Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

posted in: Xəbər | 0

əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.

Müraciətdə deyilir ki, aprel ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri mayın 20-dən gec olmayaraq təqdim edilməlidir.

Bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat maliyyə sanksiyası tətbiq edilir.

Əlaqə telefonu: 195-1

Mənbə: report.az


İşçinin əmək şəraitinin dəyişdirilməsi ilə bağlı yaranan suallar

posted in: Xəbər | 0

işəgötürən, maddi məsuliyyət, attestasiya, işçilərin attestasiyası, əmək müqavilələri, Xidməti müqavilə Əmək müqaviləsiƏmək şəraitinin dəyişdirilməsi ilə bağlı həm işəgötürənlərdə, həm də işçilərdə müəyyən suallar yaranır. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

Məcəllənin 55-ci mad­dəsin­də qeyd edi­lən hal­lar əmək mü­qa­vi­lə­si­nin şərt­lə­ri­nin yaxşılaşdırılmasına xid­mət et­di­yi üçün əv­vəl­cə­dən xə­bər­dar­lıq edil­mə­sinə eh­ti­yac olmur. Tə­rəf­lər, qar­şı­lıq­lı ra­zı­lı­q əsasında bu şərt­lə­ri mü­əy­yən­ləş­di­rə və əmək müqavilə­si­nə da­xil edə bi­lər­lər.

Əmək şəraitinin şərtlərinin yaxşılaşdırılması halı istisna edilməklə, əmək şəraitinin şərtlərinin dəyişilməsi zamanı işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumat və ya əmr ilə xəbərdar etməlidir.

Xəbərdarlıq nəticəsində işçi iki hala uyğun reaksiya verə bilər:

İşçi əmək şəraitinin şərtlərinin dəyişilməsini uyğun hesab edir və buna razılıq verir. Bu halda xəbərdarlıq müddəti bitdikdən sonra işçi yeni əmək şərtləri ilə çalışmağa davam edir. Əmək müqaviləsinə dəyişiklik və ya əlavə razılaşma ilə bu hal rəsmiləşdirilir.

Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.



Bəs əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi halında işçiyə hansı təminatlar verilir?

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə, yəni əmək şəraitinin şərtlərinin dəyişilməsi əsası ilə xitam verildiyi zaman işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

Misal: Mü­əs­si­sə 5 gün­lük iş re­ji­mi ilə ça­lı­şır. Mü­əs­si­sə rəh­bə­ri­nin 11 mart 2022-ci il ta­rix­li mü­va­fiq əm­ri­nə əsa­sən, mü­əs­si­sə 1 may 2022-ci il­dən 6 gün­lük iş rejimi ilə fəa­liy­yət gö­sə­tər­cək. Bu ba­rə­də iş­çi­yə 12 mart 2022-ci il­də ya­zı­lı bil­di­riş çatdırılıb. Or­ta ay­lıq əməkhaq­qısı 725 manat olan iş­çi ye­ni əmək şə­rai­ti ilə işi da­vam et­dir­mə­yə ra­zı ol­ma­dı­ğı üçün onun əmək mü­qa­vi­lə­si­nə han­sı əsas­la xi­tam ve­ril­mə­li və ona nə qə­dər ödə­niş edil­mə­li­di­r?

İş­çi­yə baş­qa və­zi­fə­yə ke­çir­mək müm­kün ol­ma­dı­ğı hal­da, Əmək Mə­cəl­lə­si­nin 68-ci mad­də­si­nin ikinci hissəsinin “c” bən­di­nə əsa­sən xi­tam ve­ril­mə­li və Əmək Məcəlləsi­nin 77-ci mad­də­si­nin 4-cü bən­di­nə gö­rə ona xə­bər­dar­lıq müd­də­ti əvə­zi­nə or­ta aylıq əməkhaq­qı­dan az ol­ma­maq­la əməkhaq­qı­nı birdə­fə­yə ödə­mək­lə əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­rə bi­lər.

