Bəyannamələri təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?

posted in: Xəbər | 0

vergi öhdəliyi, Təsisçi, vergi öhdəliyi, kağız formada olan alış aktları, Malların alış aktı, Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Vergi bəyannamələrinin təqdim olunması ilə bağlı son müddət istirahət və ya bayram gününə düşdükdə bəzi suallar meydana gəlir. Mövzunu iqtisadçı Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcələninin 370-ci və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Misal 1: Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi 2021-ci ilin 4-cü rübü üzrə vergi hesabatını 20 yanvar 2022-ci ildən gec olmayaraq təqdim etməlidir. Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – ümumxalq hüzn günü olduğu üçün qeyri-iş günüdür. Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf etdikdə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçirildiyindən artıq vergi ödəyicisi bəyannaməni 2022-ci ildə verir.

Misal 2: Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Vergi ödəyicisi 2022-ci ilin fevral ayı üzrə bəyannaməni 20 martdan gec olmayaraq təqdim etməli olsa da, 20-24 mart 2021-ci il Novruz bayramına, həmçinin, bəzi bayram günləri şənbə və bazar gününə təsadüf etdiyi üçün vergi ödəyicisi növbəti hesabatı 28 mart 2021-ci il tarixdən gec olmayaraq təqdim etməlidir.

Mənbə: vergiler.az


İstehsalçı sahibkar vergi orqanına hansı məlumatları təqdim etməlidir?


Kənd təsərrüfatı məhsullarının ƏDV-yə cəlb olunması

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) tətbiqi ilə bağlıdır. Mövzunu maliyyə müxətəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

Misal: “AA” MMC Azərbaycana 100 min manatlıq kənd təsərrüfatı məhsulu, məsələn, alma idxal edib. Gömrük orqanları həmin idxal əməliyyatına 18 min manat ƏDV hesablayıb. “AA” MMC bu almanı 120 min manata satır. Bu halda ƏDV hansı məbləğdən hesablanmalıdır?

Vergi Məcəlləsinin 13.2.64-ci maddəsinə əsasən, ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir.

Məcəllənin 143-cü maddəsində isə göstərilib ki, aktivlərin dəyərinə “…vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir”.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir. Deməli, idxal zamanı ödənilmiş ƏDV malın dəyərinə əlavə olunmalıdır. Bu isə o deməkdir ki, idxal edilmiş almanın yuxarıda qeyd edilən qiymətə satışı zamanı ƏDV hesablanması aşağıdakı kimi aparılmalıdır:

120.000 – 100.000 = 20.000 manat,

20.000 x 18% = 3.600 manat

Həmin malı “AA” MMC-dən alan şirkət onu üçüncü tərəfə satdığı təqdirdə isə (məsələn, ƏDV xaric 135.000 manata) ƏDV aşağıdakı qaydada hesablanacaq:

135.000 – 120.000 – 3.600 = 11.400 manat,

11.400 x 18% = 2.052 manat.

Gördüyünüz kimi, bu halda alış zamanı ödənilmiş ƏDV malın alış qiymətinə əlavə olunu. Çünkü idxal zamanı ödənilən ƏDV-dən fərqli olaraq malı göndərənin bank hesabına və ya ƏDV subuçot hesabına ödənilir və Məcəllənin 175.12-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu ƏDV-ni əvəzləşdirmək hüququ yoxdur.

Mənbə: vergiler.az


Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib

posted in: Xəbər | 0

yeni proqram təminatı, Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları,Maliyyə Nazirliyi məcburi audit subyekti olan kommersiya qurumlarına müraciət edib.

Müraciətdə deyilir:

“Mülki Məcəlləyə uyğun olaraq mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla MMC-lər illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. SC-lər isə illik hesabatını və maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etdirməyə borcludur.

“Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq, ictimai əhəmiyyətli qurumlar, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayan kommersiya qurumlar, habelə dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifələrində və mətbu orqanda dərc etdirməlidirlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, “Auditor xidməti haqqında” qanunla nəzərdə tutulmuş məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300-600 manat, hüquqi şəxslər isə 1 500-2 500 manat cərimə edilir”.

Xatırladaq ki, maliyyə hesabatlarının dərc edilməsi üçün son tarix mayın 31-dir.

Mənbə: report.az


İstehsalçı sahibkar vergi orqanına hansı məlumatları təqdim etməlidir?

posted in: Xəbər | 0

dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıOrta sahibkarlıq subyekti hesab edilən ayaqqabı istehsalçısı istehsal olunan ayaqqabının xammal və material sərfi barədə vergi orqanına məlumat təqdim etməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna edilməklə, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə müvafiq formada məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergi ödəyicilərinin vəzifəsidir. İstehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, bu barədə dürüstləşdirilmiş məlumat təqvim ili ərzində vergi orqanına təqdim edilməlidir.

Qeyd olunan məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.4-2-ci və 57.3-cü maddələri

Mənbə: vergiler.az


Praktiki “Mühasibat kargüzarlığı” kursları


1 704 705 706 707 708 709 710 2. 686