Aristotel, fəlsəfə və mühasibat uçotu (I hissə)

posted in: Xəbər | 0

Təklif olunan məqalədə professor M. L. Pyatov bizi Sidneydə dünya mühasiblər Konqresində (WCOA 2018) qaldırılan məsələlərin müzakirəsindən sanki heç də müasirliklə bağlı olmayan fəlsəfi problematikaya doğru qaytarır. Amma! Bu yazını oxuyarkən, məqalənin qədim fəlsəfi traktatların müddəalarının düşünə biləcəyimiz mühasibatlıq mühitindən o qədər də uzaq olmadığını görmək imkanımız var…

Yenə də Aristotel

2018-ci ilin noyabr ayında biz “1C” firmasından olan sevimli həmkarlarımla Filip Dikhonerin Sidneydə etimad iqtisadiyyatı və şirkətlərin hesabatında onun rolu haqqında məruzəsinə qulaq asdıq. Filip, şirkətlərin yeni hesabat növlərinin vizuallaşdırılmış məzmununun bu məlumatların qeyri-peşəkar istifadəçisi üçün özünəməxsus tələ ola biləcəyini və internetdə əldə edilə biləcək məlumatların mövcudluğu kimi, “istifadəçi yönümlülüyü”nün bu cür məlumatların alıcısında onlara həddindən artıq etibar yarada biləcəyini bizə izah etdi.

Dikhoner deyirdi ki, bir şey anladıqlarını hiss etmək insanların çox xoşuna gəlir. Bu onlara həzz verir. Burada bizə aydın oldu ki, Filip faktiki olaraq Aristotelin “Metafizika” əsərindən ilk sətirləri sitat gətirir: “Bütün insanlar təbiətən biliklərə can atırlar”.


Praktiki “Mühasibat Kargüzarlığı” kursu


Fəlsəfə və mühasibat uçotu

Əgər siz diqqət yetirmisinizsə, “Əyləncəli mühasibat” rubrikasının mövzusu müəyyən mənada daha çox fəlsəfi çalar alır. Biz sizinlə tanınmış mütəfəkkirlərin işlərinin müddəalarını xatırlayaraq, onların məzmunu ilə mühasibat uçotunun müasir problemləri arasında aydın əlaqələr tapırıq.

Bu, təcrübə üçün gərəksiz olan və hazırda işdən yorulmuş oxucu üçün yalnız hansısa intellektual əyləncə düşüncəsi mənasını verən çox uydurma bir şey kimi görünə bilər. Lakin əslində heç də belə deyil.

Bu gün sizi dünya konqresinin aktual problemlərindən tutmuş, əsrlərin dərinliyində sanki həmişəlik batmış qədim fəlsəfi traktatlara qədər geri qaytararaq, demək istəyirəm ki, biz bunu niyə edirik və praktiki mühasib və ya mühasibatlığın müdrikliyini indi öyrənməyə başlayanlar, məhz, indiki zamanda bundan hansı faydaları əldə edə bilər.

İqtisadi fikir bir dünyagörüşü kimi

Fəlsəfə müəyyən mənada bizi əhatə edən dünyaya və bizim özümüzə baxış sistemidir.  O cümlədən, bu, ictimai inkişafın ən mühüm tərkib hissəsi kimi cəmiyyətə və onun iqtisadi həyatına “baxış” deməkdir.

İqtisadi fikrin bütün tarixi-iqtisadiyyatın necə “işlədiyini”, iqtisadi münasibətlərin hansı qanunlarla formalaşdığını və inkişaf etdiyini, hadisələrin inkişafının bu və ya digər ssenarisinin necə proqnozlaşdırıldığını və iqtisadi həyat mexanizmlərini başa düşərək bu dünyanın yaxşılığa doğru necə dəyişəcəyini anlamaq cəhdidir.

İqtisadi baxışların inkişafının təməli kimi həmişə fəlsəfi düşüncə xidmət etmişdir. Çünki, iqtisadiyyat bütövlükdə cəmiyyətin həyatının bir hissəsidir. Bu isə, öz növbəsində, bizi əhatə edən, bizim özümüzün də bir hissəsi olduğumuz gerçəklik elementi kimi mövcuddur. İqtisadi baxışlar həmişə dünyaya ümumi baxışlarımızın və burada öz yerimizin elementidir.

