Ölkə hüdudlarından kənara göndərilən puldan hansı halda ƏDV tutulmur?

posted in: Xəbər | 0

əməkhaqqına artımlar, biznes plan, minimum aylıq əmək haqqı, Kreditlərin növləri, Kreditlər, Kredit mütəxəssisi, vakansiya,Xarici valyuta, sığorta, istifadə edilməmiş məzuniyyət, Sosial xarakterli xərclər, Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Azərbaycan vətəndaşının xeyriyyəçilik məqsədləri üçün bank vasitəsilə xaricə köçürdüyü pula görə bank əlavə dəyər vergisi tutmalıdırmı?

Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Sorğunuzda qeyd olunan vəsaitin ödənilməsi elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: vergiler.az


İstifadə edilməmiş məzuniyyət günləri barədə


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *