Hüquqi şəxs icarəyə götürdüyü dövlət torpağı üçün vergi ödəməlidirmi?

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi, tikinti mühasibi, Mühasib köməkçisi, vakansiya, Mənzillərin ümumi sahəsi, torpaq vergisi, əməkhaqqı, məzuniyyət, əməkhaqqının hesablanması, royalti, qeyri-maddi aktivlər, Mühasibatlığın əhəmiyyəti, ibrətamiz ifadələr, Mühasibatlıq,Hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icarə haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?

Dövlət Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

“Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Qeyd olunanlara əsasən, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci maddələri və Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanunu.

Mənbə: vergiler.az


Elektron qaydada rəsmiləşdirilən təsərrüfatdaxili əməliyyatların uçotu kağız daşıyıcısında aparılmalıdırmı?


Elektron qaydada rəsmiləşdirilən təsərrüfatdaxili əməliyyatların uçotu kağız daşıyıcısında aparılmalıdırmı?

posted in: Xəbər | 0

minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMüəssisə sərinləşdirici içkilərin istehsalı ilə məşğul olur və istehsal fəaliyyəti zamanı material dəyərlilərinin təsərrüfatdaxili hərəkətlərinin sənədləşdirilməsini elektron uçot sahəsində dünya miqyasında tətbiq edilən proqram vasitəsilə həyata keçirir. Müəssisə təsərrüfatdaxili əməliyyatlarının uçotunu qeyd edilən elektron proqram vasitəsilə rəsmiləşdirdiyi halda bu sənədlərin kağız daşıyıcıda tərtib edilməsinə ehtiyac varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.



İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması) həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.
Qeyd edilənlərə əsasən, müəssisənin təsərrüfatdaxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyi halda təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsi zəruri deyil.

Eyni zamanda, müəssisədə vergi orqanları tərəfindən vergi nəzarəti tədbirləri keçirilən zaman qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlər vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: vergiler.az


Qısaldılmış iş vaxtının tətbiqi


Dünyada ilk dəfə dividendlər hansı ölkənin şirkətləri tərəfindən ödənilib?

posted in: Xəbər | 0

Dividendlər nədir, Dividend gəlirliliyi nədir?,Niderlandın “Ost-İnd” şirkəti əslində dünyanın ilk səhmdar şirkəti idi, çünki ilk dəfə təsisçilərin hüquqları sərbəst qiymətli kağızlar (səhmlər) formasında rəsmiləşdirilmişdi. Bu sənədlər yelkənli gəmilərin taleyinə görə pay məsuliyyətini (və müvafiq olaraq, mənfəətin bölüşdürülməsində iştirak etmək hüququnu) nəinki təsdiq edirdi, həm də bu payları yeni sahiblərə verməyə və ya öhdəliklərini təmin etməyə imkan verirdi. Bu onunla bağlı idi ki, statistikaya görə, geriyə yalnız üç gəmidən biri qayıdırdı, qalanları isə fors-major hallarının qurbanı olurdu (piratlar, fırtına və s.).

Eyni zamanda, uğurlu gediş-gəliş böyük gəlir gətirirdi. Beləliklə, payçının mümkün gəlir faizi birbaşa onun yalnız verdiyi vəsaitin məbləğindən asılı olurdu ki, bu da dünyada ilk səhmlər demək idi. Hər bir səhm başlanğıcda 3000 qulden qiymətində idi (müqayisə üçün deyək ki, 1626-cı ildə Peter Mineyt Manhetten adasını hindulardan 60 quldenə almışdı). Ümumi dəyəri 6,459 milyon gulden olan cəmi 2153 ədəd səhm buraxılmış və satılmışdı. Hələ 1604-cü ildə səhmlər ilkin qiymətinin 110%-i dəyərində idi. 1610-cu ildə Avropaya ilk dəfə Batavia limanında (Java adası) çinlilərdən alınan çin çayı gətirilərkən onlar ilkin qiymətin 130%-ni təşkil edirdilər. Sonrakı dövrdə səhmlərin qiyməti ildə 10% artırdı. Şirkətin tarixinin ilk 120 ili ərzində onun səhmlərinin qiyməti 1260%-ə qalxsa da, sonradan eniş baş vermişdi. 1644-ci ilə qədər dividendlər natura ilə – gətirilən mallarla (əsasən ədviyyatlarla) ödənilirdi, gələcəkdə isə ödənişlər yalnız pulla həyata keçiriləcəkdi.

1669-cu ilə qədər şirkət 150-dən çox ticarət gəmisi, 40 döyüş gəmisi, 50.000 işçisi (Asiyada 25 000 işçi və Niderlandda 3 000 işçi daxil olmaqla), 10 000 əsgərdən ibarət şəxsi ordusu ilə tarixin ən zəngin özəl firması idi. Şirkət o dövrün siyasi mübahisələrində dövlətlərlə yanaşı iştirak etmişdi. Beləliklə, 1641-ci ildə o, sərbəst şəkildə, Niderland dövlətinin köməyi olmadan, indiki İndoneziya ərazisindən rəqibləri olan portuqaliyalıları sıxışdırıb çıxara bilmişdi. Bundan ötrü şirkətin vəsaiti hesabına yerli əhalidən silahlı dəstələr yaradılmışdı. Bir sıra ərazilərdə şirkət sikkə kəsmək hüququna malik idi (Nideland Hindistanında qulden, Niderlandın digər koloniyalarında duet).

