Maliyyə Nazirliyi yeni proqram təminatının tətbiqinə hazırlaşır

posted in: Xəbər | 0

qeyri-hökumət təşkilatları,Azərbaycanda ötən il dövlət və icmal büdcələrinin layihələrinin tərtibinin avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilib, Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) qurulması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar proqram təminatı hazırlayıb və artıq sınaqlardan keçirilib.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bunu nazir müavini Azər Bayramov qurumda keçirilmiş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, proqram təminatının tətbiqi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda növbəti il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibini avtomatlaşdırmaqla nazirliyə daxil olan məlumatların və hesablamaların emalını sürətləndirəcək.

Mənbə: report.az


“Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” məlumat forması təsdiq edilib

posted in: Xəbər | 0

Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri qanunvericiliklə nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.

Həmçinin orta və iri sahibkarlıq subyektləri 2022-ci ilin yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranmış debitor və kreditor borcları barədə məlumatı müəyyən edilmiş formada müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-ci il martın 31-dək vergi orqanınqa təqdim etməlidirlər.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi ödəyicilərinin debitor və kreditor borclarının ödənilməsi haqqında Məlumat forması təsdiq edilib.

Məlumat Forması ilə bu keçid vasitəsil tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az


Dövlət Vergi Xidməti sahibkarların iştirakı ilə forum keçirəcək

posted in: Xəbər | 0

vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıFevralın 25-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda forum keçirəcək.

Bu barədə quruma istinadən xəbər verilir.

“Sahibkarlıq subyektlərindən forum zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini  elektron poçt ünvanına göndərmələri tövsiyə olunur”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.

Mənbə: report.az


“Nağdsız hesablaşmalar haqqında” Qanunu pozanları hansı cəzalar gözləyir?

posted in: Xəbər | 0

Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Nağdsız hesablaşmaların vergi öhdəliklərinin yerinə yetirilməsinə nəzarət olunmasında müstəsna əhəmiyyəti var. İqtisadçı ekspert Anar Bayramov oxucuları “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları barədə məlumatlandırır.

1 yanvar 2022-ci il tarixdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4-cü maddəsinə əlavə edilən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir:

• ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər (Maddə 3.4.10.);

• pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər (maddə 3.4.11.);

• tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər (Maddə 3.4.13.);

• “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları). (Maddə 3.4.14.)

Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən, həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə məsuliyyət tədbiri nəzərdə tutulub.


İşçinin kreditini işəgötürən necə ödəyə bilər?


Misal 1: Maşın salonunun sahibi olan vergi ödəyicisi maşınların satışını nağd qaydada həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Avtomobilinin dəyəri ödəniş terminalı vasitəsilə ödənilib. Bu halda satışı həyata keçirən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.2-ci maddəsinə əsasən, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab edilir.

Misal 3: Vergi ödəyicisi hüquqi və fiziki şəxslərin mülkiyyətində olan maşınları avtomobil salonlarına yerləşdirərək satır. Maşınlar satılandan sonra maşın sahibləri satışa görə vergi ödəyicisinə komisyon haqqı ödəyirlər. Vergi ödəyicisi komisyon qaydada avtomobil salonundan nəqliyyat vasitəsini nağd qaydada satanda ona vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.9-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 4: Mülkiyyətindəki avtomobili maşın bazarında nağd pula satan vətəndaşa hər hansı maliyyə sanksiyası tətbiq olunmayacaq.

Misal 5: Vergi ödəyicisi pərakəndə satış qaydasında bir əməliyyat üzrə 5.000 manatlıq mallar nağd qaydada satıb. Bu halda, vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunacaq. Amma maliyyə sanksiyası nağd əməliyyatın tam məbləğinə, yəni 5.000 manata yox, 1.000 manata, yəni qanunla müəyyən edilən 4.000 manatlıq limitdən yuxarı olan hissəyə tətbiq ediləcək.

Misal 6: Mebel avadanlıqları satan vergi ödəyicisi vətəndaşa 3.000 manatlıq yataq mebelini və 3.500 manatlıq mətbəx mebelini nağd formada satıb. Bu halda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmayacaq. Çünki “Nağdsız hesablaşmalar haqqında” Qanunda hər əməliyyat üzrə 4.000 manatlıq limit müəyyənləşdirilib.


Ezamiyyə xərclərinin gəlirdən çıxılması


Tibbi xidmətlərin dəyəri nağd qaydada qəbul edildikdə…

Vergi Məcəlləsinin 58.7-1.10-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Tibb müəssisəsi tərəfindən vətəndaşın cərahiyyə əməliyyatının dəyəri 5.000 manat müəyyənləşdirilib. Vergi ödəyicisi həmin vəsaiti nağd şəkildə qəbul edərsə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.10-ci maddəsinə əsasən, 4.500 manat üçün (5.000 (nağd ödənişin məbləği) – 500 (qanunla nağd formada icazə verilən məbləğin maksimum həddi) maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Tibb müəssisəsi vətəndaşın müayinə xərclərinin məbləğini 4.000 manat müəyyən edib. Vergi ödəyicisi həmin məbləği tibbi müəssisənin bank hesabına ödəyib. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.3-cü maddəsinə əsasən, birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşma hesab olunduğu üçün vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək.

Misal 3: Tibb müəssisəsinə 1.200 manatlıq xidmət haqqı qarşı tərəfdən POS-terminal vasitəsilə ödənilib. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülmə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) nağdsız hesablaşma hesab edilir. Bu səbəbdən də POS-terminal vasitəsilə həyata keçirilən əməliyyata görə Vergi Məcəlləsinin 58.7-1.10-cu maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilməyəcək.

Uduşlar nağd qaydada verildikdə…
Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə də maliyyə sanksiyası tətbiq edilir.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.13-cü maddəsində nağd hesablaşmaya görə maliyyə sanksiyası tətbiq edilən iki tərəf var:

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar);

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Misal 1: Vergi ödəyicisi “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə 5.000 manat məbləğində uduşu nağd formada təqdim edib. Vergi orqanı Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinə əsasən, vergi ödəyicisinə 2.000 manatlıq (5.000 manat (tam nağd ödənişin məbləği) – 3.000 manat (“Nağdsız hesablaşmalar haqqında” Qanunla icazə verilən nağd ödənişin maksimum məbləği)) məbləğə maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Vergi ödəyicisi “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə oyunlarda iştirakla bağlı 2.000 manatlıq pul ödənişlərini nağd qaydada qəbul edib. Vergi orqanı həmin ödənişin qəbul edilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.11-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq edəcək.

Mənbə: vergiler.az


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


1 718 719 720 721 722 723 724 2. 686