Qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin vəzifələri

posted in: Xəbər | 0
birbank biznes

Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:

– elektron kabinetdən istifadə zamanı proqram təminatı üzrə müəyyən olunmuş tələb və şərtlərə əməl etmək;

– elektron kabinetdə proqram təminatı tərəfindən qəbul olunmamış və səhv aşkar edilmiş sənəd və məlumatları yenidən hazırlayıb vergi orqanına göndərmək;

– elektron sənəd mübadiləsi üçün istifadə olunan kod-parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod-parol itirildikdə və ya başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal vergi orqanına yazılı qaydada məlumat vermək;

– elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək;

– vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq;

– elektron kabinetin fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən elektron kabinetin fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə formasının 4.1-ci bəndi.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email