Şirkətlər süni intellekt və auditdən narahat olmalıdırmı?
Texnologiyalarda əhəmiyyətli irəliləyişlər gündəlik vəzifələrimizi yerinə yetirmə tərzimizi dəyişib. Maşınların və robotlaşdırılmış platformaların mövcudluğu sayəsində indi düyməyə bir toxunuşla işinizi başa çatdıra bilərsiniz. Bu, çox asandır.
Süni intellekt işinizi əlinizdən almayacaq
Nəyin tətbiq olunacağını bilən firmalar və peşəkarlar süni intellektin öz peşələrinə inteqrasiya olunmasından narahatlıq keçirməməlidirlər. Robotlaşdırılmış mühasibat uçotu əməkdaşlarınızın məhsuldarlığı və effektivliyi barədə təsəvvürü möhkəmləndirir ki, bu da sizə onların mühasibatlıq bacarıqlarından istifadə etməyə imkan yaradır. Mühasibat uçotunun aparılması, məlumatların əl ilə daxil edilməsi və əmək haqqının hesablanması kimi təkrarlanan vəzifələr yerinə yetirildikdə, mühasiblər müştəriləriniz üçün keyfiyyətli həllər təqdim etməyə daha çox diqqət yetirə bilərlər.
Mühasibat uçotu və auditdə Sİ işçilərinizə daha çox dəqiqləşdirilmiş qərarlar qəbul etməkdə böyük şans verir və audit xidmətlərinin keyfiyyətinin səviyyəsini artırır.
Süni intellektin üstünlükləri
Ən yaxşı nəticələrin ortaya çıxarılması
Auditdə avtomatlaşdırma, robot texnikası və koqnitiv texnologiyalardan istifadə, bu yolda səhvetmə ehtimalını azaldır. Süni intellekt əl ilə daxiletmə ilə müqayisədə böyük miqdarda məlumatı daha qısa müddətdə emal edir.
“Forbes Insights”a görə, SI məlumat yığınını hər hansı bir şəxsdən və ya insan qrupundan daha sürətli və daha dəqiq bir emal edə bilir. Məsələn, çoxlu sayda icarə müqavilələri bir avtomatlaşdılmış maşın tərəfindən oxuna və diqqətlə təhlil edilə bilər və avtomatlaşdırıldıqda, meyarlar təyin etməklə lazımi məlumatları çıxara bilər.
Əməkdaşların ixtisasının artırılması
Süni intellektin daha dəqiq nəticələr verdiyi doğru olsa da, dəqiq audit qeydlərinin əldə edilməsində insan mühakiməsinin hələ də vacib olduğunu nəzərə almalısınız. Siz mühasibat uçotu tapşırıqlarınızı asanlaşdırdıqca, əməkdaşlarınızın rollarının əhatə dairəsi genişlənir. Bu da onlara öz işlərini yerinə yetirərkən, bacarıqlarını təkmilləşdirmək imkanı verir. Onlar daha qiymətli audit nəticələrini əldə etmək üçün daha dərin və daha geniş məlumatları təhlil edə bilərlər. Əməkdaşlarınız bu monoton tapşırıqları bir kənara atıb, adi öhdəliklər çərçivəsindən kənara çıxan tapşırıqları yerinə yetirə bilərlər.

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert Anar Bayramov yenilikləri şərh edib:
Xəbər verdiyimiz kimi, Kapital Bank-ın ödəniş kart sahibləri Google Pay vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. Google Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar.