Xeyriyyə məqsədi daşıyan xərclər gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0
birbank biznes

Xeyriyyə fəaliyyəti, Xeyriyyə məqsədi daşıyan xərclər,Bir çox vergi ödəyiciləri müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulur və müəyyən xeyriyyə aksiyalarına maddi dəstək göstərirlər. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilirmi? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.

Misal: “BB” MMC xeyriyyə məqsədilə daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30.000 manat ödəniş etməyə qərar verir. Vergi qanunvericiliyi vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsinə yol vermir.

Vergi Məcəlləsindəki bu qadağa sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.

İdman və mədəniyyət fəaliyyətləri ilə bağlı Vergi Məcəlləsində qüvvədə olan güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir.

Mənbə: vergiler.az


Çoxuşaqlı ailələrə hansı vergi güzəşti verilir?


Print Friendly, PDF & Email