Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XIII hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XIII hissə)

XII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

Məsələ ondadır ki, bütün bunlarla nə etməli? Burada bir neçə variant var.

Birinci – heç nə. Bu qərarın lehinə iki amil var: birinci ondan ibarətdir ki, bir çoxları (Panqlossun nöqteyi-nəzəri) vəziyyətin öz-özünə düzələcəyini deyirlər. Həmçinin libertarian baxış da mövcuddur, həmin baxışlara görə siz dövlətin iqtisadiyyata bu cür müdaxiləsinə haqq qazandıra bilməzsiniz, ona görə də, hətta bizim problemimiz varsa belə, heç nə etməməliyik.

Digər bir variant – bu, Trampın apardığı siyasət idi: biz ölkəni Çin idxalından və mühacirlərdən təcrid etməyə çalışa bilərik, çünki bunlar əmək haqqını azaldan iki şeydir. Belə bir ssenaridə bizə tariflər lazımdır, immiqrasiya dayandırılır, Meksika sərhədi boyunca divarların tikintisi davam etdirilir.

Üçüncü variant liberallar arasında olduqca geniş yayılıb – təhsilə əlçatanlığı artırmaq. Sayı artmış iş yerləri (menecerlərin və mütəxəssislərin mövqeləri) universitet və ya texniki təhsil tələb edir. Belə ki, əlavə təhsil – bu, təsirli yanaşmadır. Lakin təhsil öz-özlüyündə insanların zavodda işdən çıxması və ya orta ixtisas tələb edən xidmət sahəsində daha ixtisaslı mövqelərə getməsi baxımından birbaşa effekt vermir. Bundan başqa, əmək bazarının ixtisaslı işlə məşğul olmaq istəyənlərin hamısını qəbul edə biləcəyi də tam şəkildə məlum deyil.

Nəhayət, dördüncü yanaşma yaşıl sənaye inqilabı ilə əlaqələndirilir – yaşıl yanaşma deyilən bir şeydir. Burada arqument ondan ibarətdir ki, biz gəlir və resurslara əsaslanan yeni idarəetmə sisteminin qurulmasını tələb edən iqlim böhranı ilə üzləşirik. Bu ssenariyə ənənəvi daxili yanma mühərriki olan avtomobillərin digər nəqliyyat sistemləri ilə əvəz edilməsi, evlərin tikintisi üçün daha effektiv texnologiyalar və s. daxildir. Bütün bunlar ixtisaslı iş yerləri tələb edəcək və əgər yaşıl inqilaba sərmayə qoysaq, əvvəllər itirilən bir çox yeni iş yeri yaradacağıq.

Bu gün haqqında danışmaq mümkün olan son variant isə bazara müdaxilə ilə bağlı təkliflər paketini nəzərdə tutur. Bu, mənə elə gəlir ki, sosial-demokratik yanaşmadır. Tədbirlər kollektiv müqavilələrin genişləndirilməsindən tutmuş (Amerikada müasir vəziyyətin xüsusiyyətlərindən biri – həmkarlar ittifaqlarının iştirakının nəzərə çarpan dərəcədə azalması – bəlkə də həmkarlar ittifaqlarının sayının çoxalması və onların fəal rolu işçilərə kömək edəcək) yüksək minimum əməkhaqqı haqqında qanunlara (federal səviyyədə minimum əmək haqqının bir saat üçün 15 dollara qədər artırılması, böyük bir addım ola bilərdi), əmək hüquqlarının genişləndirilməsi (məsələn, müqavilələrin ləğv edilməsi ilə) və ya biznes milliləşdirilməsinə qədər tərəddüd edir.

Mən bu beş variantdan hansı birini seçməklə bağlı heç nə deməyəcəm. Qərar sizindir və hökümətdə təmsil olunanlarındır. Lakin görünür, siyasəti dəyişmək üçün mümkün variantların diapazonu var.


Hansı halda kameral vergi yoxlaması keçirilə bilməz?

posted in: Xəbər | 0

mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Bəzən vergi ödəyicilərinin kameral vergi yoxlamalarının müddətləri ilə bağlı sualları yaranır. Vergi mütəxəssisi Dilqəm Göyüşov kameral vergi yoxlamasının keçirilməsi vaxtı barədə diqqət yetirilməli bəzi məqamları açıqlayıb:

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində isə göstərilib ki, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş (diqqət edin, kameral uyğunsuzluq məktubu yox, məhz bildiriş) göndərir.

