Kuba haqqında bilmədiyimiz 10 maraqlı fakt

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

15-ci əsrin sonuna qədər avropalılar Kubanın mövcudluğu barədə heç nə bilmirdilər və Kolumb ilk dəfə onun sahillərinə yan aldıqda, əvvəlcə bu torpağı Yaponiya hesab etmişdi, sonra isə həmin adaya ispan şahzadəsinin şərəfinə Xuan adı vermişdi.

Kuba Respublikası 1500-də çox adaları əhatə edir: Karib dənizində eyni adlı ən böyük adadan tutmuş, mikroskopik və mərcan adalarına kimi.

Mahiyyətcə yerli əhalidən xatirə kimi yalnız onun adı qalıb – ispan müstəmləkəçiləri taino hindularını kütləvi şəkildə məhv etmişlər. Onların dilindən tərcümədə “Kuba” sözü ya “məhsuldar torpaq”, ya da “böyük yer” anlamına gəlir.

Kubada 330 gün ərzində günəş parlayır, belə ki, nadir, lakin güclü tropik yağışları yerli sakinlər təbii fəlakət kimi qəbul edirlər. Həmin günlərdə onlar evdən bayıra çıxmamağa üstünlük verirlər. Həmin səbəbdən yağışlı günlərdə kubalılar hətta məktəbə və işə də getməyə bilirlər.

İsti və rütubətli iqlim səbəbindən kubalıların bir çoxlarının evlərindəki pəncərələrin şüşəsi olmur. Şüşənin yerinə onlar taxta və ya metal jalüzlərdən istifadə edirlər: bu cür evlər daha yaxşı havalandırılır.


Mühasibat balansının əhəmiyyəti və funksiyaları


Dünyanın ən balaca quşu – kalibri-arı quşları yalnız Kubada məskən salıb. Quyruğu və dimdiyi ilə birlikdə onun uzunluğu 5-6 sm-ə, çəkisi isə dəvəquşu lələyinin ağırlığından da az, 2 qrama yaxın olur. Əvvəllər Kubanın 1 peso nominalında olan metal pulunun üzərində kalibri quşu təsvir olunurdu.

Kubalıların maaşları çox azdır – ortalama ay ərzində 30-50 ABŞ dolları, ilkin zəruri ərzaq məhsulları isə bu ölkədə kartoçka sistemi ilə verilir. Ay ərzində bir nəfər 1 litr bitki yağı, 10 yumurta, 2 kq şəkər və düyü, bir qədər ət, toyuq, balıq və kolbasa əldə edə bilər.

Kubada internetin sürəti çox zəifdir və həm də çox bahalıdır: ev şəraitində internet şəbəkəsində bir saatlıq istifadə üçün 1 dollar ödəyirlər, səhifələr çox ləng açılır, videolara baxmaq isə ümumiyyətlə baş tutmur. Sürətli interneti yalnız Havanadakı otellərdə tapmaq mümkündür ki, bu zaman 1 saatlıq istifadə üçün 15 dollar ödəmək lazım gəlir.

Kubada orta ömür ABŞ-dakından yüksəkdir – 80 yaş və kubalılar ilk növbədə buna görə yaxşı inkişaf etmiş və əlçatan səhiyyə sisteminə borcludurlar. Ölkə əhalisi bütün xidmətləri pulsuz əldə edir: ilkin məsləhətdən tutmuş, mürəkkəb cərrahi əməliyyatlara qədər.

Azadlıq Adasında koka-kola ala bilməzsən: çünki inqilabdan sonra, 1960-cı ildə onun satışı qadağan edilib. Kolanın satışının qadağan olunduğu ikinci bir ölkə KXDR-dir.


İqtisadiyyatda dempinq: mahiyyəti, səbəbləri və nəticələri


Print Friendly, PDF & Email