Belə ki, iqtisadi nemətlər anlayışı yaxşılıqlar haqqında ümumi təsəvvürün elementidir, auditorun etik kodeksi etika haqqında ümumi təsəvvürlərə əsaslanır, “iqtisadi insan” isə iqtisadi qərarlar qəbul edən və hərəkətləri həyata keçirən, müəyyən iqtisadi nəticələri olan bir insandır. Bu, öz psixologiyası, sosiumu kontekstində fəaliyyət göstərən, öz fiziki imkanları olan, bu imkanları təkmilləşdirmək istəyən, həzzə can atan, əzablardan və s. qurtulmaq istəyən bir insandır.

Qeyd etmək vacibdir ki, texnoloji tərəqqinin iqtisadi nəticələri də texnologiyaların inkişafı sayəsində bütövlükdə cəmiyyətlə baş verənlərin bir hissəsidir. Burada bir sıra nümunələri misal çəkməyi uzun müddət davam etdirmək də olardı.

Fikir toplusu bir baxış sistemi kimi

İqtisadiyyat, cəmiyyətimizin necə yaşadığını və inkişaf etdiyini anlaya bildiyimiz (və ya anlamaq istədiyimiz) şeylər, sosial biliklərin bir hissəsidir. İstənilən sosial elmin ideyaları, məhz, baş verən proseslərə baxış sistemi, onlar haqqında fikir toplusudur. Bu fikirlər cəmiyyətin inkişafı zamanı, yəni, onun həyatında hakim olan dinlərdə dəyişiklik, siyasi sistemlər, hüquqi normalar, texnoloji tərəqqi, insan davranışının etikası haqqında fikirlər və s., dəyişir.

Bu mülahizələr heç vaxt düzgün və ya səhv olmur. Yalnız müəyyən bir tarixi dövrdə cəmiyyətdə hökm sürən inanc sistemini əks etdirir. Onları “düzgündür” və ya “düzgün deyil”  meyarları üzrə qiymətləndirmək olmaz. Ən azından ona görə ki, onlar özləri cəmiyyətin inkişafına müəyyən dərəcədə təsir edirlər və onda əks olunurlar.

Təsəvvür edin ki, biz sizinlə hansısa asteroidin hərəkətini müşahidə edirik. Bizdə mövcud olan astronomiya təsəvvürləri əsasında onun hansısa planetlə toqquşmasının perspektivləri barədə proqnozlar qururuq. Bu toqquşma ya baş verəcək, ya da baş verməyəcək. Bu fakt bizim irəli sürdüyümüz fikirlərdən heç də asılı olmayacaqdır. Beləliklə, zaman keçdikcə bu və ya digər fərziyyələrimizin nə qədər doğru və ya yanlış olduğunu mütləq qiymətləndirə bilərik.

İqtisadiyyatla isə heç də belə olmur. Təsəvvür edin ki, sabah xəbərlərdə bir sıra aparıcı iqtisadçıların ilin sonuna qədər, məsələn, avronun məzənnəsi 150 rubla qədər artacağı ilə bağlı proqnozlarını verirlər. İqtisadi cəhətdən fəal vətəndaşların bir qismi bu proqnozu eşidərək mütləq fəaliyyətə başlayacaqdır. Məsələn, avronu almağa başlayacaqlar və onların bu hərəkəti mütləq mənada kursun qalxmasına gətirib çıxaracaq. 150 rubla kimi olmasa da, hər halda kurs yüksələcək.


II hissəyə nəzər yetirin


Ticarət əlavəsindən ƏDV-nin tutulması

posted in: Xəbər | 0

Ticarət əlavəsi ədv, işəgötürənin öhdəlikləri 2022, 2022-ci il əməkhaqqıdan tutulmalar, əməkhaqqıdan tutulmalar, 2022-ci il üçün əməkhaqqıdan tutulmalar, Mühasib, vakansiya,Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması üçün qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulur. Vergi Məcəlləsinə son dəyişikliklə bu sahədə yenilik edilmişdir. Mövzu ilə bağlı maraq doğuran məqamlara Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Burada əsas şərt kənd təsərrüfatı məhsullarının tərkibinin dəyişdirilmədən, təbiətdə olduğu ilkin formada, emal əməliyyatlarına məruz qalmadan təqdim edilməsidir. Əgər məhsulların kimyəvi tərkibi dəyişdirilərsə və ya məhsul emal əməliyyatına məruz qalarsa, o halda məhsulların təqdim edilməsi ƏDV-yə cəlb olunur.

