Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir

posted in: Xəbər | 0

QR nağdlaşdırma,Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat funksiyanı təqdim edir. Belə ki, artıq Müştəri Bank istifadəçiləri həm iOS, həm də Android əməliyyat sistemli cihazlar üzərindən mümkün olan QR nağdlaşdırma vasitəsilə nağdlaşdırma əməliyyatını birbaşa cari hesabdan edə biləcəklər.

Yenilik sayəsində artıq sahibkarlar filiala gəlib vaxt itirməyəcəklər, həmçinin cari hesabdan vəsait nağdlaşdırmaq üçün çek kitabçasını gətirmək, onu doldurmaq, imzalamaq kimi işlərdən azad olunacaqlar. İndiyədək bu proses yalnız kart hesabından mümkün idi. QR vasitəsilə cari hesabdan nağdlaşdırma əməliyyatını Kapital Bank-da hesabı olan və Müştəri Bank sistemindən istifadə edən sahibkarlar və hüquqi şəxslər həyata keçirə bilərlər. Xidmətdən istifadə etmək üçün keçid – https://onelink.to/ej5bbu.

Qeyd edək ki, Müştəri Bank tətbiqi vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: ölkədaxili və ölkəxarici köçürmələr, büdcə ödənişləri, əməkhaqqı kartlarına mədaxil, biznes kartlarının sifarişi, mobil POS-terminalların sifarişi və istifadəsi, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, QR vasitəsi ilə biznes kartlardan nağdlaşdırma və s.


Sərnişin və yük daşınması ilə məşğul olan sahibkarlar hansı halda əmlak vergisindən azaddır?

posted in: Xəbər | 0

yük daşınması, Sərnişin daşınması, əmlak vergisi,Respublika daxilində sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini daha çox iki sual maraqlandırır:

1) 2022-ci il üçün əmlak vergisi bəyannaməsi təqdim edilməlidirmi?

2) Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər balansında 1.000.000 manatdan yuxarı dəyəri olan nəqliyyat vasitəsi üçün əmlak vergisi ödəməlidirlərmi?

Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 218.4-cü maddəsinə əsasən:

Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Deməli, respublika ərazisində sərnişin və yük daşınması ilə məşğul olan şəxslər dövriyyələrindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi hesab olunur və fərqlənmə nişanını əldə edərək fəaliyyət göstərirlər. Onlar öz istəkləri ilə könüllü formada ƏDV ödəyicisi də ola bilərlər. Lakin bu halda vergitutma obyektləri dəyişir.

Vergi Məcəlləsinin 219.5.-ci maddəsində göstərilib ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

Maddədən aydın olur ki, sadələşdirilmiş vergi ödəyicisi əmlak vergisi ödəyicisi olmaqdan azad edilmir. Yəni sadələşdirilmiş vergi ödəyicisləri həm də əmlak vergisinin ödəyiciləridir. Buradan belə nəticə alınır ki, sərnişin və yük daşınması ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri öz balansında olan əsas vəsaitlərin məbləğindən asılı olmayaraq, əmlak vergisinin də ödəyiciləri sayılırlar. Onlar əmlak vergisini ödəməli və əmlak vergisi bəyannaməsini təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Balansında 1.000.000 manatdan artıq dəyərdə əsas vəsaiti olan mikro sahibkar isə əmlak vergisindən azad edilmir və əmlak vergisini ödəməlidir. Vergi ödəyicisi mikro sahibkar deyilsə, əmlak vergisini balansında olan əsas vəsaitlərin dəyərindən asılı olmayaraq ödəməlidir.

Nəticə olaraq qeyd edək ki, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər bütün hallarda əmlak vergisi bəyannaməsini təqdim etməlidirlər.

Mənbə: vergiler.az


Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV məbləği satış qiymətinə daxil edilirmi?


Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV məbləği satış qiymətinə daxil edilirmi?

posted in: Xəbər | 0

Maliyyə sanksiyası, ədv məbləği, satış qiyməti,ƏDV ödəyicisi olan müəssisəyə operativ vergi nəzarəti zamanı, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq edilib. Maliyyə sanksiyası tətbiq edilərkən ƏDV-nin təqdim edilmiş malların satış qiymətinə daxil olub-olmamasına münasibət bildirməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə müəssisənin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.

Mənbə: vergiler.az


Gəlir vergisi üzrə maliyyə sanksiyaları və faizlər


Dünyanın ən böyük kreditor-borclu ölkələri açıqlandı

posted in: Xəbər | 0

kreditor-borclu ölkələrDünya Bankının iqtisadçıları, Uilyam və Meri Kollecindəki AidData tədqiqat layihəsi, Harvard universiteti və Almaniyanın Kil şəhərindəki dünya iqtisadiyyatı institutunun araşdırmasının nəticələrinə görə, son onillikdə Çin ABŞ-ı ötərək, inkişaf etməkdə olan ölkələrin ən böyük kreditoruna çevrilib.

2000-2021-ci illər ərzində ÇXR ciddi borc problemləri ilə üzləşən 22 ölkəyə təxminən 240 milyard dollar təcili yardım istiqamətləndirib. Söhbət Argentina, Pakistan və Nigeriyadan gedir. Borc çətinliyi olan dövlətləri xilas etmək üçün kredit mənbəyi olaraq Pekin Mərkəzi bankının böyük ehtiyatlarından –  bunlar 3,3 trilyon dollar qiymətləndirilir – istifadə edir.

Kreditlərin əksəriyyəti Çin Xalq bankının (ÇXB) svop-sazişləri vasitəsilə verilib – faktiki olaraq bunlar mərkəzi banklar arasında yuanla aşağı faiz dərəcəsi olan kreditlərdir.  Pekin bir neçə il ərzində ehtiyacı olan ölkələrə Beynəlxalq valyuta fondundan (BVF) daha böyük həcmdə maliyyə yardımı göndərib. Analitiklər bu cür sazişlərin bağlanmasının məqsədinin Çin valyutasının beynəlxalq ticarətdə istifadəsini stimullaşdırmaq olduğunu iddia edirlər.

Çin Mərkəzi Bankının hazırki siyasəti Dünya bankının keçmiş baş iqtisadçısı Karmen Reynhart tərəfindən tənqid edilib. Ekspert borclu ölkələrin xilasını ciddi böhran və bu ölkələr üçün uzunmüddətli borc çətinliklərinin başlanğıcı kimi qiymətləndirir. Bundan əlavə, onun fikrincə, ÇXR borcların artması səbəbindən daha ciddi maliyyə problemləri ilə üzləşən yoxsul ölkələrin problemlərini həll etməyə çalışmır.

Reynhartın bu fikri ilə Amerika rəsmiləri də razılaşırlar. Çinin inkişaf etməkdə olan ölkələri borc tələsinə saldığını və indi həmin ölkələrin BVF-dən kömək istədiklərini vurğulayıblar.

Bir il əvvəl Dünya bankı məlumat vermişdi ki, Çin hakimiyyətinin son onilliklərdə həyata keçirdiyi inkişaf etməkdə olan ölkələrə kütləvi kreditləşdirmə siyasəti bir çox hökumətlərin borclar üzrə ödənişləri dayandırmasına səbəb olub. 2008-ci ildən bəri gizli defoltlar nəzərə alındıqda, Çin 71 kredit restrukturizasiyası ilə üzləşib, yəni, əslində borcların ödənilməməsi ilə qarşılaşıb. Afrika ölkələri, eləcə də Kuba, İraq, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Tacikistan, Venesuela borcları ödəməyən ölkələr sırasındadır.


1 569 570 571 572 573 574 575 2. 702