Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XI hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XI hissə)

X hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm nə vaxt işə yarayır

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Qloballaşmadan başqa, səbəblərin texniki dəyişikliklərdə olduğunu da təxmin etmək olar. İndi görünür ki, bu texniki dəyişikliklər – fabriklərdə yeni tip avadanlıqlar və robotlar – bir işçiyə düşən kapitalı artırır ki, bu da məhsuldarlığı yüksəldir. Kapitalın qiyməti həqiqətən də əməyə nisbətən azalır və bu mexanizasiyanı daha sərfəli edir. Konsaltinq şirkətlərinin hesabatları göstərir ki, bu müddət ərzində işçi qüvvəsinin xərcləri bir qədər artıb, lakin, robotların qiymətləri çox aşağı düşüb. Robotların və avtomatlaşdırılmış istehsal idarəetmə sistemlərinin qiymətlərinin xeyli aşağı düşməsi, bu sistemlərin insan əməyinin əvəzinə əmək haqqının yavaş artması ilə də istifadə edilməsi üçün faydalı olur.

Amma daha bir amil də vardır. Robotlar və mexanizasiya bir işçiyə düşən məhsuldarlığı yüksəldir. İşçiləri işdən çıxarmaq əvəzinə istehsalı artırmaq olmazmı? Bu gün baş verənlər, maşın sayı artdıqca məşğulluq və məhsul artımı ilə müşayiət olunan işçi başına düşən məhsuldarlıq, 19-cu əsrdəkindən fərqlidir.

Bəs, bu, niyə indi baş vermir? Cavab ondan ibarətdir ki, bu, yeni ərazilərin mənimsənilməsi və iqtisadiyyatın genişləndirilməsi ilə sənaye mallarına tələbatın böyük artımının baş verdiyi tarixin üçüncü mərhələsində baş verib.

Bundan əlavə, yeniliklər və yeni məhsullar var idi, bu da insanların mal almağa davam etməsi demək idi. Düşünürəm ki, əgər məhsul çeşidi 1850-ci il səviyyəsində qalsaydı, istehsal həcmi artmazdı. Ancaq maşınlar, filmlər, velosipedlər, təyyarələr və sonsuz sayda başqa mallar kimi şeylər icad edildi. Bu o demək idi ki, insanlar daha çox şey almaq istəyirlər. Lakin bu gün sənaye mallarına tələbat elə də böyük deyil və bütövlükdə, o, xidmətlərə tərəf yön alıb.

Bu gün bizdə yaradıcı dağılma dövrü olan xidmət sahəsində inqilab baş verir. 1929-cu ildən 1949-cu ilə kimi Amerikanın istehlak xərclərinin 60%-i sənaye malları və ərzaq məhsullarının payına düşürdü. O vaxtdan indiyə kimi həmin göstərici 30 faizə kimi aşağı düşüb, onun yerinə isə çoxsaylı xidmətlər gəlib.

Məhsulların istehlakının aşağı düşməsi dağılmaya aparır: emal sənayesində artım müşahidə olunur, həmin səbəbdən iş yerlərinin sayı ixtisara düşür, bir çox iş yerləri isə ümumiyyətlə, yoxa çıxır. Eyni zamanda xidmət sahəsində yeni iş yerləri yaradılır, eləcə də bu bölmələrlə əlaqəli sahələrdə mütəxəssislər üçün iş yerləri yaradılır. Bu prosesin yaradıcı hissəsidir.

Xidmətlərlə bağlı nə yerində deyil? İqtisadçılar bazar vasitəsilə keçid edən hər şeyin yaxşı olduğunu deməyə meyillidirlər, amma, xidmətlərə bu keçidlə bağlı böyük problem də mövcuddur. Amerikanın orta təbəqəsi ixtisaslı işçilər və yarımixtisaslı fabrik işçilərinin yüksək əməkhaqqısı əsasında formalaşıb, lakin, indi bu cür iş yerləri xeyli azalıb. Xidmət sahəsində mütəxəssislər üçün çoxlu iş yerləri yaradılıb: məsələn, həkimlərin sayı xeyli artıb, sosioloqlar, alimlər, tədqiqatçılar da vardır. Bütün bunlar yaxşı iş yerləridir.


Print Friendly, PDF & Email