Mühasibat uçotu və auditdə texnoloji yeniliklərin tətbiqi

posted in: Məqalə, Xəbər | 0

Yeni texnologiyalar dünyanın həyat tərzini və işini dəyişir. Uğur qazanmaq üçün istənilən təşkilat texnologiyanın transformasiya gücündən necə istifadə etməyi öyrənməlidirlər.

Fəlsəfə doktoru, mühasibat uçotu və maliyyə üzrə professor Robert Nemer öz tədqiqatlarını mühasibat uçotu və auditdə texnologiya tətbiqetmələri və onların təsirinin öyrənilməsinə həsr edib.

“Mühasibat uçotu və auditdə texnoloji inqilablar bu sahələrdə insanların daha az mexaniki işlər yerinə yetirməsinə və daha çox yaradıcı işləməsinə gətirib çıxarır”, – doktor Nemer söyləyir. “İşlər daha çox biznesin istiqamətinə təsir edən ümumi qərarlara, bu qərarların necə formalaşdırılmasına və bu qərar qəbuletmə modellərini dəstəkləyən məlumatların tapılmasına və işlənməsinə aiddir”.

Doktor Nemer bütün həyatı boyunca texnologiyalarla, xüsusilə də hesablama texnikası ilə maraqlanıb. Böyüdüyü ailədə ona çox vaxt müxtəlif növ mexaniki kalkulyatorlar və çötkələr hədiyyə edilirdi. “Mənim hətta DigiComp, mexaniki kompüterim də var idi”, – o, belə deyir. “Bütün bunlar elektron kalkulyatorlar ortaya çıxana kimi baş vermişdi”. O, bu marağını kollec və aspiranturada inkişaf etdirərək, dissertasiya işini ikili uçot sistemini cəbrə, sonra isə ilk sıranın məntiqinə çevirməyə yönəltmişdi.

İki onillik bundan əvvəl doktor Nemer sahə marağını öz elmi tədqiqatlarına necə daxil etmək üzərində düşünməyə başlamışdı. Bu gün, məsələn, o, proqramların biznes mütəxəssislərini və kiçik biznes sahiblərini mexanikləşdirilmiş işdən necə azad etdiyini araşdırır, bunun əvəzinə inkişaf və yeniliklərə diqqət yetirir.



“Bu tətbiqetmələr mühasibat uçotunu sizin əvəzinizdən aparır, əməliyyatları biznes üçün əlverişli sözlərdən və anlayışlardan istifadə edərək təsnif edir”, – doktor Nemer belə deyib. “Kiçik bir startap mühasibat uçotunu öyrənmək ehtiyacından azad olur. O, bizneslə birbaşa məşğul ola bilər, amma eyni zamanda əməkhaqqı və gəlir vergisinin ödənilməsi kimi bütün qaydalara uyğun ola bilər”.

Auditə gəldikdə, “daxili auditdən başlayaraq, davamlı audit və monitorinq texnologiyalarının istifadəsində bir inqilab görürük”, – o, deyib. “Audit prosesi reinjinirinqə məruz qalır və bunun nəticəsində auditin daha strukturlaşdırılmış hissələri daha az strukturlaşdırılmış hissələrdən ayrılır. Daha sonra strukturlaşdırılmış proseslər avtomatlaşdırılır, auditin gedişi zamanı daha mürəkkəb və əsaslandırılmış qərarları adamlar üçün saxlayır. Orta korporasiyadan ötrü bu nailiyyətlər xərcləri azaltmaq üçün daha yaxşı və daha dəqiq idarəetmə deməkdir”.

Audit prosesində dronların rolu – bu, doktor Nemeri maraqlandıran daha bir sahədir. “Bizim əsas sualımız ondan ibarət idi ki, cari audit standartları dronların istifadəsinə nə dərəcədə mane olacaq”, – o, belə söyləyib.