Əmək Mə­cəl­lə­si­nin 77-ci mad­də­si­nin 7-ci bən­di­ndə göstərilir ki, əmək mü­qa­vi­lə­si­nə Mə­cəl­lə­nin 68-ci mad­də­si­nin ikin­ci his­sə­si­nin “c” bən­di ilə xi­tam veril­dik­də işə­gö­tü­rən iş­çi­yə or­ta ay­lıq əmək haq­qı­nın azı 2 mis­li miq­da­rın­da müa­vi­nət ödə­yir.

Xə­bər­dar­lıq müd­də­ti əvə­zi­nə müa­vi­nət: 725 manat (orta aylıq əməkhaqqı məbləğindən az olmayaraq);

İş­dən­çı­xar­ma müa­vi­nə­ti: 725×2 = 1450 manat.

İş­çi­yə cə­mi 2175 manat müa­vi­nət he­sab­la­na­caq­dır. Əgər iş­çi­yə vax­tın­da xəbərdarlıq olu­nub­sa və iş­çi xə­bər­dar­lıq müd­də­ti ər­zin­də iş­lə­yib­sə, ona xə­bər­dar­lıq müd­də­ti əvə­zi­nə müa­vi­nət ödə­nil­mə­yə­cək­.

Va­cib mə­qam­lar­dan bi­ri də on­dan iba­rət­dir ki, or­ta əməkhaq­qı­nın he­sab­lan­ma­sı qay­da­sı­na əsa­sən, or­ta əməkhaq­qı ödə­niş­dən əv­vəl­ki iki təq­vim ayı ər­zin­də qazandı­ğı əməkhaq­qı­nın cə­mi hə­min ay­lar­da­kı iş gün­lə­ri­nin sa­yı­na böl­ünmək­lə bir gün­lük əməkhaq­qı ta­pı­lır və alı­nan məb­ləğ əməkhaq­qı sax­la­nı­lan iş gün­lə­ri­nin sayı­na vu­rul­maq­la mü­əy­yən edi­lir. La­kin əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­di­yi zaman əməkhaq­qı sax­la­nı­lan iş gün­lə­ri ol­mur. Əmək Mə­cəl­lə­sin­də isə bu­nun­la bağ­lı bir qay­da yox­dur. Ona gö­rə də belə hesab edi­rik ki, bu hal­da or­ta əməkhaq­qı­nın ta­pıl­ma­sı üçün bir günlük əməkhaqqı məbləğini əməkhaq­qı sax­la­nı­lan iş gün­lə­ri­nin sa­yı əvəzinə, is­teh­sa­lat təqvimindəki or­ta ay­lıq iş vax­tı nor­ma­sı­na vur­maq məq­sə­dəuy­ğun­dur. Yu­xa­rı­da­kı nü­mu­nə­lər qeyd edi­lən şə­kil­də he­sab­lan­ıb.

Bəs əmək şəraitinin şərtləri dedikdə nələr nəzərdə tutulur?

Əksər hallarda təcrübədə görürük ki, əmək şəraitinin şərtləri ilə bağlı müəyyən çaşğınlıq yaranır. İşçinin əmək funkisyası, vəzifəsi, aylıq əməkhaqqı, iş vaxtı rejimi, nahar fasiləsinin müddəti, əmək məzuniyyətinin müddəti v.s amillərin dəyişilməsi əmək şəraitinin şərtlərinin dəyişilməsi hallarına aiddir.

Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına Əmək Məcəlləsində, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əməkhaqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtlər müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

Mənbə: vergiler.az


Müəlliflik qonorarının və royaltinin məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunması


Müəlliflik qonorarının və royaltinin məcburi dövlət sosial sığorta ödənişlərinə cəlb olunması

posted in: Xəbər | 0

işdən əsassız çıxarılan işçi, əməkhaqqının ödənilməsi, məc­bu­ri iş­bu­rax­ma döv­rü, mühasib, vakansiya, ezamiyyə xərci mdss haqqı, məcburi dövlət sosial sığorta haqqı,Müəlliflik haqqı və ya qonorar ilə royalti arasındakı fərq və oxşarlıqlar vergi ödəyicilərində bəzi sualların yaranmasına səbəb olur. Həmin suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib. “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı, bəzi gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növlərinə hesablanır. İstisnalardan biri də muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlərdir (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla).

