Ödənişli məzuniyyətin ödənişsiz məzuniyyətə çevrilməsi
Məlum olduğu kimi hər bir işçinin bir iş ili üzrə ödənişli və ödənişsiz olmaqla məzuniyyət hüququ əmək qanunvericiliyi ilə müəyyən edilmişdir.
Buna müvafiq olaraq, ilk dəfə işə başlayan işçilər üçün bu hüquq 6 ay sonra, digər hallarda isə əvvəlcədən işəgötürənlə razılaşdırmaqla müəyyən edilmiş vaxtda yaranır. Ödənişsiz məzuniyyətlərin müddəti müəyyən hallar üzrə 7-14 gün olaraq dəyişməsinə baxmayaraq, ümumilikdə isə 6 aydan çox olmayaraq işəgötürənlə razılaşdırmaqla ödənişsiz məzuniyyət verilə bilər.
Bu yazımızda işçinin ödənişli məzuniyyətinin hansı halda ödənişsiz məzuniyyətə çevrilməsini xüsusi qeyd edəcəyik.
Belə ki, işçi müstəsna hallarda ödənişli məzuniyyətə çıxdıqdan sonra işəgötürənin əmri və özünün razılığı ilə işə geri çağırıla bilər. Geri çağırılan işçi bu zaman 2 variantlı seçim hüququ qazanmış olur.

Gəlirlərinin beş milyon rubldan çox hissəsinə görə fərdi gəlir vergisi (FGV) dərəcəsi 13 faiz deyil, 15 faiz təşkil edən varlı rusiyalılar, 2021-ci ilin yekunlarına görə büdcəyə 636,4 milyard rubl ödəyiblər. Bunu Federal Vergi Xidmətinin (FVX) məlumatları təsdiq edir.
Adambaşına düşən ÜDM-ə görə İsveçrə dünyada ilk yerlərdən birini tutur. Onun iqtisadi gücü əsasən xidmət sektoruna əsaslanır. Ölkənin ən mühüm ticarət tərəfdaşı Avropa Birliyidir.
Hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38-ci fəsli ilə əsas tənzimlənməsi mövcud olan lizinq münasibətləri hazırda ölkə iqtisadiyyatında, xüsusilə nəqliyyat və kənd təsərrüfatı sferasında öz təşəkkülünü tapmışdır. Qeyd etmək lazımdır ki, lizinq münasibətlərinin başlıca tənzimləməsi lizinq verənin (lizinq şirkəti) müəyyən əşyanı lizinq alana (istehlakçı) müəyyən dövriliklə istifadə üçün təqdim etməsi ilə mümkündür. Lizinq şirkətləri hazırda kənd təsərrüfatı texnikalarını, nəqliyyat vasitələrini və digər avadanlıqları öz mülkiyyətində saxlamaqla istənilən satıcıdan aldıqdan sonra istehlakçılarla bağladığı lizinq müqaviləsinə əsasən müəyyən dövr ərzində onların istifadəsinə verir. Lizinq müqaviləsinə əsasən lizinq şirkəti mülkiyyətində olan əşyaları istehlakçının mülkiyyətinə keçirmək şərtilə də lizinq müqaviləsini bağlaya bilir.