Şirkət Britaniya imperiyası ilə daimi münaqişədə idi; 1780-1784-cü illərdə bu ölkə ilə müharibədə Niderlandın məğlubiyyətindən sonra maliyyə çətinlikləri yaşadı və bu çətinliklər nəticəsində parçalandı (şirkətin 1796-cı ilə qədər ümumi borcu 100 milyon florindən çox idi). İflas etmiş “Ost-İnd” şirkəti 1798-ci ildə ləğv edildi və onun əmlakı gənc Bataviya Respublikasının mülkiyyətinə keçdi.


Qısaldılmış iş vaxtının tətbiqi

posted in: Xəbər | 0

əmək məzuniyyəti, Məzuniyyət, Məzuniyyətdə olan işçinin təminatları, tutulmalar, icra sənədləri, Mühasib Təcrübə proqramı, Vakansiya, Vergi üzrə mühasib,sahibkar, fiziki şəxs, ezamiyyə xərci, uzunmüddətli borc, Ümidsiz borcların gəlirdən çıxılması, Ümidsiz borclar, Sərbəst vəsaitlərin xərclənməsi, vakansiya, mühasib, Amortizasiya normaları, Mənfəət vergisi,İşçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallarla bağlı qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Mövzuya insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirir.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Məcəlləyə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiq olunmasının əsasları üç səbəblə əlaqəlidir:

– işçilərin yaşı, səhhəti;

– əmək şəraiti;

– əmək funksiyaları.

Qısaldılmış iş vaxtı ilə çalışan işçilərin həftəlik iş norması 36 və bəzi hallarda 24 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 91-ci maddəsindən aydın olur ki, burada məhdudiyyət həftəlik iş vaxtına təyin olunub. Yəni işçi həftəlik 36 saatdan çox olmamaq şərtilə gündəlik 8 saat çalışa bilər.

Misal 1: Tutaq ki, 2-ci qrup əlil olan işçi həftəlik 5 iş günü olmaqla çalışır. Bu zaman o, həftənin 4 iş gününü 8 saat, son bir iş gününü isə 4 saat (32+4) çalışa bilər. Yəni, burada əsas şərt həftəlik 36 saat normasının gözlənilməsidir.

Qısaldılmış iş vaxtı tətbiq oluna hallar və həmin hallara əsasən müddətlər aşağıdakı kimidir:

1. 16 yaşınadək işçilər – həftəlik 24 saat;

2. 16-18 yaş arası işçilər – həftəlik 36 saat;

3. 1-ci və 2-ci qrup əlilliyi olan şəxslər – həftəlik 36 saat;

4. Hamilə qadınlar – həftəlik 36 saat;

5. Yaş yarımadək uşağı olan qadınlar – həftəlik 36 saat;

6. 3 yaşınadək uşağı olan qadınlar – həftəlik 36 saat.

Bu hallarla bağlı təcrübədə tətbiq olunan bəzi yanlışlıqları qeyd etmək istərdim. Bəzən 3-cü qrup əlilliyi olan şəxsə də həftəlik 36 saat iş vaxtı təyin olunur. Bu, doğru deyil. Həmin işçilərin həftəlik 36 saat çalışması ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik 36 saat iş vaxtının tələb olunamsı 1-ci və 2-ci qrup əlilliyi olan şəsxlərə aid edilir.

Digər bir məqam da 3 yaşınadək uşağı olan qadınlara bütün hallarda qısaldılmış iş vaxtının tətbiq olunmasının yanlışlığıdır. İlk növbədə, qeyd eədk ki, həftəlik 36 saatlıq iş vaxtının təyin olunması yaş yarımadək uşağı olan qadınlara aiddir. Qadın uşağını yaş yarımdan sonra təkbaşına böyüdürsə, bu zaman ona həftəlik 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı uşağın 3 yaşı tamam olana qədər tətbiq olunur.



Misal 2: Tutaq ki, “HR and Accointing Center” MMC-də mühasib vəzifəsində həftəlik 40 saat çalışan qadın bir müddət sonra hamilə olması ilə bağlı təsdiqedici sənədi (qadın məsləhətxanasından arayış) təqdim edib. Bu zaman həmin qadına aid əmək müqaviləsində dəyişiklik edilərək həftəlik 36 saat iş vaxtı müəyyən olunur və elektron informasiya sistemində müvafiq dəyişiklik aparılır. Dəyişikliklə bağlı əlavə sənədləşdirmənin aparılmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Əmək şəraiti ağır zərərli olan işlər Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” ilə müəyyən olunub.

Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin xüsusi xarakterli vəzifələr Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” ilə müəyyən olunub.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Müəssisə ləğv olunduqda işçiyə hansı ödənişlər edilməlidir?


1 668 669 670 671 672 673 674 2. 686