İşçinin kreditini işəgötürən necə ödəyə bilər?

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 956.1-ci maddəsinə görə bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Bu isə o deməkdir ki, əməkhaqqı, pensiya və digər növ kartı olan şəxslərlə birbaşa və ya dolayısı ilə bağlanmış bank hesabı müqavilələrinə görə bankla razılaşmaya əsasən hesabdan pulun akseptsiz silinməsi halları da göstərilir. Buna görə də banklarla bağlanmış müqavilələrdə diqqətli olmaq məqsədəuyğundur.

Bu yazıda işçinin əməkhaqqısından akseptsiz qaydada kredit ödənişinin çıxılması barədə əsas məsələləri qeyd edəcəyik.

Əmək Məcəlləsinin 175.1-ci maddəsinə görə əməkhaqqından tutulmalar yalnız işçinin razılığı ilə və müəyyən hallar (vergi, sığorta ödənişləri, həmkarlar ittifaqına üzvlük haqqı və s) nəzərə alınmaqla tutula bilər. İşəgötürən işçinin yazılı razılığı əsasında əməkhaqqından tutma edərkən özünün müəyyən etdiyi məbləği deyil, işçi tərəfindən razılıq verilmiş müddət və həcmdə olan məbləği tutaraq təyinatı üzrə ödənişlərə yönəldə bilər.

İşçinin razılığı ilə işəgötürən tərəfindən əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq ödənilməlidir. Onu da qeyd edək ki, işçi ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz. Bu hal yalnız məhkəmə qərarlarının icrası və işçinin kredit (o cümlədən bank hesabı) müqaviləsi üzrə razılıq verdiyi ödənişlər olduqda nəzərə alınmır.

Yekunda qeyd edək ki, işçi razılıq verəcəyi yaxud məhkəmə işi üzrə ödəniş etməli olacağı məsələlərlə bağlı əvvəlcədən işəgötürəni məlumatlandırdığı zaman gözlənilməz itkilərə məruz qalmaya bilər.


Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *