İcbari tibbi sığorta haqlarının dərəcələri

posted in: Xəbər | 0

İcbari tibbi sığorta – əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə icbari tibbi sığorta haqlarının dərəcələri

Sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 1 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 1 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

İcbari tibbi sığorta haqqı hər ay üçün əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilməlidir. Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Misal 1: Özəl müəssisədə muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 800 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən işçinin aylıq əməkhaqqından 1%, yəni 8 manat (800*1%=8), öz vəsaiti hesabına 1%, yəni 8 manat (800*1%=8), ümumilikdə isə 2% olmaqla 16 manat (800*2%=16) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Misal 2: Özəl müəssisədə muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 8.600 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən əməkhaqqının 8.000 manat olan hissəsindən sığortaolunanın (işçinin) əməkhaqqından 1%, yəni 80 manat (8000*1%=80), öz vəsaiti hesabına 1%, yəni 80 manat (8000*1%=80), ümumilikdə isə 2% olmaqla 160 manat (8000*2%=160), qalan 600 manatdan isə işçinin əməkhaqqından 0,5%, yəni 3 manat (600*0,5%=3), öz vəsaiti hesabına 0,5%, yəni 3 manat (600*0,5%=3), ümumilikdə isə 1% olmaqla 6 manat (600*1%=6) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır. Nəticədə işçinin əməkhaqqından 83 manat (80+3), öz vəsaiti hesabına 83 manat (80+3) olmaqla, ümumilikdə 166 manat məbləğində (83+83=166) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə icbari tibbi sığorta haqlarının dərəcələri

Sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

Misal 3: Dövlət müəssisəsində muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 800 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən işçinin aylıq əməkhaqqından 2%, yəni 16 manat (800*2%=16), öz vəsaiti hesabına 2%, yəni 16 manat (800*2%=16), ümumilikdə isə 4% olmaqla 32 manat (800*4%=32) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Misal 4: Dövlət müəssisəsində muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 8.600 manat olmuşdur. Bu halda, sığortalı (işəgötürən) tərəfindən əməkhaqqının 8.000 manat olan hissəsindən sığortaolunanın (işçinin) əməkhaqqından 2%, yəni 160 manat (8000*2%=160), öz vəsaiti hesabına 2%, yəni 160 manat (8000*2%=160), ümumilikdə isə 4% olmaqla 320 manat (8000*4%=320), qalan 600 manatdan isə işçinin əməkhaqqından 0,5%, yəni 3 manat (600*0,5%=3), öz vəsaiti hesabına 0,5%, yəni 3 manat (600*0,5%=3), ümumilikdə isə 1% olmaqla 6 manat (600*1%=6) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır. Nəticədə işçinin əməkhaqqından 163 manat (160+3), öz vəsaiti hesabına 163 manat (160+3) olmaqla, ümumilikdə 326 manat məbləğində (163+163=326) icbari tibbi sığorta haqqı hesablayanaq tutulacaqdır.

Əməkhaqqı istisna olmaqla digər mənbələrdən hesablanan icbari tibbi sığorta haqqı

• Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4%-i miqdarında (2021-ci ildə ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğu üçün bu şəxslər üzrə icbari tibbi sığorta haqqının aylıq məbləği 10 manat, illik məbləği isə 120 manat olacaqdır);

• Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutulmaqla aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2%-i, 8.000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

Misal 5: “X” müəssisəsi tərəfindən vergi uçotunda olmayan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayaraq onu təmir işinə cəlb etmiş və bu işin müqabilində ona 900 manat ödəniş etmişdir. Bu halda müəssisə tərəfindən həmin fiziki şəxsə edilən 900 manat ödənişdən ödəmə mənbəyində 2% dərəcə ilə 18 manat məbləğində (900*2%=18) icbari tibbi sığorta haqqı hesablanaraq tutulmalı, növbəti ayın 15-dən gec olmayaraq aidiyyəti fonda ödəməli və bu barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə hesablanan icbari tibbi sığorta haqqı

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və respublika ərazisinə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir. Bu vergi ödəyiciləri tərəfindən qeyd edilən mallar üzrə sığorta haqqı aylıq olaraq hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsi (hesabatı)” təqdim edilməli və hesablanmış sığorta haqqı həmin müddətdə aidiyyəti fonda ödənilməlidir.