Misal 1: Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan ƏDV ödəyicisi fındıq istehsal edib və 5.000 manata satıb. Fındıq təbiətdə olduğu ilkin formada təqdim edilib.

Həmin fındıqdan istehsal olunan şokolad isə 10.000 manata təqdim edilib. Göstərilən məbləğlərə ƏDV daxil deyil. ƏDV öhdəliyini müəyyən edək.

Misaldan göründüyü kimi, fındığın təqdim edilməsi ƏDV-dən azad olan əməliyyat hesab edilir. Çünki təqdimetmə zamanı tərkibi dəyişdirilməmiş və təbiətdə olduğu ilkin formada olmuşdur. Fındıqdan şokolad hazırlanmması isə kənd təsərrüfatı məhsulunun kimyəvi tərkibinin dəyişdirilməsi hesab edilir və bu məhsulun təqdim edilməsi ƏDV-yə cəlb olunur. Baxdığımız misalda vergi ödəyicisinin ƏDV öhdəliyi 1.800 manat (10.000×18% ) olacaqdır.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Ona görə də idxal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan ticarət qaydasında satışı zamanı ƏDV ticarət əlavəsindən tutulur.

Vergi Məcəlləsinə edilmiş digər dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Misal 2: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi hesabat dövründə 5.000 manatlıq kənd təsərrüfatı məhsulu idxal etmişdir. İdxal zamanı gömrük orqanları tərəfindən 900 manat (5.000×18%) ƏDV tutulmuşdur. Pərakəndə ticarətçi həmin malı 6.800 manata (1.800 manat ticarət əlavəsi ilə) daxili bazarda təqdim etmişdir. ƏDV öhdəliyini müəyyən edək.

Misaldan göründüyü kimi, pərakəndə ticarətçi məhsula 1.800 manat ticarət əlavəsi tətbiq etmişdir. Bu halda, büdcə qarşısında 324 manat (1800×18%) ƏDV öhdəliyi yaranır, idxal zamanı gömrük orqanları tərəfindən tutulan 900 manat ƏDV məbləği isə əvəzləşdirilmir. Eyni hal topdansatış fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə də şamil edilir.

Mənbə: vergiler.az


Bax: İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri


İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri

posted in: Xəbər | 0

Hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikası ərazisində yaşayış evi, mənzillər də daxil olmaqla, daşınmaz əmlak sayılan bütün növdən əmlakın sığortası icbaridir. Bu sığorta növü üzrə sığortalamaqdan imtina yaşayış evi və mənzillərə münasibətdə yerli icra hakimiyyəti orqanı (mexanizm mövcud deyil), qeyri-yaşayış sahələrinə münasibətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən sanksiyalara (mexanizm mövcuddur) cərimə növündə səbəb olur. Bu səbəbdən də hər bir fiziki və hüquqi şəxs üçün bu sığorta növü üzrə əmlakın sığortalanması mühüm bir səciyyəyə malikdir.

“İcbari Sığortalar haqqında” Qanunun tələbinə görə istər mənzil sahibi, istərsə də qeyri-yaşayış sahəsini icarəyə götürən şəxslər hər təqvim ili ərzində 1 illik olmaqla daşınmaz əmlakını icbari qaydada sığortalatmalıdır. Sığortalama zamanı ağla gələn ilk sual əmlakın dəyərinin müəyyən edilməsindən ibarət olduğu üçün bu suala cavab verməyə çalışacağıq.

Qeyd edək ki, yaşayış evləri və mənzillər üçün əmlak dəyərinin müəyyən edilməsinə ehtiyac yoxdur. Ona görə ki, bu kateqoriya üzrə konkret net məbləğlər müəyyən olunub. Belə ki, Bakı şəhərində yerləşən yaşayış evi və mənzillər 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 20 min manat, digər yaşayış məntəqələrindəki əmlak isə 15 min manat məbləğində icbari sığortalanır. Bu məbləğlər sabitdir. Əslində hazırki bazar dəyərlərinə əsasən bu məbləğlər çox cüzi görünsə də, mövcud vəziyyətdə təminatlar sabit olduğu üçün real zərərdə itkilərə gətirə bilir.

