Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub

posted in: Xəbər | 0

nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini dəyişib.

Rəis müavini Elmir Ramazanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Onun yerinə Kamran Səfərəliyev təyin edilib.

K. Səfərəliyev bu vaxta qədər beynəlxalq mühasibatlıq təşkilatı olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Bakı ofisində çalışıb.

Mənbə: report.az


Xeyriyyə məqsədi daşıyan xərclər gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

Xeyriyyə fəaliyyəti, Xeyriyyə məqsədi daşıyan xərclər,Bir çox vergi ödəyiciləri müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulur və müəyyən xeyriyyə aksiyalarına maddi dəstək göstərirlər. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilirmi? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.

Misal: “BB” MMC xeyriyyə məqsədilə daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30.000 manat ödəniş etməyə qərar verir. Vergi qanunvericiliyi vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsinə yol vermir.

Vergi Məcəlləsindəki bu qadağa sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.

İdman və mədəniyyət fəaliyyətləri ilə bağlı Vergi Məcəlləsində qüvvədə olan güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir.

Mənbə: vergiler.az


Çoxuşaqlı ailələrə hansı vergi güzəşti verilir?


Vebinar: Vahid bəyannamənin hazırlanması

posted in: Xəbər | 8

Təlimin adı: Vahid bəyannamənin hazırlanması.

Təlimin növü: Onlayn

Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle

Təlimdə əhatə ediləcək mövzular:
  • Fərdi sahibkar və hüquqi şəxslər üçün vahid bəyannamənin tərtib edilməsi;
  • Gəlir vergisi üzrə vergi güzəştləri və vahid bəyannamədə əks etdirilməsi;
  • MDSS haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi:
    • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaedən hesabına ödənilən müavinətin vahid bəyannamədə əks etdirilməsi;
    • Həyat yaşam sığortasına yönləndirilən məbləğlərin vahid bəyannamədə əks etdirilməsi.
  • İşsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi;
  • İcbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi;
  • Təqdim edilən vahid bəyannamə ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı.

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin İdarə Edilməsi və Təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməkdədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.


 

Çoxuşaqlı ailələrə hansı vergi güzəşti verilir?

posted in: Xəbər | 0

Mühasib vakansiyaMən 6 uşaqlı anayam. Öyrənmək istəyərdim ki, iş yerində mən və ya həyat yoldaşım hansı vergi güzəştlərindən faydalana bilərik?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əlavə olaraq Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Əməkhaqqı hesablanarkən gəlir vergisinə tətbiq edilən güzəştlər


1 640 641 642 643 644 645 646 2. 702