Gələn ildən vergi ödəyiciləri daha hansı məlumatları vergi orqanına verə bilərlər?

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər parlamentdə III oxunuşda qəbul edilib. Artıq mütəxəssislər yeniliklərin detallarını açıqlayırlar.

Gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşən Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib ki, Vergi Məcəlləsinə 01 yanvar 2022-ci il tarixdən təkllif olunan dəyişikliklər qüvvəyə minərsə vergi ödəyiciləri vergi orqanına aşağıdakı məlumatları da təqdim edəcəklər:

  • istehsal olunacaq hazır məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları, həmçinin hesabat dövründə həmin normalara dəyişikliklərlə bağlı dəqiqləşdirilmiş məlumatlar (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla),
  • idxal ediləcək malların saxlanılacağı (boşaldılacağı) yer barədə, yaxud həmin malların saxlanma yeri barədə, yaxud həmin malları sifariş verən şəxslər barədə və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə,
  • kreditor və debitor borcları barədə (mənfəət, gəlir vergisinin ödəyiciləri),
  • bank ödəniş tapşırıqlarında elektron qaimə-fakturanın seriya və nömrəsi, yaxud müntəzəm alışlar üzrə bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, YGB seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı (invoys) sənədinin tarixi və nömrəsi, yaxud borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi, yaxud avans ödənişi olduğu göstərilməklə tələbnamənin, müqavilə və ya əlavənin tarixi və nömrəsi.
  • orta və iri sahibkarlıq subyektləri mühasibat standartları üzrə hazırlanan maliyyə hesabatları (vergi orqanının tələbi ilə).

Əslində bütün sadalanan məlumatlar mühasiblər tərəfindən hazırlanır və ya əldə olunur. Məsələ ondadır ki, artıq onlar bu məlumatların verilməsini təmin etmək üçün həmin məlumatları əsaslandıran əməliyyatların uçotunu düzgün, dürüst və vaxtında aparmalıdırlar. Həmçinin, bilməlidirlər ki, əvvəlcədən təqdim olunan bu məlumatlardakı göstəricilər sonradan təqdim olunan mənfəət (gəlir) bəyannamələrinin 1 №-li Əlavəsinin göstəriciləri ilə uyğunlaşdırılmaqla vergi orqanı tərəfindən kameral yoxlamalar aparılacaqdır. Başqa sözlə, uyğunsuzluqların düzgün əsaslandırılması üçün vergi orqanının məlumat bazası genişləndirilir. Ona görə də mühasiblər tərəfindən rəhbər və icraçı menecerlərə daha məsuliyyətli olmaları və mühasiblərin özlərinin də məsuliyyətinin artacağı barədə xəbərdarlığını etmələri tövsiyyə olunur.

Hesab edirəm ki, mühasiblərin əməyinin qiymətləndirilməsi hazırki tələblərdən irəli gələn məsuliyyətinə adekvat olmalıdır. Mühasib əməyinin dəyərinin yüksək olması mütləqdir, bu əmək ucuz ola bilməz. Artıq rəhbərlər və sahibkarlar mühasibat xidmətinin dəyərinin artırılması və ya uyğunlaşdırılması istiqamətində düşünməli və səy göstərməlidirlər.

Mənbə: vergiler.az


Növbəti il üçün minimum əməkhaqqı alan işçinin sosial ödənişləri

posted in: Xəbər | 0

işçilərin minimum əməkhaqları, 2022 iş vaxtı norması, 2022-ci il üçün istehsalat təqvimi, 2022-ci il üçün iş vaxtı norması, işsizlikdən sığorta ödənişinin verilməsi, işsizlikdən sığorta ödənişi,Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 300 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqlarının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Mühasib İlkin Lələyev 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqı ilə işləyən işçiyə münasibətdə qeyri-büdcə və qeyri-neft sektoru üzrə əməkhaqqından tutulmaları və əlavə ödənişləri hesablayıb. Həmin bu sahədə tutulmalar aşağıdakı qaydada olacaq:

Məcburi dövlət sosial sığorta haqqı üzrə:

İşçidən tutulan:

300 – 200 = 100 manat

200 x 3% + 100 x10%=16 manat

İşəgötürən tərəfindən ödənilən:

200 x 22% + 100 x 15% = 59 manat.

İşsizlikdən sığorta haqqı:

İşçidən tutulan:

300 x 0,5% = 1,5 manat.

İşəgötürən tərəfindən ödənilən:

300 x 0,5% = 1,5 manat.

İcbari tibbi sığorta haqqı:

İşçidən tutulan:

300 x 2% = 6 manat.

İşəgötürən tərəfindən ödənilən:

300 x 2% = 6 manat.

Cəmi işçidən tutulma:

16 + 1,5 + 6 = 23,5 manat.

Cəmi işəgötürən tərəfindən ödənilən:

59 + 1,5 + 6 = 66,5 manat.

Mənbə: vergiler.az


Peşəkar Mühasib Sertifikatı imtahanının nəticələri elan olunub

posted in: Xəbər | 0

Peşəkar mühasib sertifikatı, PMS imtahanı I mərhələ, PMS üzrə imtahan, PMS imtahanı, vergi orqanlarına işə qəbul,Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 205 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Dekabrın 26-da keçirilən PMS imtahanının II mərhələsinin nəticələri isə yaxın 10 gün ərzində elan olunacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 28-29 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında ərizə dolduraraq qeydiyyatdan keçməlidirlər. Apellyasiya komissiyasına daxil olan müraciətlər 5 yanvar 2022-ci il tarixindən etibarən araşdırılacaq və cavab veriləcək.

Mənbə: dim.gov.az

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (Ağamir Əsgərov)

Elektron dövlət qeydiyyatından istifadə mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

Dekabrın 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar keçiriləcək.

Tədbir startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də öz biznesini qurmaq istəyən şəxslərin elektron dövlət qeydiyyatı sistemi barədə məlumatlandırılması və onları bu sistemdən istifadəyə təşviq etmək məqsədilə təşkil edilir.

Onlayn seminara qatılmaq istəyən sahibkarlıq subyektləri və startaplar aşağıdakı link vasitəsilə tədbirdə iştirak edə bilərlər:

https://zoom.us/j/98037112936?pwd=L0lJMmc1emFCUXRnMDJKcWxiVm54UT09

Meeting ID: 980 3711 2936

Passcode: 473454

Mənbə: vergiler.az


1 756 757 758 759 760 761 762 2. 686