Əməkhaqqı hesablanmasının əsasları və vahid bəyannamənin hazırlanması

posted in: Xəbər | 8

Təlimin adı: Əməkhaqqı hesablanmasının əsasları və vahid bəyannamənin hazırlanması.

Təlimin başlama tarixi: 13.07.2022

Məbləğ: Ödənişsiz

Təlimin növü: Onlayn və əyani (Əyani iştirak üçün 15 nəfərlik yer nəzərdə tutulmuşdur)

Ünvan: Caspian Plaza

Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle/

Təlimdə əhatə ediləcək mövzular:
  • Dövlət, neft və qeyri-dövlət, qeyri-neft sektoru üzrə əməkhaqqı hesablanması;
  • Fərdi sahibkar və hüquqi şəxslər üçün vahid bəyannamənin tərtib edilməsi;
  • Gəlir vergisi üzrə vergi güzəştləri və vahid bəyannamədə əks etdirilməsi;
  • MDSS haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi:
    • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaedən hesabına ödənilən müavinətin vahid bəyannamədə əks etdirilməsi;
    • Həyat yaşam sığortasına yönləndirilən məbləğlərin vahid bəyannamədə əks etdirilməsi.
  • İşsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi;
  • İcbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi;
  • Təqdim edilən vahid bəyannamə ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı.

Təlimçi barədə: Kamalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.


Qeyd: Təlimdə aktiv şəkildə iştirak edən şəxslər sertifikatla təmin ediləcək. Sertifikatlar oflayn şəkildə Ramin Ramazanov tərəfindən təqdim ediləcək.


 

Print Friendly, PDF & Email

8 Responses

  1. İmameddin
    | Reply

    050203 7088

  2. Gunel Adigozalova
    | Reply

    0514501150.
    Onlayn kurs zamani movzu barede suallar vermek olar?

    • Muhasibat.Az
      | Reply

      Salam, bəli.

  3. Hesen Babayev
    | Reply

    İştirak etmek isterdim

  4. Babayev Hesen
    | Reply

    Ugurlar

  5. ZN
    | Reply

    Sertifikat verilir?

    • Muhasibat.Az
      | Reply

      Salam, xeyr.

  6. SHEYDA
    | Reply

    +

Leave a Reply

Your email address will not be published. Required fields are marked *