İcarəyə götürülmüş anbarın vergi qeydiyyatına alınması

posted in: Xəbər | 0

məcburi dövlət sosial sığorta haqqı, kirayə haqqı sosial sığorta haqqı, ezamiyyə xərcinin gəlirdən çıxılması, Ezamiyyə xərclərinin gəlirdən çıxılması, Ezamiyyə xərcləri , idxalla bağlı maliyyə sanksiyası, ixtisar edilən işçi üçün kompensasiya ödənişi, gəlir, xərc, Əsas vəsaitlər, Əsas vəsaitlərin satışı, Amortizasiya ayırmalarının gəlirdən çıxılması, Amortizasiya ayırmaları, məzuniyyətin hesablanması, Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Sahibkarlıq fəaliyyətimizlə bağlı icarəyə anbar götürmək istəyirik. İcarəyə götürülmüş anbarın vergi qeydiyyatına götürülməsi qaydaları necədir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, vergilər nazirinin 6 mart 2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.

Mənbə: vergiler.az


Amortizasiya ayırmalarının gəlirdən çıxılması


Xüsusi statuslu şəxslər barədə

posted in: Xəbər | 0

Azərbaycan Respublikası qanunvericiliyinə diqqət yetirdikdə müəyyən etmək mümkündür ki, hər bir istiqamət üzrə müəyyən şəxslərlə bağlı xüsusi status və güzəştlər nəzərdə tutulmuşdur.

Bu yazıda aktual sahələri və müvafiq güzəştləri qeyd etməyə çalışacağıq.

Mövzuya keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ölkə Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə görə hamı qanun qarşısında bərabərdir. Bu isə mövcud normaların hər kəs üçün eyni dərəcədə olmasını, lakin bəzi şəxslər üçün xüsusi statuslar verilməsinə maneə törətmir.

Qanunvericiliyə müvafiq olaraq bəzi sahələr üzrə xüsusi statuslu şəxslər və onlara tətbiq edilən güzəştləri qeyd edirik.

Sığorta qanunvericiliyi

Ünvanlı dövlət sosial yardımı alan şəxslər daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta haqqı ödəməkdən azaddır. Bu şəxslərin sığorta haqqını dövlət ödəyir.

İnzibati xəta və cinayət qanunvericiliyi

Qanunazidd əməlin hamilə qadın və ya yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi halı sanksiyanı yüngülləşdirən hal hesab edilir.

Əmək qanunvericiliyi

Hamilə, 3 yaşınadək uşağı olan qadınlar, bu yaşadək uşağı təkbaşına böyüdən kişilər, öhdəsində 18 yaşınadək sağlamlıq imkanı məhdud və ya I dərəcə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin (müddət bitməsi və müəssisə ləğvi istisna) işəgötürən tərəfindən ləğvi qadağandır. Bu şəxslər üçün müddətli əmək məzuniyyətinə əlavələr müəyyən edilmişdir. İş saatının müddəti, ağır iş şəraiti və ezamiyyət məsələlərində də güzəştlər nəzərdə tutulmuşdur.

Vergi qanunvericiliyi

Şəhid ailəsi üzvü, hərbi əməliyyatlarla əlaqədar (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan) əlilliyi müəyyən edilən şəxslər və ailə üzvlərinin gəlirləri üzrə gəlir vergisindən azadolmalar müəyyən edilmişdir.

Sosial sığorta qanunvericiliyi

Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq məcburi dövlət sosial sığorta haqqından azaddır.


Fiziki şəxsin fəaliyyət qabiliyyəti


Mənzil qanunvericiliyi

Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu şəxslər – Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş şəxslərin ailə üzvləri, yaşa görə pensiyaçılar, işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər, xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində I və ya II dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.

Dövlət rüsumu haqqında qanun

Məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddır.

Pensiya qanunvericiliyi

Prokurorluq, dövlət qulluğu, hərbi xidmət qulluqçuları, hakimlər, deputatlar, insan hüquqları üzrə müvəkkil, Mərkəzi Seçki Komissiyası üzvü, xüsusi rütbələri olan ədliyyə, fövqəladə hallar, miqrasiya işçiləri, Hesablama Palatası üzvləri üçün əmək pensiyası hesablanarkən qulluq stajına görə əlavələr nəzərdə tutulmuşdur.

Digər qanunvericilik aktları

  • Bunlarla yanaşı xüsusi güzəşt və nəzarət tələb edən məsələlər üzrə bir sıra qanunvericilik normaları da nəzərdə tutulmuşdur ki, bunlara aiddir:
  • Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanun
  • Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanun
  • Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Qanun
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanun
  • Uşaq hüquqları haqqında Qanun
  • Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Qanun
  • Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Qanun və digər normativ hüquqi aktlar.

Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti


Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

Nəzarət-kassa çeki maliyyə sanksiyası, idxal malları, mənfəət vergisi bəyannaməsi, Gəlirdən çıxılmayan xərclər, ƏDV ödəyicisi, Sadələşdirilmiş vergi ödəyicisi, Vergi bəyannamələri, Vergi bəyannamələrinin təqdim olunması, vergi öhdəliyi, Təsisçi, vergi öhdəliyi, kağız formada olan alış aktları, Malların alış aktı, Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Mənfəət hesabatı vergi ödəyicisinə vergi xərclərini optimallaşdırmaq üçün qanuni imkanlar yaradır. Bunlardan biri də amortizasiya ayırmalarının gəlirdən çıxılması ilə bağlıdır. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Mənfəət vergisinin sadələşdirilmiş vergidən üstünlüklərindən biri odur ki, gəlirdən onun əldə edilməsi ilə bağlı bütün xərcləri çıxmağa imkan verir. Dolayı yolla bu, əsas vəsaitlərin alınması ilə bağlı məsrəflərə də aiddir. Sadəcə bu məsrəflərin gəlirdən çıxılması üçün amortizasiya ayırmalarına aid Vergi Məcəlləsinin 114-cü maddəsində göstərilən normalar nəzərə alınmalıdır. Yəni sahibkar 2022-ci ildə 1.500 manatlıq kompüter almışdırsa, təbii ki, 2022-ci ilin hesabatında 1.500 manatın hamısını xərc kimi tanıya bilməyəcək, ancaq müəyyən müddət ərzində bu aktivi xərc kimi dəyərsizləşdirəcək.

Belə ki, Vergi Məcəlləsinə əsasən, dəyəri ən azı 500 manat, istifadə müddəti isə bir ildən az olmayan maddi aktiv əsas vəsait hesab edilə bilər. Məhz bu aktivlər Məcəllənin 114-cü maddəyə uyğun olaraq amortizasiyaya məruz qalır və amortizasiya xərcləri də onlar üçün hesablanmalıdır.

Mənfəət və zərər haqqında hesabatda əks etdirilə bilən amortizasiya xərclərinin məbləği Vergi Məcəlləsi ilə aşağıdakı kimi müəyyən edilir:

  • binalar – 7%-ə qədər;
  • mebel və avadanlıq – 20% -ə qədər;
  • yüksək texnologiyaların məhsulu olan kompüterlər və digər hesablama avadanlıqları – 25%-ə qədər;
  • nəqliyyat vasitələri – 25%-ə qədər;
  • digər əsas vəsaitlər – 20%-ə qədər.

Bundan əlavə, Vergi Məcəlləsinin 114.3-1, 114.3-2-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyektlərinə əsas vəsaitlərin 2 əmsalla, kiçik sahibkarlıq subyektlərinə isə 1,5 əmsalla sürətləndirilmiş amortizasiyadan istifadə etməyə icazə verilir. Bu o deməkdir ki, məsələn, mikro sahibkarlıq subyektinə aid olan vergi ödəyicisi aldığı kompüterləri digərləri kimi 25% yox, 50%; kiçik müəssisələr isə 37,5% dəyərində amortizasiya edəcək.


İxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub?


Misal: Sahibkar 31 yanvar 2022-ci ildə 1.500 manatlıq kompüter alıb. O, mikro sahibkarlıq subyekti olduğuna görə 2022-ci il üzrə mənfəət və zərər hesabatında 750 manat məbləğində amortizasiya xərcləri göstərəcək:

(1.500 x 25%) x 2=750 manat.

2022-ci ilin sonunda aktivin balans dəyəri 750 manat təşkil edəcək:

hesab dəyəri = ilkin dəyər – hesablanmış amortizasiya (1.500 – 750= 750)

2023-cü ildə o, mənfəət və zərər hesabatına daha 375 manat məbləğində amortizasiya xərcləri əlavə edəcək:

(750 x 25%)x2= 375 manat

2024-cü ildə aktivin balans dəyəri 500 manatdan az olduğu üçün (375<500) onun qalıq dəyəri tam şəkildə silinərək gəlirdən çıxılan xərcə əlavə ediləcək.

Sual yarana bilər ki, əsas vəsaitin yanvarın 31-də alınması, yəni 2022-ci ildə onun bütün il ərzində deyil, yalnız müəyyən hissəsinin istifadə olunması amortizasiya xərclərinin məbləğinə necə təsir edir?
Bu halda həmin məbləğ amortizasiya xərclərinə təsir etmir. Hətta bu aktiv 30 dekabr 2022-ci ildə əldə edilmiş olsaydı belə, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, sahibkar illik amortizasiya normasından istifadə etməklə bu aktiv üzrə illik amortizasiya ayırmalarını gəlirdən çıxılan xərc kimi tanımaq hüququna malikdir. Bundan əlavə, aktivin faydalı istifadə müddətinin bəzi ilində onun amortizasiya xərcləri mənfəət və zərər haqqında hesabata daxil edilməmişdirsə, növbəti illərin hesabatlarında nəzərə alına bilər.

Mənfəət hesabatı Vergi Məcəlləsi ilə tanış olan vergi ödəyicisinə vergi xərclərini optimallaşdırmaq üçün bir çox qanuni imkanlar verir. Sadəcə, optimallaşdırmanı vergidən yayınma ilə qarışdırmamaq vacibdir.


Fiziki şəxsin fəaliyyət qabiliyyəti


Kapital Bank regionlarda “Karyera Marafonu”na start verdi

posted in: Xəbər | 0

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank regionlarda yeni layihəyə start verdi. “Karyera Marafonu” adı altında keçirilən tədbir 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərində – Gəncə Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunda olan Tələbə parkında baş tutub.

Tədbir Gəncə şəhəri İcra hakimiyyəti, Gəncə-Daşkəsən regional Məşğulluq İdarəsi, Gəncə  Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib. Marafonun əsas məqsədi gənclərlə görüşmək, onların şəxsi inkişaflarına töhfə vermək və istedadlıları peşəkar karyera dünyasına cəlb etməkdir. Marafon çərçivəsində karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib.

“Bildiyiniz kimi Kapital Bank mütəmadi olaraq ali məktəblərdə müxtəlif karyera günləri keçirir. Bu dəfə qərara gəldik ki, regionlarda da analoji tədbirlər təşkil edək və ölkənin iri şəhərlərində olan gənclərə karyera qurmaqda köməklik göstərək. Marafonumuza ilk olaraq Gəncədən başladıq. Lakin marafon Azərbaycanın digər regionlarında da davam etdirəcəyik. Əgər Siz də bizim marafona qoşulmaq istəyirsinizsə, Kapital Bank-ın sosial şəbəkələrdəki səhifələrini izləyin və tədbirin keçiriləcəyi şəhər və məkan barədə ilk olaraq xəbər tutun”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi


1 661 662 663 664 665 666 667 2. 686