İşçi mütləq əmək müqaviləsinin bir nüsxəsini işəgötürəndən tələb etməlidir

posted in: Xəbər | 0

Tam maddi məsuliyyət müqaviləSon illərdə ölkədə şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində əmək müqavilələrinin sayı xeyli artıb. Qeyri-neft özəl sektorda bu artımlar daha çox nəzərə çarpır: bu sektor üzrə əmək müqavilələrinin sayı cəmi əmək müqavilələrinin sayında 45,9 faiz təşkil edir. Mövzu ilə bağlı sualları insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev cavablandırıb.

– Nihad müəllim, əmək müqaviləsi nədir və işçiyə nə verir?

– Əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək müqaviləsi olmadıqda işçi və işəgötürən arasında əmək münasibətləri yaranmır. Nəticədə işçi qanunvericiliyə əsasən sahib olduğu əmək hüquqlarından faydalana bilmir. Bununla yanaşı, əmək müqaviləsi imzalamayan işçi hüquqlarından istifadə edə bilmədikdə və ya hüquqları məhdudlaşdırıldıqda müvafiq qurumlara müraciət edib hüquqlarını bərpa edə bilmir.

– Bəzən iş yerlərində əmək müqaviləsinin elektron formada bağlandığını bəhanə edərək onun surətini işçiyə vermirlər. Bu, nə dərəcədə doğrudur? İşçi bu halda necə davranmalıdır?

– Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra baş verir. Bununla belə, nəzərə alınmalıdır ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında yazılı formada bağlanır və iki nüsxədən az olmayaraq tərtib olunur. Həmin nüsxələrdən biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Təcrübədə bəzən nüsxələrdən biri işçiyə verilmir ki, bu da işəgötürən tərəfindən yol verilən qanun pozuntusudur. İşçi mütləq əmək müqaviləsinin bir nüsxəsini işəgötürəndən tələb etməlidir.

Əgər hər hansı fiziki şəxsin yazılı formada bağlanmış əmək müqaviləsi olmadan elektron informasiya sistemində adına müqavilə olarsa, o, dərhal müvafiq qurumlara bununla bağlı şikayətini bildirə bilər

– Əmək müqaviləsini bağlamaqdan imtina edən işəgötürənləri hansı cəza gözləyir?

– Əmək müqaviləsi olmadan işçiləri işə cəlb etmək çox ciddi qanun pozuntusudur. Mütləq şəkildə işçi və işəgötürən arasında əmək müqaviləsi əsasında əmək münasibətləri yaranmalıdır. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etdikdə müəyyən məbləğdə cərimələr tətbiq olunur. Bununla yanaşı, Cinayət və Vergi Məcəllələrində də işçi ilə əmək müqaviləsi bağlamayan işəgötürənlərə müəyyən cərimələr nəzərdə tutulub. Cinayət Məcəlləsinə əsasən, xeyli sayda işçiləri əmək müqaviləsi olmadan işə cəlb etdikdə işəgötürənə azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər.

– Son dövrlərdə elektron sistemdə adına müqavilə olan, lakin heç yerdə işləməyən şəxslərin şikayətləri artıb. Buna səbəb nədir? Bunun qarşısını necə almaq olar?

– Əsasən pandemiya dövründə müəyyən məhdudiyyətlərdən yayınmaq üçün yazılı formada əmək müqaviləsi olmadan və ya hər hansı işin görülüb-görülməməsindən asılı olmayaraq fiziki şəxslər elektron sistemdə qeydiyyata alınıblar. Bu, qanunun pozulmasıdır. Çünki işçi və işəgötürən arasında əmək müqaviləsi yazılı formada bağlanmamış elektron sistemdə qeydiyyata alına bilməz. Əgər hər hansı fiziki şəxsin yazılı formada bağlanmış əmək müqaviləsi olmadan elektron informasiya sistemində adına müqavilə olarsa, o, dərhal müvafiq qurumlara bununla bağlı şikayətini bildirə bilər. Bu kimi hallar müvafiq qurumlar tərəfindən araşdırıldıqdan sonra öz təsdiqini taparsa, həmin işəgötürənlərə qanunvericiliyə əsasən ciddi cəzalar tətbiq oluna bilər.

