Kameral vergi yoxlamasının müddətləri artırıldı
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də kameral vergi yoxlamasının müddətləri ilə bağlıdır. Dəyişikliyin mühasiblər üçün maraq doğuran məqamlarını mühasib İlkin Lələyev şərh edir.
Vergi Məcəlləsinin 37.2-ci maddəsinə sasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.
Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.
Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Yəni mənfəət və gəlir vergisi üzrə təqdim edilmiş hesabatlar üçün 60 iş günü, digər bəyannamələr, həmçinin cari vergi ödəmələri haqqında arayış (arayışlar üçün də kameral yoxlama aparılacaqdır) üçün 30 iş günü kameral vergi yoxlamasının müddəti müəyyən edilmişdir. Bu, o deməkdir ki, vergi ödəyicisindən təsdiqedici sənədlərin tələb edilməsi, dürüst, müfəssəl yoxlama aparılması üçün vergi orqanının daha çox vaxtı olacaq.
Mənbə: vergiler.az

Kapital Bank Müştəri Bank-da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.
Bütün dövrlərdə və dünyanın müxtəlif ölkələrində vergilər kəskin mübahisələrə səbəb olub və yerli sakinlərin daimi narazılığına gətirib çıxarıb. Əksər qərb ölkələrində vergi sistemləri öz kökü ilə XV-XVII-ci əsrlərə gedib çıxsa da, ilk vergi yığımları daha əvvəllər tətbiq edilib. Bu müddət ərzində bir çox gözlənilməz təşəbbüslər olub – Bizansda hava vergisindən tutmuş, orta əsrlər İngiltərəsində tətbiq edilən qorxaqlığa görə vergiyə qədər (o, ödəyicini hərbi kampaniyalarda iştirak etmək ehtiyacından azad edirdi). Bu yığımların əksəriyyəti çoxdan unudulub, lakin, dünyada əcnəbilər üçün gözlənilməz və bəzən anlaşılmaz qalan vergilər hələ də mövcuddur.