyacları üçün lazım olan böyük məbləğlər birdəfəlik dövlət istiqrazları nəticəsində axtarılıb tapılırdı. Dövlət ehtiyacları üçün bu vəsait mənbələrindən biri liturgiyalar idi – ən varlı vətəndaşların üzərinə düşən vergi vəzifələri.

Liturgiyalar institutunun yaranması Afina ilə əlaqələndirilməlidir: sonralar bu institutlar digər yunan şəhərləri tərəfindən nümunə kimi qəbul edilmiş və dəyişilmiş formada olsa da, ikinci həyatını ellenist dövrlərində qazanmışdı. Liturgiya problemi daha çox birbaşa Afina demokratiyasının tarixi ilə bağlıdır: liturgiyalar sonuncunun doğuluşu ilə yaranmış və elə onun məhvi ilə də yox olmuşdu.

Həmçinin, dövlət xərcləri üçün vəsaitlər torpaq, mədən kimi kommunal mülkiyyətdən, gömrük rüsumlarından, əcnəbilərdən alınan vergilərdən, satış vergilərindən, məhkəmə rüsumlarından və cərimələrdən daxil olurdu.

Bu gəlirlər kifayət etmədikdə onlar gəlirdən, o cümlədən kənd təsərrüfatından əldə olunan gəlirdən vergi alırdılar. Attika və Afina ərazisində xüsusi vergi – metekion, meteki isə digərləri (yerli Attika əhalisinin qan qohumluğu ilə müəyyən edilən fila, fratriya və qəbilələrə qəbul edilməyən digər icmaların yerliləri) tərəfindən ödənilirdi.

E.ə. V əsrdə Afina fəal xarici siyasət yürütməyə və çoxsaylı müharibələr aparmağa başlayanda, vəziyyət kəskin şəkildə dəyişdi. Müharibələr zamanı hərbi xidmət yükünü daşıyan, yaralanan və onların uğrunda həlak olan sadə vətəndaşlar polisdən (şəhər-dövlət) diet (pul müavinəti) tələb etməyə başladılar.

Beləliklə, maliyyə təsərrüfatında belə bir vəziyyət yaranmışdı: aşağı təbəqələr diet alırdılar, orta təbəqələr heç nə almırdı, lakin, həm də heç nə ödəmirdilər, zadəganlar vergi rüsumları (liturgiyalar) öhdəliyi daşıyırdılar.

Afinada başqa bir əhəmiyyətli dəyişiklik eramızdan əvvəl V əsrin əvvəllərində baş vermişdi. Təxminən 483-cü ildə orada böyük bir donanma inşa edilmişdi və eramızdan əvvəl 478-ci ildə farslara qarşı yönəlmiş yunan dövlətlərinin müdafiə dəniz birliyi yaradılmışdı və daha sonra Afina dəniz dövlətinə çevrilmişdi. Donanmanın yaradılması Lavrionda yeni gümüş yataqlarının kəşfi sayəsində mümkün olmuşdu. Femistokl bu mədənlərdən əldə olunan nisbətən yüksək gəlirləri vətəndaşlar arasında bölüşdürməmək, yüz varlı vətəndaşdan ibarət birliklərin hər birinə həmin dövr üçün ən müasir bir hərbi gəmi – triyerin inşasından ötrü bir talant (ölçü vahidi) verilməsini tövsiyə etmişdi. Pul ola bilsin ki, gəminin inşası üçün çatırdı, amma, təchiz olunması üçün kifayət etmirdi. Beləliklə, sahibkarlar çatışmayan vəsaiti öz ciblərindən ödəməli olurdular.

Bu institut trierarxiya adlandırılmışdı və sonrakı dövrdə Afinada böyük rol oynamışdı. Trierarxiya e.ə. 6-cı əsrin sonundan 5-ci əsrin əvvəllərinə qədər sayı artmağa başlayan çoxsaylı liturgiyalardan biri idi.


II hissəyə nəzər yetirin


Kapital Bank-ın daxili ipotekası daha sərfəli oldu!

posted in: Xəbər | 0

Kapital Bank daxili ipotekaKapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

İpoteka kreditinin minimal məbləği 20 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 15%-dən başlayır. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, əmək haqqı, təqaüd, həmçinin sahibkarlıq və ya peşə fəaliyyəti üzrə gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

Kapital Bank-ın partnyor tikinti şirkətlərindən çıxarışsız mənzillərlə yanaşı ilkin qeydiyyat sənədi olan mənzilləri də əldə etmək mümkündür. Belə olan halda kreditləşmə çıxarışı olan mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Müştərilər  https://ipoteka.kapitalbank.az saytında onlara düşəcək məbləği öncədən müraciət etməklə müəyyən edə bilərlər, həmçinin digər bir müraciət vasitəsi olan (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


1 567 568 569 570 571 572 573 2. 686