Daşınmaz əmlakın icbari sığortası qeyri-yaşayış sahələri, bina və tikililər üçün xüsusi hesablamalar müəyyən etmişdir. Belə ki, bina və tikililər üzrə dəyəri müəyyən edərkən əmlakın yerləşdiyi yerdəki eyni cür tikili və ya binanın inşasının (bərpa) dəyəri əsas tutulur. Qeyri-yaşayış sahələri üzrə isə əmlakın yerləşdiyi yerdəki eyni cür əmlakın orta bazar dəyəri əsas götürülə bilər. Qeyri-yaşayış sahələri üzrə həmçinin hesablamada əmlakı istismar edən şəxsin fəaliyyət kateqoriyası da mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, daşınmaz əmlaka sahibliyi həyata keçirən şəxsin fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət kateqoriyasına uyğun olaraq sığorta haqqı məbləği də müəyyən edilir.

İstinadlar:

İcbari sığortalar haqqında Qanun 2. fəsil

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası.


Bax: Çatdırılma şirkətlərinə edilən ödənişlərin vergiyə cəlb olunması


Varlı mühasib – milyarder İlay Broud

posted in: Məqalə, Xəbər | 0

Xeyriyyəçi və kolleksiyaçı İlay Broud uzun sürən xəstəlikdən sonra 2021-ci il mayın 21-də “Cedars-Sinai” tibb mərkəzində vəfat edib. Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırıb.

Ölüm anında Broudun sərvəti Forbes jurnalı tərəfindən 6,9 milyard dollar məbləğində qiymətləndirilmişdi, o, “Forbes Real-Time”ın ən zəngin amerikalılar siyahısında 85-ci yerdə idi.

Peşəcə mühasib olan Broud sərvətini daşınmaz əmlak və sığorta sahəsində qazanıb. O, Los-Ancelesin mədəni həyatına böyük töhfələr vermiş, şəhərin mərkəzində 2000 sənət əsərinin sərgiləndiyi pulsuz girişi olan “The Broad” muzeyini inşa etmiş, Uolt Disney adına konsert zalının, həmçinin Los-Ancelesdəki Kaliforniya universitetində bədii mərkəzin tikintisində iştirak etmişdi. O, öz adına universitet kollecini və menecment üzrə Ali məktəbi təsis etmiş, genetika tibb üzrə məşğul olan tədqiqat mərkəzinin yaradılmasına və “Broad İnstitute” institutunun dəstəklənməsinə 1 milyard dollardan çox sərmayə qoymuşdu.

Broud 1933-cü ildə Nyu-York ştatının Bronks şəhərində anadan olub və ailəsi ilə birlikdə Detroyta köçüb.

1957-ci ildə o, Donald Kaufman ilə birlikdə borc vəsaitləri hesabına “Kaufman & Broad” şirkətini qurmuşdu, sonradan bu şirkət ABŞ-da ən böyük yaşayış əmlakı layihələndiricilərindən birinə çevrilmişdi. 1970-ci illərdə o, sığorta şirkətinə sərmayə yatırmış, sonradan adını dəyişdirərək “SunAmerica” adlandırmışdı ki, həmin şirkəti də 1998-ci ildə 18 milyard dollara satmışdı.

O, həyat yoldaşı ilə birlikdə tibbi tədqiqatlar, dövlət təhsili, təsviri incəsənət və ifaçılıq sənətlərini dəstəkləyən 3 milyard dollarlıq bir fond yaratmışdı. Bu yaxınlarda qrantların 50 illiyini qeyd edən fondlar, 4 milyard dollardan çox qrant verəcəklərini vəd ediblər və həmin məbləği ayırıblar.

Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırmışdı. “O, bu şəhəri mənim indiyə kimi tanıdığım hər hansı bir şəxsdən daha çox sevirdi”, – Qarsetti belə yazıb.


1 740 741 742 743 744 745 746 2. 686