Video: “2023-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək dəyişikliklər”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “2023-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək dəyişikliklər” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

17 Dekabr tarixində təşkil edilən, 200-dək mühasib və vergi ödəyicisinin qoşulduğu vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2022-ci il ərzində təşkil etdiyi 6-cı ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı, vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malik təlimçi Azər Qənbərovdur.

O, UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.

Keçidə daxil olmaqla, Azər Qənbərovun təlimlərinə nəzər yetirərək, qeydiyyatdan keçə bilərsiniz: https://www.muhasibat.az/vergi-kurslari/

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığı vaxtdan bu günədək 1500-dən çox tələbə və dinləyicisi olmuşdur.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. 2023-cü ildə isə, ödənişsiz təlimlərin sayının daha da artması hədəflənib. Çünki məktəbin əsas missiyası, mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi ödənişli və ödənişsiz təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/


Əmək münasibətləri və onun tərəfləri

posted in: Xəbər | 0

Əmək münasibətləri nədir? Onun tərəfləri kimlərdir? Əmək münasibətləri nə vaxt və necə meydana çıxır?  Bunlar barədə muhasibat.az sizə təqdim edilən bu məqaləsində danışacağıq.

Əmək münasibətləri anlayışı

Əmək münasibətləri anlayışı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1 maddəsində şərh olunub. AR ƏM  əmək və onunla əlaqəli münasibətləri tənzimləyən əsas qanunvericilik aktıdır.  AR-in uyğun qanunları, müvafiq icra hakimiyyəti orqanlarının  normativ hüquqi aktları, beynəlxalq müqavilələr də belə tənzimləyici aktlara, həmçinin aiddir. Onların məcmusu respublikamızın əmək qanunvericiliyi sistemini təşkil edir.

Digər münasibətlərdən xarakterik xüsusiyyətlərinə görə fərqlənən əmək münasibətləri:

  • vətəndaşın fərdi əməyi ilə müəyyən işlərin görülməsini nəzərdə tutur;
  • konkret əməliyyat yaxud tapşırığın icrası ilə məhdudlaşmır, davamlı xarakter daşıyır;
  • qarşılıqlı maraq əsasında qurulur (iş üçün ödənişlər);
  • işçinin işəgötürənlə mövcud olan əməyin təşkili sisteminə daxil edilməsini, habelə işəgötürənə tabe olmasını nəzərdə tutur;
  • müəyyən iş növünün yerinə yetirilməsi ilə bağlıdır;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işin itirilməsi, pensiyaya çıxması və s. hallarda icbari dövlət sığortası sistemi tətbiqini mümkün edir.

Əmək münasibətlərinin əhatə dairəsinə əməyin mühafizəsi üzrə münasibətlər də aiddir.

Əmək münasibətlərinin tərəfləri

İşəgötürən və işçi əmək münasibətlərinin tərəfləridir (ƏM, maddə 42). İşəgötürən işçi ilə əmək münasibətlərinə girmiş fiziki və ya hüquqi şəxsdir.

İşəgötürən anlayışını Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsi şərh edir. İşəgötürənin hüquq və vəzifələri aşağıdakı şəxslər tərəfindən həyata keçirilir:

  • işəgötürən olan fiziki şəxs;
  • müəssisənin idarəetmə orqanları yaxud onların səlahiyyət verdiyi şəxslər;
  • Azərbaycan Respublikasının mövcud hüquqi aktları ilə müəyyən edilmiş qaydada  bunu etməyə səlahiyyəti olan digər şəxslər. 

İşəgötürən tam fəaliyyət qabiliyyətlidir (AR Mülki Məcəllə, maddə 28), habelə əmək müqaviləsi (kontrakt) üzrə aşağıdakı hüquqlara malikdir:

  • tərəf kimi onun bağlamasında iştirak edir;
  • müqaviləyə xitam vermək;
  • onun şərtlərini dəyişdirmək.

İşçi, işəgötürənlə əmək münasibətlərinə girmiş şəxsdir. 15 yaşı tamam olmuş hər bir şəxs əmək münasibətlərində tərəf kimi çıxış edə bilər. Əsas şərt onun AR Mülki Məcəlləsinin 28-8 maddəsinə uyğun  fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş olmamasıdır.

Əmək münasibətlərinin iştirakçıları

AR ƏM-nin müəyyən maddələrində “əmək münasibətlərinin iştirakçıları” anlayışından istifadə edilir. Məcəllənin 15 maddəsinin “Qeyd” hissəsi bu anlayışın tərkibini müəyyən edir. İşçi və işəgötürəndən başqa onlara nümunə kimi aşağıdakıları göstərmək olar:

  • mülkiyyətçi;
  • işəgötürənin tabeçiliyindəki vəzifəli şəxslər;
  • əməyin mühafizəsi xidməti əməldaşları;
  • həmkarlar ittifaqlarının nümayəndələri və sair.

Əmək münasibətlərinin yaranması üçün əsaslar

Əmək münasibətləri işəgötürənlə işçi arasında əmək müqaviləsi əsasında yaranır. Müqavilə fərdi qaydada, elektron sənəd formada bağlanır, tərəflər arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirir.

Ailə kəndli təsərrüfatlarında, habelə ailə müəssisələrində belə münasibətlərinin tənzimlənməsi AR ƏM-nə yaxud tərəflərin mövcud qanunvericiliyə zidd olmayan mülahizələrinə uyğun aparılır (AR ƏM, maddə 258.1). Belə təsərrüfat və müəssisələrdə əmək müqaviləsi qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında bağlana bilər.

Əmək münasibətləri və mülki hüquqi müqavilələr

Bəzən əmək müqaviləsi mülki hüquqi müqavilələrlə (xidməti müqavilələr) qarışıq salınır. Bunlar fərqli münasibətləri tənzimləyir. Məsələn:

  • əmək müqaviləsi fərdi xarakter daşıyır, işçi əmək funksiyasını müstəqil, özü icra edir, mülki hüquqi müqavilə üzrə isə, üçüncü şəxsin cəlb edilməsi mümkündür;
  • mülki hüquqi müqavilədə  AR ƏM-də nəzərdə tutulmuş zəmanətlər və kompensasiyalar ödənilmir və sair.

Mülki hüquqi müqavilələr haqqında daha çox məlumat almaq üçün buraya keçid edə bilərsiniz.

Əmək münasibətləri mülki hüquqi müqavilələr ilə rəsmiləşdirilə bilməz (ƏM, maddə 2.3). Məcəllənin 7.2-3 maddəsi ilə müəyyən edilən hallar əmək münasibətləri sayılır, həmçinin tərəflər arasında mülki hüquqi müqavilələr bağlanmır. Həmin halların şərhi ilə buradan tanış olmaq olar.


“Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Sosial sığortaAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015, № 12 (I kitab), maddə 1450; 2021, № 7, maddə 711, № 8, maddə 896, № 12, maddə 1309) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci maddəyə “əldə edən” sözlərindən sonra “vətəndaşlığı olmayan şəxslər və” sözləri, “(2016-cı il mayın 1-dən 5 il müddətində)” sözlərindən sonra “, həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 14.8-ci maddə əlavə edilsin:

“14.8. Texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.”.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2022-ci il

Mənbə: president.az


Hesablama Palatasına yeni auditor təyin edilib

posted in: Xəbər | 0

mühasibat uçotu, audit, Mühasibat uçotunun təhlili, Mühasibat uçotunun auditi,Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi müzakirə olunaraq təsdiqlənib.

Onun namizədliyi parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə irəli sürülüb.

V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.

Mənbə: report.az


1 604 605 606 607 608 609 610 2. 702