Misal 6: Azərbaycan Respublikasının ərazisində benzinin və dizel yanacağının istehsalı ilə məşğul olan “X” müəssisəsi cari ilin yanvar ayında 10.000 litir avtomobil benzini və 12.000 litr dizel yanacağı istehsal edərək topdan satmışdır. Bu halda avtomobil benzininə görə 200 manat (10000*0,02=200), dizel yanacağına görə isə 240 manat (12000*0,02=240), ümumilikdə isə 440 manat məbləğində (200+240=440) icbari tibbi sığorta haqqı hesablanmalı, növbəti ayın 20-dən gec olmayaraq aidiyyəti fonda ödənilməli və həmin müddətdə “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsini (hesabatı)” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Aşağıda sadalanan aksizli mallar üzrə qeyd edilən dərəcələrlə icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

• araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı məbləğində;

• pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı məbləğində;

• siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı məbləğində;

• energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində.

Aksizli malların ödəyiciləri tərəfindən aksizlərə cəlb edilən həmin mallar üzrə sığorta haqqı aylıq olaraq hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Aksiz bəyannaməsi” təqdim edilməli və hesablanmış sığorta haqqı həmin müddətdə aidiyyəti fonda ödənilməlidir.

Misal 7: Aksizli malların ödəyicisi olan “X” müəssisəsi tərəfindən cari ilin yanvar ayında 100 litr araq, 250 litr alkoqollu pivə və 100 litr energetik içki istehsal edilərək satılmışdır. Bu halda arağa görə 6,4 manat (100*3,2*0,02=6,4), alkoqollu pivəyə görə 5 manat (250*0,4*0,05=5), energetik içkiyə görə 31 manat (100*3,1*0,1=31), ümumilikdə isə həmin mallar üzrə 42,4 manat məbləğində (6,4+5+31=42,4) icbari tibbi sığorta haqqı hesablanmalı, növbəti ayın 20-dən gec olmayaraq aidiyyəti fonda ödənilməli və həmin müddətdə “Aksiz bəyannaməsi” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənbə: vergiler.az


Bax:


Vətən müharibəsi iştirakçıları üçün yeni güzəştlər müəyyənləşir

posted in: Xəbər | 0

Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir.

Bu, Milli Məclisin 23 noyabrda keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.

Qeyd edək ki, layihənin birinci oxunuşuna əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergisindən azad edilməsi təklif olunurdu. O cümlədən banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmirdi.

İkinci oxunuşda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.

Layihə Milli Məclisin 23 noyabrda keçirilən iclasında müzakirə olundu.

Mənbə: apa.az


Avtonəqliyyat vasitələri ilə daşımalar üzrə ƏDV hansı hallarda əvəzləşdirilir?

posted in: Xəbər | 0

gəlirlərin və xərclərin uçotu, maliyyə sanksiyası, Vergi bəyannaməsi, vergi ödəyicisi, fiziki şəxslərin öhdəlikləri, vergi tutulan dəyər, Malların emala verilməsi, Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə görə, Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

“Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bildirib ki, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, bu cür daşımanı həyata keçirən şəxslər avtonəqliyyat vasitələrinə “Fərqlənmə nişanı” almaqla fəaliyyət göstərirlər. Bununla yanaşı, avtonəqliyyat vasitələri ilə daşıma xidmətləri üzrə ƏDV-nin əvəzləşdirilməsi xüsusi şərtlər daxilində mümkündür.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələri ilə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan, aşağıdakı tələblərə cavab verən şəxslər könüllü ƏDV qeydiyyatı üçün ərizə vermək hüququndan istifadə edə bilərlər:

– göstərilən xidmətlərin və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

– digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

– göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu mərkəzləşdirilmiş vahid elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən şəxslər.

Qeyd olunan tələblərə cavab verən şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edirlə və onların ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

Göründüyü kimi, avtonəqliyyat vasitələri ilə ölkə daxilində daşımalar həyata keçirən şəxslərin fəaliyyəti Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə cavab vermədikdə, onların ƏDV tətbiq etməklə əməliyyatlar aparmaq hüququ yoxdur. Qeyd olunan xidmətlərin alışını həyata keçirən şəxslərin həmin əməliyyatlar üzrə apardıqları ƏDV əvəzləşdirmələri vergi orqanı tərəfindən tanınmaya bilər.

Mövzu ilə bağlı digər vacib məqam odur ki, Vergi Məcəlləsinin 171-ci maddəsinə uyğun olaraq, daşıma xidməti malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərin göstərilməsinin) bir hissəsi olduqda, bu zaman təqdim edən tərəfin ƏDV tətbiq etmək, alışı həyata keçirən şəxsin isə ƏDV-ni əvəzləşdirmək hüququ vardır.

