Maliyyə Nazirliyi yeni proqram təminatının tətbiqinə hazırlaşır

posted in: Xəbər | 0
birbank biznes

qeyri-hökumət təşkilatları,Azərbaycanda ötən il dövlət və icmal büdcələrinin layihələrinin tərtibinin avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilib, Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) qurulması üçün nazirliyin iştirakı ilə icraçı təşkilatlar proqram təminatı hazırlayıb və artıq sınaqlardan keçirilib.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bunu nazir müavini Azər Bayramov qurumda keçirilmiş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, proqram təminatının tətbiqi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda növbəti il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibini avtomatlaşdırmaqla nazirliyə daxil olan məlumatların və hesablamaların emalını sürətləndirəcək.

Mənbə: report.az


Print Friendly, PDF & Email