Tibb işçilərinə ödənilən əlavələrdən gəlir vergisi tutulurmu?

posted in: Xəbər | 0
birbank biznes

Səyyar vergi yoxlaması, Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsi 2022,Koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavədən gəlir vergisi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilıb.


Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar


Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına qeyd olunan əlavələrin vergidən azad olması qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əməkhaqqına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri kimi ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən, gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyidir.

Buna əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirləri ilə birlikdə vergiyə cəlb olunur.

Mənbə: vergiler.az


Malların alış aktı hansı formada tərtib olunmalıdır?


Print Friendly, PDF & Email