Mənbə: vergiler.az


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar

posted in: Xəbər | 0

Mühasib köməkçisi, Mühasib operator, Mühasib, vakansiya, Hərbi toplanışa çağırılan işçi, əməkhaqqının hesablanması, əməkhaqqı,vergiyə cəlb olunma, kənd təsərrüfatı məhsullarının istehsalı, Kənd təsərrüfatı məhsulları vergi,Məlum olduğu kimi tətbiq edilən vergi güzəştləri və azadolmalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu yazıda hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar barədə məlumat verməyə çalışacağıq. Mövcud qanunvericiliyə əsasən müəyyən fəaliyyət növlərinin təşviqi və sahibkarlığın dəstəklənməsi məqsədilə müəyyən müddətlər üzrə vergi güzəştləri və azadolmalar tətbiq edilir.

Bunlara aiddir:

10 il müddətinə

  • Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki (hüquqi) şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – müvafiq olaraq gəlir və mənfəət vergisindən, eyni zamanda sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak, torpaqlarına görə isə torpaq vergisindən də azaddır. Bu azadolmalar sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq hesablanır.
  • Sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Bu azadolma rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən hesablanır.

Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


2024-cü il yanvarın 1-dək

  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azaddır.
  • Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisindən azaddır.
  • Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi sadələşdirilmiş vergidən azaddır.
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə əmlak vergisini ödəməkdən azaddır.
  • Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azaddır.

Vəkil firmasında əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb olunur?


7 il müddətinə

  • İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar (hüquqi şəxs) həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi gəlir (mənfəət) vergisindən azaddır.
  • KOB klasterin iştirakçısı olan fərdi sahibkarın (hüquqi şəxsin) KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi gəlir (mənfəət) vergisindən azaddır.
  • KOB klaster şirkətinin mənfəəti mənfəət vergisindən azaddır. Azadolma KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən başlanır.
  • investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Azadolma investisiya təşviqi sənədinin alındığı tarixdən başlanır.
  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azaddır. Azadolma KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən başlanır.
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə əmlak vergisindən azaddır.
  • KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə əmlak vergisindən azaddır.
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisindən azaddır.
  • KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

İdxal mallarının saxlanıldığı yerə baxış keçirilməsi

posted in: Xəbər | 0

mənfəət vergisi bəyannaməsi, Gəlirdən çıxılmayan xərclər, ƏDV ödəyicisi, Sadələşdirilmiş vergi ödəyicisi, Vergi bəyannamələri, Vergi bəyannamələrinin təqdim olunması, vergi öhdəliyi, Təsisçi, vergi öhdəliyi, kağız formada olan alış aktları, Malların alış aktı, Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Satış məqsədilə idxal edilən malların saxlanıldığı yerə vergi orqanı tərəfindən baxış keçirilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulmuş məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş protokolla rəsmiləşdirmək vergi orqanlarının hüquqlarına aid edilib. Eyni zamanda, vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxışın keçirilməsi operativ vergi nəzarəti tədbiri ilə əhatə edilmiş məsələlərə aiddir.

Əsas: Vergi Məcəlləsinin 23.1.3-2-ci və 50.1.13-1-ci maddələri.

Mənbə: vergiler.az


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Kameral vergi yoxlamasının keçirilmə müddəti

posted in: Xəbər | 0

qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMənfəət vergisi üzrə bəyannamə təqdim edildikdən neçə gün sonra vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilə bilməz?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Xaricdən əldə edilən gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilmiş dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddətlər başa çatdıqdan sonra həmin bəyannamə və ya xaricdən əldə olunan məlumatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Əsas: Vergi Məcəlləsinin 37.2-ci maddəsi.

Mənbə: vergiler.az


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


1 714 715 716 717 718 719 720 2. 703