Vergi Məcəlləsinin 72-ci maddəsi isə vergi bəyannamələrinin (o cümlədən dəqiqləşdirilmiş bəyannamələrin) tərtib və təqdim edilməsi qaydalarını tənzimləyir. Məcəllənin 37.2-ci maddəsinin diqqət yetirilməli əsas məqamı bu maddənin ikinci cümləsidir. Həmin cümləni bir daha və diqqətlə nəzərdə keçirək:

Vergi Məcəlləsinin 37.2-ci maddəsinin 2-ci cümləsində qeyd edilib ki, bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yəni, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 iş günü keçdikdən sonra verilmiş cari bəyannamələr və bildiriş üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr üzrə yenidən kameral yoxlama keçirilə bilməz.

Burada daha bir diqqət olunmalı məqam vardır. Vergi ödəyicisi təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamənin “Ümumi məlumat” bölməsində vergi orqanı tərəfindən kənarlaşmanın aşkar edilməsi barədə göndərilmiş bildirişin nömrəsini qeyd etməlidir. Əks halda vergi orqanı dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən 30 iş günü müddətində kameral vergi yoxlaması keçirmək hüququnu bərpa etmiş olur.

Mənbə: vergiler.az


Bax:


Şəhidlərin ailə üzvlərinə və qazilərə yeni vergi güzəştləri tətbiq ediləcək

posted in: Xəbər | 0

icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirən və əlilliyi müəyyən edilən hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, eyni zamanda Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad edilib.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, şəhid olan şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir. Şəhid olan şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olan hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı kimi, bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Gəlir vergisi üzrə digər dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinin, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Xatırladaq ki, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən, müalicə haqlarının dəyərinin 1 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq, ölkə daxilində həmin məbləğin 1 000 manatdan 10 000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2 000 manatdan 50 000 manatadək artırılması nəzərdə tutulur.

Mənbə: vergiler.az


İşəgötürənin 2022-ci il üçün işçiyə görə öhdəlikləri

posted in: Xəbər | 0

2022-ci il əməkhaqqıdan tutulmalar, əməkhaqqıdan tutulmalar, 2022-ci il üçün əməkhaqqıdan tutulmalar, Mühasib, vakansiya,Bu yazımızda 2022-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2021-ci ilə münasibətdə əməkhaqqı fondundan tutulmalarda xüsusi bir hal kimi tibbi sığortadakı 50%-lik güzəşti aradan qaldırdığını deməyə əsas verir.

Beləliklə 2022-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

  • məcburi dövlət sosial sığorta haqqı;
  • işsizlikdən sığorta haqqı;
  • icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əməkhaqqısının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində;
  • Özəl sektorda çalışanların əməkhaqları üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Göstərilənləri nəzərə alaraq 2022-ci il üzrə işçinin əməkhaqqısına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı minimum aylıq əməkhaqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

44+7.5+1.25+5=57.75 AZN

İşəgötürənin 250 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 57.75 AZN (2021-ci ildə 55,25 AZN) olacaq.

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5

44+1185+40.5+160.5=1430 AZN

İşəgötürənin 8100 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əməkhaqqısına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əməkhaqqısı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Həmçinin minimum əməkhaqqının 300 AZN müəyyən ediləcəyi təqdirdə 2 sektor üzrə hesablamaların da aşağıdakı kimi müəyyən ediləcəyi istisna edilmir:

Özəl sektor

1.3) 300 AZN üzrə

a) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 15%-i, yəni 15 AZN, ümumilikdə 44+15=59 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

44+15+1.5+6=66.5 AZN

Dövlət sektoru

2.1) əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN-in 22%-i = 66 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

c) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

66+1.5+6= 73.5 AZN

Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

  • “Sosial sığorta haqqında” Qanun
  • “Tibbi Sığorta haqqında” Qanun
  • “İşsizlikdən sığorta haqqında” Qanun

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Bax: 2022-ci il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?


1 773 774 775 776 777 778 779 2. 686