SEC auditi (SEC- ABŞ qiymətli kağızlar bazarına nəzarət və tənzimləmə üçün cavabdeh olan idarəetmə orqanıdır), məsələn, auditorların inventarlaşdırma zamanı fiziki olaraq iştirak etməsi üçün tələblər də daxil olmaqla ciddi standartlara malikdir. “Cari standartların dronların istifadəsinə necə təsir göstərə biləcəyini görmək bizə maraqlı idi”, – doktor Nemer deyib. “Məsələn, əgər auditor bir şey müşahidə etməlidirsə, bunu dronda quraşdırılmış bir kamera ilə etmək olarmı? Auditor burada fiziki olaraq iştirak etməlidirmi? Dronu o, idarə etməlidirmi?” Doktor Nemer və onun həmkarları istifadə olunan audit standartlarının geniş inventarlaşdırmasını aparıblar ki, bu da “standartları hazırlayanlara bəzi problemləri görməyə kömək edib”.

Həmçinin blokçeyn də doktor Nemerin marağına səbəb olub. Eləcə də paylanılmış reyestr texnologiyaları kimi tanınan blokçeyn bitkoinlərdə istifadə olunur. Bu, məlumatların dəyişməz reyestrlərini saxlamağa imkan verir. Sənaye bu texnologiyaların məlumatlarının mənşəyi və təhlükəsizliyinin təmin edilməsi imkanını tələb edən sahələrdə öz səmərəli tətbiqini tapır. “Mövcud standartların nə olduğunu və standartların belə auditi necə asanlaşdırdığını və ya çətinləşdirdiyini bir daha vurğulamaqla, biz blokçeynlərin auditi üzrə layihə hazırladıq”.

Doktor Nemerin öz tədqiqatlarından əldə etdikləri, onun akademik tədqiqatlarının praktiki tətbiqetmələrə qədər genişləndirməsi, zənginliyi artırır. “Mən nəticələri görürəm və hiss edirəm ki, öz tədqiqat səylərimdən bir neçə əlaqəli biznes sahələrində və sənayelərdə kömək etmək üçün istifadə edə bilərəm”, – o, belə söyləyib.


Yer planetinin qiyməti nə qədərdir?

posted in: Xəbər | 0

Yer planetinin qiyməti nə qədərdir? Xırda hiyləgər manipulyasiya və hesablamalar nəticəsində Yerin təxmini qiymətini müəyyən etmək mümkün olub. Yerin dəyəri 5 kvadrilyon dollar təşkil edir. Bu nə qədərdir? Adi insan üçün vərdiş etmədiyi bir rəqəmdir. Gəlin, həmin rəqəmi bir qədər sadələşdirək.

Kvadrilyon dollar – bu məbləğdə 15 sıfır var və ya 1 000 000 000 000 000 – belə təsvir edək.

Kvadrilyon – bu milyon milyard və ya min trilyon deməkdir.

5 Kvadrilyon – bu bütün dünya ölkələrinin 150 il ərzində birlikdə əldə etdiyi ÜDM-ə bərabərdir.

5 Kvadrilyon – 125 milyard kiloqram və ya 125 milyon ton qızıl deməkdir.

5 Kvadrilyona – təxminən APPLE və ya Microsoft kimi (kapitallaşması 1 trilyon dollardan çox) 5 000 şirkət almaq olar.

Əgər, dünyada olan bütün pulları bölsək, 80 rəqəmi alınar. Bu o deməkdir ki, dünyada planetin dəyərindən 80 dəfə az pul kütləsi var.


