KİV məhsulları və kitab idxalına, satışına görə ƏDV tətbiqinin ləğvi necə tənzimlənir?
Qanunvericiliyə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş KİV məhsullarının, eləcə də kitabların idxalı və satışı 1 yanvar 2022-ci il tarixdən ƏDV-dən azad edilib. Bununla belə, Nazirlər Kabinetinin siyahısı may ayının 13-də təsdiq olunub. Bu məsələ necə tənzimlənir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.
Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilib.
Yuxarıda qeyd olunanlara əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.
Əsas: Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı.
Mənbə: vergiler.az
Xaricdən alınan proqram təminatı və lisenziyanın satışı ilə bağlı vergi öhdəliyi

Vergi ödəyicisi kimi Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərdən biri yerli şirkətlərə satmaq məqsədilə proqram təminatını, proqram təminatının texniki dəstəyi üçün lisenziyaları xaricdən alır. Proqram təminatının satışı, proqram təminatına dəstək lisenziyaları və proqram təminatının yenilənməsi – xidmətin, yoxsa malın satışıdır? Proqram təminatı xaricdən alınarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hansı maddələrinə əsasən hansı vergilər hansı müddətdə hesablanmalı və büdcəyə köçürülməlidir?
Ölkənin ən məşhur taksit kartı olan BirKart, müştərilər üçün daha bir qazandıran kampaniya təqdim edir. Şərtlərə görə müştərilər BirKartla 20 AZN və daha çox məbləğdə taksitlə və ya birdəfəlik ödəniş etdikdə ballar qazanacaqlar və kampaniya bitdikdən sonra 500-dən yuxarı bal toplayanlar hədiyyələr qazanacaqlar.
3 mart 2021-ci ildə Böyük Britaniyanın Milli statistika xidməti, xəstəliklə əlaqəli iş yerində olmayan əməkdaşların bütün işçilərin cəmi 1,8% təşkil etdiyi barədə məlumatları dərc edib. Bu, 1995-ci ildən bəri ən aşağı göstəricidir. Sizcə, bu, əksəriyyətin ən çox evdən çalışması ilə bağlı ola bilərmi?