Dünyada ilk dəfə dividendlər hansı ölkənin şirkətləri tərəfindən ödənilib?

posted in: Xəbər | 0
birbank biznes

Dividendlər nədir, Dividend gəlirliliyi nədir?,Niderlandın “Ost-İnd” şirkəti əslində dünyanın ilk səhmdar şirkəti idi, çünki ilk dəfə təsisçilərin hüquqları sərbəst qiymətli kağızlar (səhmlər) formasında rəsmiləşdirilmişdi. Bu sənədlər yelkənli gəmilərin taleyinə görə pay məsuliyyətini (və müvafiq olaraq, mənfəətin bölüşdürülməsində iştirak etmək hüququnu) nəinki təsdiq edirdi, həm də bu payları yeni sahiblərə verməyə və ya öhdəliklərini təmin etməyə imkan verirdi. Bu onunla bağlı idi ki, statistikaya görə, geriyə yalnız üç gəmidən biri qayıdırdı, qalanları isə fors-major hallarının qurbanı olurdu (piratlar, fırtına və s.).

Eyni zamanda, uğurlu gediş-gəliş böyük gəlir gətirirdi. Beləliklə, payçının mümkün gəlir faizi birbaşa onun yalnız verdiyi vəsaitin məbləğindən asılı olurdu ki, bu da dünyada ilk səhmlər demək idi. Hər bir səhm başlanğıcda 3000 qulden qiymətində idi (müqayisə üçün deyək ki, 1626-cı ildə Peter Mineyt Manhetten adasını hindulardan 60 quldenə almışdı). Ümumi dəyəri 6,459 milyon gulden olan cəmi 2153 ədəd səhm buraxılmış və satılmışdı. Hələ 1604-cü ildə səhmlər ilkin qiymətinin 110%-i dəyərində idi. 1610-cu ildə Avropaya ilk dəfə Batavia limanında (Java adası) çinlilərdən alınan çin çayı gətirilərkən onlar ilkin qiymətin 130%-ni təşkil edirdilər. Sonrakı dövrdə səhmlərin qiyməti ildə 10% artırdı. Şirkətin tarixinin ilk 120 ili ərzində onun səhmlərinin qiyməti 1260%-ə qalxsa da, sonradan eniş baş vermişdi. 1644-ci ilə qədər dividendlər natura ilə – gətirilən mallarla (əsasən ədviyyatlarla) ödənilirdi, gələcəkdə isə ödənişlər yalnız pulla həyata keçiriləcəkdi.

1669-cu ilə qədər şirkət 150-dən çox ticarət gəmisi, 40 döyüş gəmisi, 50.000 işçisi (Asiyada 25 000 işçi və Niderlandda 3 000 işçi daxil olmaqla), 10 000 əsgərdən ibarət şəxsi ordusu ilə tarixin ən zəngin özəl firması idi. Şirkət o dövrün siyasi mübahisələrində dövlətlərlə yanaşı iştirak etmişdi. Beləliklə, 1641-ci ildə o, sərbəst şəkildə, Niderland dövlətinin köməyi olmadan, indiki İndoneziya ərazisindən rəqibləri olan portuqaliyalıları sıxışdırıb çıxara bilmişdi. Bundan ötrü şirkətin vəsaiti hesabına yerli əhalidən silahlı dəstələr yaradılmışdı. Bir sıra ərazilərdə şirkət sikkə kəsmək hüququna malik idi (Nideland Hindistanında qulden, Niderlandın digər koloniyalarında duet).

Şirkət Britaniya imperiyası ilə daimi münaqişədə idi; 1780-1784-cü illərdə bu ölkə ilə müharibədə Niderlandın məğlubiyyətindən sonra maliyyə çətinlikləri yaşadı və bu çətinliklər nəticəsində parçalandı (şirkətin 1796-cı ilə qədər ümumi borcu 100 milyon florindən çox idi). İflas etmiş “Ost-İnd” şirkəti 1798-ci ildə ləğv edildi və onun əmlakı gənc Bataviya Respublikasının mülkiyyətinə keçdi.


Print Friendly, PDF & Email