Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq

posted in: Xəbər | 0
birbank biznes

Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,“Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq tələblər yeni məcəllənin hazırlanmasını zəruri edir:

“Burada əsas məqsəd ondan ibarətdir ki, artıq illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təkmilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyə olunur.

Razıyam ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir. Bu mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir. Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələrini nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq”.

Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir.

Mənbə: report.az


Print Friendly, PDF & Email