Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin tutulması

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin tələblərinə görə, qeyri-rezidentlərə ödənilən royaltilərdən 14 faiz ödəmə mənbəyində vergi tutulur və müvafiq olaraq bəyannamədə əks etdirilir. Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri bu halda 18 faizlik ƏDV-nin hesablanılıb-hesablanmamasıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələ Vergi Məcəlləsinin 168-ci maddədində öz əksini tapıb.

Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer

168.1. Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:

168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer.

Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi.

Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Məcəllənin keçmiş variantı ilə müqaysə etsək, görərik ki, 2022-ci il yanvarın 1-dən 168.1.5-ci maddəyə “o cümlədən istifadəyə verilməsi” ifadəsi əlavə edilib. Bəs bu yeniliklə nə dəyişir?

Bildiyiniz kimi, 168.1.5-ci maddə istənilən şəxsin işlərin yerinə yetirilməsi yerindən asılı olmayaraq, işlərin və xidmətlərin təqdim edildiyi yer alıcının olduğu yer sayılır. Odur ki, patentlər və digər analoji ximətlər və işlər də bura aid edilib. 1 yanvar 2022-ci ilə kimi bu hüquqlar ancaq başqa bir şəxsin mülkiyyətinə verildikdə (güzəştin son nəticəsi də mülkiyyətin keçməsidir) xidmətin təqdim edildiyi yer alıcının yeri sayılırdı.

Royaltidə isə yuxarıda göstərilən hüquqlar mülkiyyətə verilmir, ancaq müəyyən şərtlərlə istifadəyə verilir. Ona görə də 1 yanvar 2022-ci ilə kimi yuxarıdakı maddədə göstərilən əməliyyatların nəticəsi royalti sayılmırdı və qeyri-rezident royalti xidmətini təqdim edəndə 168.1.5.-ci maddənin tələblərini ona tətbiq etmək olmurdu. Ona görə də qeyri-rezidentlərə royaltiyə görə ödənilən məbləğlərə ƏDV hesablanmırdı.

2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə “o cümlədən istifadəyə verilməsi” ifadəsinin əlavə edilməsi qeyri-rezidentlərə ödənilən royaltilərə də ƏDV-nin tədbiq edilməsi tələbini qoyur. Yəni maddədə qeyd olunan patent və digər analoji hüquqların istifadəyə verilməsi royalti sayılır və bu xidmətlərin təqdim edilməsi Məcəllənin 168.1.5-ci maddəsinə görə alıcının yeri (Azərbaycan Respublikasının ərazisi) sayıldığından, 18% dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Misal: “AA” MMC Tükiyə Respublikasının qeyri-rezidentinə 5.000 dollarlıq ticarət markasından istifadəyə görə haqq ödəyir. Bu halda vergilər necə hesablanacaq?

14% ödəmə mənbəyində vergi: 5.000 x 14% = 700 dollar

Bu zaman qeyri-rezidentə ödəniləcək məbləğ 4.300 dollar olur: 5.000 – 700 = 4.300 dollar.

Hesablanacaq ƏDV: 5.000 x 18% = 900 dollar.

“AA” MMC 900 dolları (900 x 1,7 manat = 1.530 manat) hesablanmış vergini büdcəyə ödəməklə müvafiq əvəzləşdirmə alacaq və bu, həmin dövrün ƏDV bəyannaməsində əks olunacaq.

Mənbə: vergiler.az


Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?


2022-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün Excel faylı

posted in: Xəbər | 0

Bəzən mühasibat uçotunu yeni öyrənən zaman və əməliyyat sayı az olan şirkətin balansının yaradılması üçün dövriyyə-qalıq cədvəlinə ehtiyac yaranır.

Təqdim etdiyimiz Excel faylını istifadə etmədən öncə mütləq təlimatı oxuyun və unutmayın ki, fayl 2013-cü ildən sonrakı Excel versiyalarında işləyir.

2022-ci il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün Excel faylı


2022-ci ildə tələb olunacaq mühasibatla bağlı 10 ən yaxşı peşə (I hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu sahəsində karyera son zamanlar əvvəlkindən daha gəlirli olmuşdur. Əmək statistikası bürosunun son hesabatında mühasiblərin və auditorların məşğulluğunun 2019-cu ildən 2029-cu ilə qədər 4 faiz artacağı proqnozlaşdırılır.

Mühasibat firması

Bu məqalənin növbəti sətirlərində sizə mühasibat uçotu sahəsində bu il istifadə edə biləcəyiniz ən yaxşı peşələrdən bəhs ediləcək.

Ümumilikdə, mühasiblərin və auditorların məşğulluğunun artımının bütövlükdə iqtisadiyyatın sağlamlığı ilə sıx bağlı olacağı gözlənilir.

Niyə məhz mühasibat uçotu sahəsində karyera seçimi etmək lazımdır?

