Arzuladığınız evi Kapital Bank-la alın!

posted in: Xəbər | 0

Kapital Bank ipotekaKapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

İpoteka kreditinin minimal məbləği 20 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 15%, Kapital Bank-ın partnyor şirkətlərində isə 20%-dir. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

Kapital Bank-ın partnyor şirkətlərindən ilkin qeydiyyat sənədi olan mənzillər alınan zaman kreditləşmə çıxarışı olan mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Eyni zamanda illik 8%-lə 10 il müddətə də ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması və əməkhaqqının hesablanması

posted in: Xəbər | 0

Çoxnövbəli iş rejimi, Bəzi müəssisə və təşkilatlar məşğul olduqları fəailyyət sahəsinə görə gecə və axşam vaxtı da fəaliyyət göstərirlər. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlamasında çoxnövbəli iş zamanı növbələri ilə bağlı sual doğuran məsələlərə aydınlıq gətirir.

Fərz edək ki, üçnövbəli iş rejimi ilə çalışan müəssisədə növbələr üzrə iş vaxtları aşağıdakı kimidir:

1-ci növbə – saat 08:00-dan 16:00-dək;

2-ci növbə – saat 16:00-dan 24:00-dək;

3-cü növbə – saat 00:00-dan 08:00-dək.

Qeyd etmək zəruridir ki, gecə vaxtı yerinə yetirilən iş rejiminə, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddi Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilib. Lakin qərarda “çoxnövbəli iş” terminindən istifadə edilsə də, bu anlayışın izahı verilməyib. Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyul 2001-ci il tarixli 9-1 nömrəli izahatına əsaslanmaq lazım gəlir: burada çoxnövbəli iş rejimi və növbələrin müəyyən olunması öz əksini tapıb.

İzahatın 4-cü bəndinə əsasən, “çoxnövbəli iş rejimi” dedikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən, iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Onu da qeyd edək ki, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir.

Yuxarıda nəzərdən keçirdiyimiz misalda 3-cü növbədə iş saatlarının yarısından çoxu (saat 00:00-dan 06:00-dək – 6 saat) gecə vaxtına təsadüf etdiyi üçün 3-cü növbə gecə növbəsi, iş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. 1-ci növbə isə gündüz növbəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin izahatının 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya ikinövbəli iş rejimlərinə aid edilmir. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə ödənilən əməkhaqqı ilə çoxnövbəli iş rejimində çalışan işçilərə ödənilən əməkhaqqı fərqlidir.


Borcun təsisçiyə qaytarılması necə tənzimlənir?


Misal 1: Müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq iş saatları 16:00-dan 24:00-dəkdir. Tarif maaşı 600 manat olan işçinin əməkhaqqı necə hesablanma-lıdır?
Qeyd edək ki, bu müəssisədəki iş rejimi çoxnövbəli iş hesab edilmir. Burada işçilər yalnız bir növbədə işləyirlər. İzahatda göstərilir ki, belə hallarda bu iş rejimi ilə çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Aprel ayında 22 iş günü olduğunu nəzərə alsaq, bir iş saatına düşən əməkhaqqı aşağıdakı kimi olacaq:

22×8 saat = 176 saat
600:176 saat = 3,40 manat
İşçinin 2 iş saatı (saat 22:00-dan 24:00-dək) gecə vaxtına təsadüf edir.
Normal iş saatlarına görə əməkhaqqı:
(6 x 3,40) x 22 iş günü = 448,8 manat
İş vaxtının gecə vaxtına düşən hissəsinə görə əməkhaqqı:
2 x (3,40 + 20 %)x22 iş günü = 179,52 manat.
İşçinin alacağı aylıq əməkhaqqı:
448,8 + 179,52 = 628,32 manat.

Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.

Misal 2: Fərz edək ki, istehsalat və ya otelçilik fəaliyyəti ilə məşğul olan müəssisə 24 saat fəaliyyət göstərir. Bu müəssisədə üçnövbəli iş rejimi tətbiq olunur.

Növbələr aşağıdakı şəkildə müəyyən edilib:

1-ci növbə – saat 09:00-dan 17:00-dək (gündüz növbəsi)
2-ci növbə – saat 17:00-dan 01:00-dək (axşam növbəsi – gecə növbəsindən əvvəlki iş növbəsi olduğu üçün)
3-cü növbə – saat 01:00-dan 09:00-dək (gecə növbəsi – iş vaxtının 22:00-dan 06:00-dək yarıdan çoxu gecə vaxtına düşdüyü üçün)

Bu cür müəssisələrdə birinci növbə gündüz növbəsidir və həmin növbə üçün əməkhaqqı adi qaydada hesablanır. İkinci növbə axşam, üçüncü növbə isə gecə növbəsi olduğu üçün əməkhaqqına yuxarıdakı misallarda göstərdiyimiz qaydada əlavələr edilir.

Mənbə: vergiler.az


Səyahət sığortasından ƏDV tutulurmu?


Borcun təsisçiyə qaytarılması necə tənzimlənir?

posted in: Xəbər | 0

nağdsız hesablaşmalarTəsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun.

Mənbə: vergiler.az


Səyahət sığortasından ƏDV tutulurmu?


Vergi ödəyicisinin təsərrüfat subyektinin qeydiyyata alınması və icarə münasibətləri

posted in: Xəbər | 0

Təsərrüfat subyektinin qeydiyyata alınması, Təsərrüfat subyekti,Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Vəkillər Kollegiyasının üzvü Kamal Novruzov qeyd edib ki, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyəverən Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən, 14 faiz dərəcə ilə vergini özü ödəyir və Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Təsərrüfat subyekti dedikdə fiziki və hüquqi şəxsin xüsusi mülkiyyətində, balansında olan əmlakı və ya obyekti başa düşülür.

İcarə münasibətləri icarəyə verən və icarəyə götürən arasında yaranan bir mülki münasibətdir. Bu münasibətlərin tənzimlənməsi üçün öz əmlakını (obyektini) icarəyə verən fiziki və ya hüquqi şəxslə obyekti icarəyə götürən fiziki və ya hüquqi şəxslər iştirak edir. Belə münasibətin reallaşması üçün tərəflər arasında icarə müqaviləsi bağlanılır və notarial qaydada təsdiq olunur.

Qeyd eləmək lazımdır ki, icarə müqaviləsinin bağlanması üçün obyektin çıxarışının olması şərtdir.

İcarə münasibətləri tərəflər arasında gerçəkləşərkən Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd olunan bazar qiymətlərinin nəzərə alınması daha məqsədəuyğun olardı. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

Növbəti mərhələ isə ödəmə mənbəyində icarə haqlarından verginin tutulması prosesidir. Bu proses zamanı isə Vergi Məcəlləsinin 124.1-ci maddəsində qeyd olunduğu kimi daşınan və daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Səyahət sığortasından ƏDV tutulurmu?


1 653 654 655 656 657 658 659 2. 702