Qanunun 14.5.4-cü maddəsində isə göstərilir ki, müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Bəs müəlliflik qonorarı royalti sayılırmı?

Müəlliflik qonorarı ilə bağlı məsələlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla tənzimlənir. Ədəbiyyat, audio, kino və s. əsərlərinin müəllifləri yaratdıqları əsərlərdən digər şəxslərin istifadə etməsi üçün qonorar alırlar. Yaxud digər şəxslər belə əsərlərin yaradılmasını sifariş edir və müəlliflər bunu yaradırlar. Amma mülkiyyət (müəlliflik hüququ) onu yaradanda qalır. Odur ki, nəticə etibarilə qonorar royalti anlayışına uyğun gəlir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 4-cü maddəsində müəlliflik hüququna aid olan əsərlərin geniş siyahısı verilib. Hətta proqram təminatının yaradılması da müəlliflik hüququna aid edilib. Ona görə də royaltiyə aid xidmətlərin siyahısında göstərilən əsərlərin çoxuna görə alınan ödənişlər müəlliflik qonorarına aid edildiyindən vergi ödəyiciləri bu məsələdə diqqətli olmalıdırlar. Bəzi xidmətlər müəlliflik qonorarına aid olmasa da, royalti sayılır.

Nəticə olaraq royaltiyə görə ödəniş aparanda ilkin olaraq bunun müəllif qonorarı sayıldığı, yoxsa ümumi halda royalti olduğu müəyyənləşdirilməlidir.



Misal: “AA” MMC 2022-ci ilin mart ayında fiziki şəxsə sifariş verdiyi kitaba görə müqavilə əsasında 2.000 manat qonorar hesablayıb (müəlliflik hüququ fiziki şəxsdə qalıb). “AA” MMC tərəfindən bu vəsait 2022-ci ilin aprel ayında ödənilib.

Hesablanan məbləğdən nə qədəri müəllifə çatacaq?

“AA” MMC 2022-ci ilin mart ayında 15 faiz məcburi dövlət sosial sığorta haqqı hesablayacaq. Çünki qanunun tələblərinə görə, məcburi dövlət sosial sığorta haqqı qonorar ödəniləndə yox, hesablananda nəzərə alınır. Qonorardan 300 manat məcburi dövlət sosial sığorta haqqı tutulacaq: 2000 x 15% = 300 manat.

Rolayltilərə görə ödəmə mənbəyində tutulan 14 faiz vergi isə royalti ödəniləndə tutulur. Ona görə də apreldə royalti ödəniləndə ümumi məbləğdən 280 manat vergi tutulmalur: 2000 x 14% = 280 manat.

Beləliklə, apreldə fiziki şəxsə 1420 manat vəsait ödənilir: 2000 – 300 – 280 = 1420 manat.

Sadəcə, vahid bəyannamədə royaltiyə görə hesablamalar 2022-ci ilin birinci rübündə, aödəmə mənbəyində tutulan vergi bəyannaməsində isə 2022-ci ilin ikinci rübündə əks olunacaq.

Mənbə: vergiler.az


İstifadə edilməmiş məzuniyyət günləri barədə


Ölkə hüdudlarından kənara göndərilən puldan hansı halda ƏDV tutulmur?

posted in: Xəbər | 0

əməkhaqqına artımlar, biznes plan, minimum aylıq əmək haqqı, Kreditlərin növləri, Kreditlər, Kredit mütəxəssisi, vakansiya,Xarici valyuta, sığorta, istifadə edilməmiş məzuniyyət, Sosial xarakterli xərclər, Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Azərbaycan vətəndaşının xeyriyyəçilik məqsədləri üçün bank vasitəsilə xaricə köçürdüyü pula görə bank əlavə dəyər vergisi tutmalıdırmı?

Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Sorğunuzda qeyd olunan vəsaitin ödənilməsi elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: vergiler.az


İstifadə edilməmiş məzuniyyət günləri barədə


1 682 683 684 685 686 687 688 2. 686