İşləməyə icazə verilən yaş hədləri

posted in: Xəbər | 0

işçinin məlumatlandırılması, işəgötürənin öhdəlikləri,Məlum olduğu kimi ölkə Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına əsasən əmək müqaviləsi bağlamağa icazə verilən yaş həddi 15 yaş olaraq müəyyən edilmişdir. Bu yaşda şəxs valideynlərindən (qəyyum) birinin razılığı əsasında əmək fəaliyyətinə cəlb edilə bilər. 15 yaşına çatmayan şəxsin isə əmək fəaliyyətinə cəlb edilməsi qadağan olmaqla yanaşı, bağladıqları müqavilələr də etibarsız hesab edilir. Bəs əmək fəaliyyətinə davam etməyin son yaş hədləri ilə bağlı hansı tələblər mövcuddur? Bu yazımızda mövcud qanunvericilik əsas tutmaqla məlumat verməyə çalışacağıq.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilir. Şəxsin çalışma müddəti 65 yaşdan sonra hər dəfə 1 il olmaqla, 5 il müddətinə uzadıla bilər. Elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində xüsusi xidməti olanlar üçün bu 5 illik müddət də uzadıla bilər.

Mövcud qanunvericilik əsas tutulmaqla demək mümkündür ki, aşağıdakı iş yerləri üzrə çalışmanın yaş hədləri ilə bağlı tələblər mövcuddur.

  • Seçkilərdə iştirak etmək hüququ olan şəxslər (bu hüquq 18 yaşdan verilir) Prezident və deputat vəzifələrinə seçilə bilir.
  • Konstitusiya Məhkəməsi hakimləri 30 yaşdan 70 yaşadək müddətə, məhkəmə hakimləri isə seçkilərdə iştirak hüququ yaranaraq vəzifəyə təyin olduqları vaxtdan Ali Məhkəmə üzrə 68, digər instansiya üzrə 66 yaşadək müddətə işləyə bilər.
  • Prokurorluq, ədliyyə orqanlarına hüquq təhsilli şəxslər təyin edilir. Qulluğa qəbulun son yaş həddi 30 yaş (daxili işlər orqanları da həmçinin) müəyyən edilir. Xidmətdə olmanın son yaş həddi isə 60 yaşdır və 65 yaşadək uzadıla bilər.
  • Həqiqi hərbi xidmət üzrə son yaş həddi müddətli hərbi xidmət qulluqçuları üçün 37, müddətdən artıq hərbi qulluqçular üçün 45, polkovnik rütbəli zabitlər üçün 53, general rütbəli zabitlər üçün 63 yaş müəyyən edilib. Ordu generalı üçün son yaş həddi müəyyən edilməyib. Bu yaş hədləri üzrə müddətlər yuxarı rəhbərliyin qərarı ilə uzadıla bilər.

Göründüyü kimi özəl sektor üzrə müvafiq vəzifələr üçün xidmət keçmənin xüsusi yaş hədləri ətraflı müəyyən edilmədiyi üçün yalnız bu tələblər dövlət sektoru üçün əsas hesab edilir.


İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?


MMC-nin təşkilati-hüquqi formasını dəyişərkən necə qərar verilməlidir?

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanı“AA” MMC-nin 2 təsisçisi vardır. Nizamnamə kapitalında payların 85 faizi 1-ci təsisçiyə, 15 faizi isə 2-ci təsisçiyə məxsusdur. Bu MMC-nin təşkilati-hüquqi formasını dəyişməklə Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilməsi üçün hər 2 təsisçinin razılığı mütləqdirmi? 15 faiz pay sahibi təsisçi müəssisənin yenidən təşkilinə müəyyən səbəblərə görə razılıq vermədikdə, 85 faiz paya sahib olan təsisçi səs çoxluğundan istifadə etməklə təkbaşına qərar qəbul edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Mülki Məcəllənin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, “AA” MMC-nin təsisçilərindən biri tərəfindən Cəmiyyətin yenidən təşkil edilməsi haqqında təkbaşına qərar qəbul etməsi yolverilməzdir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Mülki Məcəllənin 55.2-ci maddəsinə əsasən, Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

Mülki Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

Mülki Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.


Nəzarət-kassa çeki ilə bağlı hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?


Mülki Məcəllənin 93.3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “AA” MMC tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkil edilə, həmçinin təsisçisinin payı (onun bir hissəsi) üçüncü şəxslərə özgəninkiləşdirilə bilər.

Mənbə: vergiler.az


1 685 686 687 688 689 690 691 2. 686