Yaşayış sahəsinin təqdim edilməsinə görə vergi öhdəliyi

posted in: Xəbər | 0

Mədən vergisi ödəyiciləri, Sadələşdirilmiş vergi ödəyiciləri,Abşeron rayonunda evim var. Evi satmaq istəyirəm. Evin satışı zamanı vergi ödəməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi (Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) -1,2 əmsal) ilə müəyyən olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

Mənbə: vergiler.az


Əmək müqaviləsinin tələb olunduğu hallar


Əmək müqaviləsinin tələb olunduğu hallar

posted in: Xəbər | 0

müddətli əmək müqaviləsi,Məlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayıb. Yeni qaydalara əsasən, əmək münasibətlərinin mövcud olduğu şərtlərdə xidməti müqavilələrin əmək müqavilələri ilə əvəzlənməsi tələb edilir.

Dövlət Vergi Xidməti qaydaların tətbiqini şərh edib.

Məlumata görə, Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Məcəllənin vəzifə və prinsiplərinə əlavə edilib. Əmək Məcəlləsində tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib.

Bu dəyişikliklərdə ən vacib və bu günə qədər mübahisə yaradan bir neçə hal var ki, həmin məqamlara xüsusi diqqət yetirmək vacibdir. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifə tutma, kvota üzrə işədüzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, bu zaman işçi ilə mütləq şəkildə əmək müqaviləsi bağlanılmalıdır.

Əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman da tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir.

Göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır.


Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti


Mülki-hüquqi müqavilələr müvəqqəti xarakterə malik olduğu zaman müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranmış münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Mülki-hüquqi müqavilələrdə tərəflərdən biri digər tərəf qarşısında əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və sair kimi öhdəlikləri öz üzərinə götürürsə, bu cür münasibətlər də əmək münasibətləri hesab olunur.

Ötən dövr ərzində Dövlət Vergi Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı hələ də bəzi sahibkarlar tərəfindən qanunvericiliyin yeni tələblərinə əməl edilmədiyi aşkar olunub. Çox zaman sahibkar işəgötürənin üzərinə düşən vergi öhdəliklərini azaltmaq məqsədilə işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayır.

Belə olan halda, həmin şəxs vergi orqanında vergi uçotuna durmağa məcbur olur və bu zaman o, artıq vergi ödəyicisi kimi dövlət qarşısında öhdəliklərini (vergi, sosial ödənişlər, bəyannamələrin təqdim olunması, həmin bəyannamələri gecikdirdiyi zaman maliyyə sanksiyaları və cərimələrin ödənilməsi) yerinə yetirməyə borcludur.

Bu cür faktlar aşkar edildikdə sahibkara vergidən yayınma halı kimi müvafiq tədbirlər görülür. Bu baxımdan, belə həssas məqamlar əmək və xidməti müqavilələrin bağlanması zamanı mütləq nəzərə alınmalıdır. Bütövlükdə, qanunvericilikdə edilmiş dəyişikliklər, biznesin fəaliyyətində “ağarma” proseslərinin sürətlənməsi, dövlət orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər əmək bazarında şəffaflaşmanın, əmək müqavilələrinin və əməkhaqqı fondunun “ağarması”nın davam edəcəyinə əminlik yaradır.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir. Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olurlar ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.

Mənbə: vergiler.az


Sahibkarlar barəsində mübahisələr


Kapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzalayıb

posted in: Xəbər | 0

Təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Kapital Bank növbəti faydalı əməkdaşlığın təməlini qoyub. Ölkənin birinci bankı bu dəfə Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq memorandumu imzalayıb.

Mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, BANM-nın rektoru Elmar Qasımov və hər iki qurumdan nümayəndələr iştirak ediblər. Yeni memorandum çərçivəsində Kapital Bank və BANM arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətləri nəzərdə tutulub.

Belə ki, tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, “Karyera günləri”nin keçirilməsi, məzunların işlə təmin olunması kimi səmərəli fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Memorandumdan faydalanan tərəf yalnız tələbələr olmayacaq. Eyni zamanda, Kapital Bank-ın əməkdaşları da müxtəlif təlimlərdə və təhsil proqramlarında iştirak etmək imkanı əldə edəcəklər.

Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, “Təhsil Avtobusu”, “Bir ideyam var”, Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər. Əgər Siz də karyeranıza Kapital Bank-da başlamaq və ya davam etdirmək, əsl peşəkar olaraq yetişmək istəyirsinizsə, portala daxil olub özünüzə şəxsi kabinet yaradıb, yeniliklərdən birinci xəbər tuta bilərsiniz.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Kapital Bank 130-cu xidmət nöqtəsini istifadəyə verdi


Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti

posted in: Xəbər | 0

Aksiz vergiləri, E-qaimə, səyyar vergi yoxlamaları,Mövzuya keçməzdən əvvəl qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslər hesab edilir. Mövcud qanunvericiliyə görə fiziki şəxs dedikdə hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi başa düşülür.

Fiziki şəxslər mülki hüquq münasibətlərində həm hüquq, həm də fəaliyyət qabiliyyəti əsasında iştirak edirlər. Bu hissədə hüquq qabiliyyəti barədə izah verməyə çalışacağıq.

Mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bu qabiliyyət bütün fiziki şəxslərdə eyni dərəcədə müəyyən edilir. Bu hüquq qabiliyyəti şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Qanunvericiliyin mövqeyinə görə beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.

Onu da qeyd edək ki, şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, şəxsin hüquq qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi, hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş əqdlər bağlanması da əhəmiyyətsizdir.

Qanunvericiliklə hüquqi şəxslər üçün də mülki hüquq qabiliyyəti müəyyən edilmişdir. Hüquqi şəxsin hüquq qabiliyyəti dövlət qeydiyyatına alındığı andan yaranır və bu qabiliyyətə əsasən hüquqi şəxs mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması tələb olunan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan (və ya lisenziyada göstərilən vaxtda) əmələ gəlir. Bu hüquqa isə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

Hüquqi şəxs ləğvetməyə başlamışdırsa, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd (hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan) olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.


Sahibkarlar barəsində mübahisələr


1 664 665 666 667 668 669 670 2. 686