Beləliklə, avtonəqliyyat vasitələri ilə daşımalar üzrə xidmət göstərən şəxs Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə cavab verdikdə və ya daşıma 171-ci maddəyə uyğun olaraq malların (işlərin, xidmətlərin) göndərilməsinin bir hissəsi olduqda qarşı tərəfin ƏDV-ni əvəzləşdirmək hüququ vardır, digər hallarda isə ƏDV əvəzləşdirilmir.

Mənbə: vergiler.az


Bax:


Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XI hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XI hissə)

X hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm nə vaxt işə yarayır

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Qloballaşmadan başqa, səbəblərin texniki dəyişikliklərdə olduğunu da təxmin etmək olar. İndi görünür ki, bu texniki dəyişikliklər – fabriklərdə yeni tip avadanlıqlar və robotlar – bir işçiyə düşən kapitalı artırır ki, bu da məhsuldarlığı yüksəldir. Kapitalın qiyməti həqiqətən də əməyə nisbətən azalır və bu mexanizasiyanı daha sərfəli edir. Konsaltinq şirkətlərinin hesabatları göstərir ki, bu müddət ərzində işçi qüvvəsinin xərcləri bir qədər artıb, lakin, robotların qiymətləri çox aşağı düşüb. Robotların və avtomatlaşdırılmış istehsal idarəetmə sistemlərinin qiymətlərinin xeyli aşağı düşməsi, bu sistemlərin insan əməyinin əvəzinə əmək haqqının yavaş artması ilə də istifadə edilməsi üçün faydalı olur.

Amma daha bir amil də vardır. Robotlar və mexanizasiya bir işçiyə düşən məhsuldarlığı yüksəldir. İşçiləri işdən çıxarmaq əvəzinə istehsalı artırmaq olmazmı? Bu gün baş verənlər, maşın sayı artdıqca məşğulluq və məhsul artımı ilə müşayiət olunan işçi başına düşən məhsuldarlıq, 19-cu əsrdəkindən fərqlidir.

Bəs, bu, niyə indi baş vermir? Cavab ondan ibarətdir ki, bu, yeni ərazilərin mənimsənilməsi və iqtisadiyyatın genişləndirilməsi ilə sənaye mallarına tələbatın böyük artımının baş verdiyi tarixin üçüncü mərhələsində baş verib.

Bundan əlavə, yeniliklər və yeni məhsullar var idi, bu da insanların mal almağa davam etməsi demək idi. Düşünürəm ki, əgər məhsul çeşidi 1850-ci il səviyyəsində qalsaydı, istehsal həcmi artmazdı. Ancaq maşınlar, filmlər, velosipedlər, təyyarələr və sonsuz sayda başqa mallar kimi şeylər icad edildi. Bu o demək idi ki, insanlar daha çox şey almaq istəyirlər. Lakin bu gün sənaye mallarına tələbat elə də böyük deyil və bütövlükdə, o, xidmətlərə tərəf yön alıb.

Bu gün bizdə yaradıcı dağılma dövrü olan xidmət sahəsində inqilab baş verir. 1929-cu ildən 1949-cu ilə kimi Amerikanın istehlak xərclərinin 60%-i sənaye malları və ərzaq məhsullarının payına düşürdü. O vaxtdan indiyə kimi həmin göstərici 30 faizə kimi aşağı düşüb, onun yerinə isə çoxsaylı xidmətlər gəlib.

Məhsulların istehlakının aşağı düşməsi dağılmaya aparır: emal sənayesində artım müşahidə olunur, həmin səbəbdən iş yerlərinin sayı ixtisara düşür, bir çox iş yerləri isə ümumiyyətlə, yoxa çıxır. Eyni zamanda xidmət sahəsində yeni iş yerləri yaradılır, eləcə də bu bölmələrlə əlaqəli sahələrdə mütəxəssislər üçün iş yerləri yaradılır. Bu prosesin yaradıcı hissəsidir.

Xidmətlərlə bağlı nə yerində deyil? İqtisadçılar bazar vasitəsilə keçid edən hər şeyin yaxşı olduğunu deməyə meyillidirlər, amma, xidmətlərə bu keçidlə bağlı böyük problem də mövcuddur. Amerikanın orta təbəqəsi ixtisaslı işçilər və yarımixtisaslı fabrik işçilərinin yüksək əməkhaqqısı əsasında formalaşıb, lakin, indi bu cür iş yerləri xeyli azalıb. Xidmət sahəsində mütəxəssislər üçün çoxlu iş yerləri yaradılıb: məsələn, həkimlərin sayı xeyli artıb, sosioloqlar, alimlər, tədqiqatçılar da vardır. Bütün bunlar yaxşı iş yerləridir.


1 783 784 785 786 787 788 789 2. 685