Azərbaycanda 30-a yaxın auditorun fəaliyyəti dayandırıla bilər

posted in: Xəbər | 0

Auditorlar Palatası bu ilin I yarısında üzvlük haqqının ödənilməsi vəziyyəti barədə qərara əməl etməyən – noyabrın 1-nə qədər quruma borclu olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısını açıqlayıb.

Siyahıda 17 hüquqi və 10 fiziki şəxsin adı var.

Onlar aşağıdakılardır:

– “ASON AUDİT” MMC – (direktor Vəkilov Orxan)
– “Audit Planing and Strategy” MMC – (direktor Məmmədov Ürfət)
– “Consulting Service of Baku” MMC – (direktor Qədirov Vidadi)
– ”Davud Mamedov” MMC – direktor (Məmmədov Davud)
– “EON Audit” MMC – (direktor Ağayev Orxan)
– “Eurocond Plus” MMC- (direktor Camal-zadə Anar)
– “Fairness Consalting Grup” MMC – (direktor Məmmədov Eldəniz)
– “İnvest Audit” MMC- (direktor Osmanlı Elnur)
– “Moore Stephens Azərbaycan” MMC – (direktor Əhmədov Fariz)
– “Next Audit Konsalting” MMC – (direktor Həsənov Bəhlul)
– “ONZ Accounting” MMC – (direktor Orucov Nurlan)
– “Premium Audit” MMC – (direktor Kərimov Natiq)
– “Proqress Audit” MMC – (direktor Məmmədov Kamal)
– “RSM Azərbaycan” MMC – (direktor Məhərrəmov Tural)
– “RM Audit” MMC- (direktor Miriyev Rasət)
– “V.İ.P Audit” MMC – (direktor Fərəcov Elçin)
– “VXA AUDİT” MMC – (direktor Qurbanov Elçin).
– Eminov Otello Zəkəriyyə oğlu
– Əliyev İbiş Müseyib oğlu
– Fətiyev Üzeyir Cəmil oğlu
– İsayev Telman Mabud oğlu
– Quliyev Elçin Vaqif oğlu
– Mikayılzadə Raqif Rami oğlu
– Rzayev Akif Məlik oğlu
– Sadıxov Musa Sərxan oğlu
– Tağıyev Vasif İbrahim oğlu
– Yusifova Gülnarə İsfəndiyar qızı.

Auditorlar Palatası bəyan edib ki, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların fəaliyyəti gələn il yanvarın 1-dən dayandırılacaq və bu barədə məlumat onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə qurumun internet səhifəsində yerləşdiriləcək.

Mənbə: report.az


Hansı halda işçi əmək müqaviləsinə dərhal son verə bilər?

posted in: Xəbər | 0

əmək müqaviləsinə son verilməsi,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilər. Burada tərəflər dedikdə, işçi və işəgötürən başa düşülür.

Vəkil Anar Qasımlı Məcəllənin tələbələrini belə izah edib:

Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Ümumi qayda belədir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Göründüyü kimi, maddə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi adlansa da, daha çox işəgötürənin mənafeyinə xidmət edir. Başqa sözlə, işçi istədiyi vaxt işdən çıxa bilməz. Bir aylıq xəbərdarlıq müddəti bu məqsədlə müəyyən edilir ki, işəgötürən həmin işçinin yerinə yeni işçi tapmaq imkanına malik olsun.


Praktiki “Mühasibat Kargüzarlığı” Kursu


69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir: işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Maddənin 4-cü hissəsi diqtə edir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.

Əmək Məcəlləsinin 69-cü maddəsinin 5-ci hissəsi qadağanedici norma olub, işçinin mənafeyinə xidmət edir: işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Maddənin 6-cı hissəsi işçiyə məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə vermək hüququ müəyyən edərək, məzuniyyət müddəti bitənədək yuxarıda (4-cü hissə) göstərilən qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət etmək səlahiyyəti verir və onun xahişini təmin etməyin vacib olduğunu qeyd edir.

Nəhayət maddənin 7-ci maddəsində işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağan olunur.

Mənbə: vergiler.az


Bax:


Qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin vəzifələri

posted in: Xəbər | 0

Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

– elektron kabinetdən istifadə zamanı proqram təminatı üzrə müəyyən olunmuş tələb və şərtlərə əməl etmək;

– elektron kabinetdə proqram təminatı tərəfindən qəbul olunmamış və səhv aşkar edilmiş sənəd və məlumatları yenidən hazırlayıb vergi orqanına göndərmək;

– elektron sənəd mübadiləsi üçün istifadə olunan kod-parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod-parol itirildikdə və ya başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal vergi orqanına yazılı qaydada məlumat vermək;

– elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək;

– vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq;

– elektron kabinetin fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən elektron kabinetin fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə formasının 4.1-ci bəndi.

Mənbə: vergiler.az


Bax:


Vergi ödəyicisinin uçotu ilə bağlı hansı maliyyə sanksiyaları tətbiq edilir?

posted in: Xəbər | 0

ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi ödəyicilərinin heç arzu etmədiyi hallardan biri maliyyə sanksiyasının tətbiq olunmasıdır. İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin uçotu ilə bağlı hansı hallarda maliyyə sanksiyalarının yarana biləcəyinə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinn 58.2-ci maddəsi isə “Fərqlənmə nişanı” ilə bağlı qaydaların pozulması hallarına tətbiq edilən maliyyə sanksiyalarını tənzimləyir.

Misal 1: Qeyri-kommersiya hüquqi şəxs olan qeyri-hökumət təşkilatı 25 noyabr 2020-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, vergi orqanına qeydiyyat üçünsə 5 yanvar 2021-ci il tarixdə müraciət edib. Bu halda vergi orqanı qeydiyyat müraciətini gecikdirdiyinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sankisyası tətbiq edəcək.

Misal 2: Dini qurum olan hüquqi şəxs 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Bu qurum vergi orqanına qeydiyyat üçün 30 gündən sonra müraciət etdikdə, vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, vergi orqanlarında uçota durmaq üçün müraciət etməyib. Bu halda fiziki şəxsin fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmaqla yanaşı, vergi orqanında uçota alınmaq üçün müraciət etmədiyinə görə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, 40 manat maliyyə sanksiyası hesablanacaq.

Mənbə: vergiler.az


Bax: Təsisçi olmaq üçün tələblər (bank, BOKT, sığorta, lisenziyalaşdırılan şəxslər üzrə analiz)


1 779 780 781 782 783 784 785 2. 686