Səhmdar cəmiyyətlərində kənar auditin aparılması

posted in: Xəbər | 0

kənar auditin aparılması, kənar audit, müstəqil auditQanunvericiliyə əsasən, təşkilatı formasından, işçilərin sayından, dövriyyəsindən, açıq və ya qapalı olmasından asılı olmayaq istənilən səhmdar cəmiyyəti müstəqil auditdən keçməlidir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Mülki Məcəllənin tələblərinə görə, səhmdar cəmiyyətləri “qapalı” və ya “açıq” formalaşdırılır və qeydiyyata alınır.

Məcəllənin 107.6-cı maddəsində səhmdar cəmiyyətlərində kənar auditin keçirilməsi tələbləri əks olunub. Həmin maddəyə əsasən, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı 10 faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı vaxtaşırı keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası isə qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Buradan aydın olur ki, istənilən səhmdar cəmiyyəti Mülki Məcəllənin 99-cu maddəsində qeyd edilmiş sənədləri dərc edən zaman məcburi qaydada kənar (müstəqil) auditdən keçməlidir.

Bundan əlavə, Məcəllənin 100.3-cü maddəsində göstərilib ki, qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.


Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?


Bəs Mülki Məcəllənin 99-cu maddəsində hansı sənədlər qeyd edilib?

Məcəllənin 99.2-ci maddəsində göstərilib ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:

  • hesabat dövrü üzrə maliyyə göstəriciləri;
  • aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;
  • cəlb edilmiş maliyyə vəsaitləri;
  • idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;
  • idarəetmə strukturu;
  • inkişaf siyasəti;
  • səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;
  • idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər;
  • investisiyaların həcmi və mənbəyi;
  • cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;
  • ictimai layihələr.

Maddədə açıq səhmdar cəmiyyətləri üçün müəyyən istisnalar da verilib. Belə ki, mikro və kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını dərc etməyə borclu deyildir və həmçinin mikro, kiçik sahibkar olan açıq səhmdar cəmiyyətlərinin məcburi auditdən keçmək öhdəliyi yoxdur.

Deyilənlərə əsasən, ümumi şəkildə aşağıdakı nəticəyə gəlmək olar:

  • bütün səhmdar cəmiyyətləri qapalı və ya açıq olmasından asılı olmayaq illik maliyyə hesabatlarını dərc etməli və kənar (müstəqil) auditdən keçməlidir;
  • mikro və kiçik təsərrüfat subyektləri olan açıq səhmdar cəmiyyətlərinin maliyyə hesabatlarını dərc etməyə və məcburi auditdən keçmək öhdəliyi yoxdur;
  • mikro və kiçik sahibkarlıq sübyeklərində auditdən keçməmək güzəşti ancaq açıq səhmdar cəmiyyətlərinə aiddir.

Sonda onu da vurğulamağı zəruri hesab edirəm ki, digər normativ aktlara əsasən, hətta kiçik açıq səhmdar cəmiyyətlərinin də məcburi auditdən keçmək öhdəliyi yarana bilər. Bu, xüsusi hallarda olur.

Mənbə: vergiler.az


Təminat xarakterli depozitdən ƏDV tutulurmu?


Birbank taksit kart sahibləri daha çox keşbek qazanacaqlar

posted in: Xəbər | 0

Birbank taksit kart sahibləri,Birbank Visa kart sahibləri üçün yeni qazandıran kampaniya başlayıb. Şərtlərə görə Metropark alış-veriş mərkəzində Birbank partnyorlarında edilən istənilən taksit əməliyyatları üçün 10% keşbek qazana biləcəklər. 30 sentyabr 2022-ci il tarixinədək davam edəcək aksiyada hər müştəri toplam 50 AZN məbləğində keşbek qazana bilər.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank Miles isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 4000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. Birbank taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.

Birbank kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Kapital Bank Hüseyn Cavid filialını açdı


Azərbaycan və Türkiyə elektron hökumət portallarını inteqrasiya edir

posted in: Xəbər | 0

elektron hökumət portallarıSentyabrın 1-də Türkiyədə bu ölkənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı olacaq.

Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək”, – deyə o qeyd edib.

Mənbə: report.az


Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?


Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?

posted in: Xəbər | 0

Hesabatın verilməsi müddəti, hesabatın verilməsi müddətinin uzadılmasıMüəssisə tərəfindən cari vergi ödəmələri müəssisənin şəxsi hesab vərəqəsində olan yaranmış artıq ödəmələri hesabına silinmişdir. Eyni zamanda müəssisə mənfəət vergisi üzrə hesabatın verilməsi müddətinin uzadılması barədə müraciət etmək niyyətindədir. Cari vergi ödəmələri müəssisənin artıq ödədiyi vəsait hesabına silindiyi üçün vergi orqanları mənfəət vergisi hesabatının verilməsi müddətinin uzadılmasından imtina edə bilərmi?

Dövlət Vergi Xidmətindən bilidirilib ki, hesabatın verilməsi müddətinin uzadılması Vergi Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Vergi ödəyicisinin cari vergi ödəmələrinin məbləğinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə hesabına mənfəət vergisi tam ödənildiyi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mənfəət vergisi üzrə borcu olmadığı halda mənfəət vergisi üzrə hesabatın verilmə müddəti uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 74-cü maddəsi.

Mənbə: vergiler.az


Təminat xarakterli depozitdən ƏDV tutulurmu?


1 642 643 644 645 646 647 648 2. 690