  • Mühasibat uçotu sahəsində karyera sizə böyük hörmətə malik olan və öz dürüstlüyü və nüfuzu ilə tanınan peşəyə çıxış imkanı verir.
  • Şübhəsiz ki, mühasiblərə biznes-peşəkarları tərəfindən hörmət edilir. Məlum olduğu kimi, mühasibat uçotu ən etibarlı peşələrdən biri kimi tanınır.
  • Siz çalışdığınız yerdə başqaları üçün etibar edilən məsləhətçi olmağınızdan müəyyən bir məmnuniyyət hissi duyursunuz.
  • Mühasib qismində çalışmağınız gələcəkdə iş yerinizi formalaşdırmağa və inkişaf etdirməyə kömək edir. Bu, təşkilatınızı biznesinizi necə qurmaq və gələcək inkişafını dəstəkləmək barədə çətin qərarlar qəbul etmək üçün təcrübənizə etibar etməyə məcbur edəcək.
  • Bu, özünüzə inamınızı və karyera məmnunluğunuzu artıra bilər. Bundan əlavə, təmin etdiyiniz dəyərin qarşılığında siz çox yüksək gəlir əldə edirsiniz.
  • Eləcə də, mühasibat uçotu sahəsində karyeranız mühasibat uçotu sahəsində irəliləmək üçün bir çox imkanlar açır.

Beləliklə, gördüyünüz kimi, mühasibat uçotunu öyrənməyiniz üçün çoxlu səbəblər vardır.

Mühasib dərəcəsi ilə siz əmək bazarında hansı vakansiyaları əldə edə bilərsiniz?

Mühasibat işində indi məşğul ola biləcəyiniz və yüksək mükafatlar gətirə biləcək bir çox cəlbedici peşələr vardır. İndi isə mən sizə həmin peşələri göstərəcəyəm.


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Mühasibat uçotu sahəsində bazar peşələrinin siyahısı:

  • Auditor;
  • Maliyyə analitiki;
  • Risk analitiki;
  • Uyğunluq üzrə əməkdaş
  • Məhkəmə mühasibi
  • Kredit təhlili meneceri
  • Vergi mühasibi
  • Büdcə analitiki
  • Mühasib
  • Maliyyə direktoru

Auditor

Auditor maliyyə hesabatlarının dəqiqliyini yoxlamaq və şirkətlər tərəfindən vergi qanunvericiliyinə riayət olunmasını təmin etmək səlahiyyətinə malik olan şəxsdir.

Bir qayda olaraq, auditorlar müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışırlar və bütün maliyyə vəsaitlərinin uçotunu təmin edirlər. Auditorlara həm maliyyə idarəetməsinin təsadüfi qiymətləndirilməsi, eləcə də maliyyə cinayətləri ilə bağlı şübhəli bilinən xüsusi hallar öyrədilir.

Bu, elə indi məşğul olamağa başlaya biləcəyiniz çox gəlirli mühasibatlıq karyerasıdır.


II hissəyə nəzər yetirin



Kadrların seçiminin müasir kriteriyaları və metodları (V hissə)

posted in: Xəbər | 0

Kadrların seçiminin müasir kriteriyaları və metodları (V hissə)

IV hissəyə nəzər yetirin

Kadr seçimi meyarlarının formalaşmasında müasir tendensiyalar

Əlavə dəyərin yüksək texnologiyalı və innovativ məhsulun yaradılması hesabına formalaşdığı iqtisadiyyatın inkişafı kadrların seçim üsullarına, prinsip və meyarlarına öz düzəlişlərini verir. Kadrların işə qəbulunda müasir meyarlardan bunları qeyd etmək olar:

  1. Diqqəti namizədlərin peşəkar keyfiyyətlərindən şəxsi keyfiyyətlərinə yönəltmək. Əməkdaşların yalnız iş təcrübəsinə görə deyil, şəxsiyyət tipinə görə seçilməsi;
  2. İddiaçıları yalnız baza diplomuna görə deyil, daim öyrənmək və təkmilləşmək qabiliyyətinə görə qiymətləndirmək istəyi;
  3. Namizədlərin problemlərin həllinə qeyri-standart yanaşma və innovativ düşüncə nümayiş etdirmək bacarığının qiymətləndirilməsi metodlarının işlənib hazırlanması;
  4. Seçim zamanı IQ (intellekt əmsalı) və EQ (emosional intellekt) amillərinə eyni cür diqqət yetirilməsi;
  5. Kompüter axtarışı və seçimindən istifadə etmək üçün kütləvi işə qəbuldan ötrü kadr seçimi meyarlarının maksimum alqoritmləşdirilməsi;
  6. Rəqəmsal reputasiya. İddiaçı haqqında alternativ məlumat mənbəyi kimi sosial media məlumatlarından aktiv istifadə.

Beləliklə, kadrların işə qəbul meyarları müasir və ya ənənəvi, fərdi və ya alqoritmik ola bilər.

Ən əsası, onlar biznesin inkişafı strategiyanıza uyğun olmalıdır və iddiaçılar arasında sizə lazım olan istedadları düzgün süzgəcdən keçirməyə imkan verməlidir.


1 692 693 694 695 696 697 698 2. 686