Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (X hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (X hissə)

IX hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Problem baxın, nədədir: bir işçiyə düşən istehsalın həcmi böyüyür, əhəmiyyətli bir iqtisadi dirçəliş var, ancaq, orta əməkhaqqı demək olar ki dəyişməz qalır və əmək gəlirlərinin ümumi gəlirdəki payı azalır. Burada biz belə bir təsviri görürük: 1970-ci illərə kimi bir işçiyə düşən məhsuldarlıq yüksəlirdi, əməkhaqqı da az və ya çox sinxron olaraq artırdı. O vaxtdan bəri böyük bir fərq müşahidə olunur: bir işçiyə düşən məhsuldarlıq hələ də sürətlə artırdı, lakin, orta əməkhaqqı çox zəif bir şəkildə yüksəlirdi və nəticədə 1970-ci ildə milli gəlirdəki əmək gəlirinin payı 56% idi. İndi isə o, 46 faizə kimi aşağı düşüb.

Üstəlik, əməkhaqqı bərabərsizliyi də artmışdı. Bu, xüsusilə də “idarəetmə və ya nəzarət ilə məşğul olmayan istehsal işçiləri” haqqında danışarkən, sənaye inqilabına bənzəyir. Bu zavod fəhlələri və xidmət sahəsinin işçiləridir. Bu, işçi qüvvəsinin təxminən yarısıdır və 1970-ci illərdən bəri onların payı dəyişməyibdir, heç bir artım da yoxdur.

Digər yarısı – menecerlər və mütəxəssislərdir ki, onların maaşları sürətlə artırdı. Menecer və mütəxəssislərin orta əməkhaqqıları arasında elə də böyük fərq yox idi. Amma indi onlar zavod operatorları və xidmət işçilərindən qat-qat çox qazanırlar.

Bu əməkhaqqı dəyişiklikləri məşğulluqda baş verən dəyişikliklər ilə bağlıdır. Menecerlərin və mütəxəssislərin sayı, eləcə də ümumi işçi qüvvəsində onların payı əhəmiyyətli dərəcədə artmışdı. Orta ixtisas sahəsində çalışan işçilərin payı azalıb və xidmət sahəsində çalışan işçilərin sayı isə xeyli artıb (mən xadimələr, kuryerlər, ofisiantlar, avtodayanacaqlarda xidmət göstərən personal, aşpazlar, mühafizəçilər, satıcılar, tibb bacıları, müxtəlif növ köməkçi və s. bu kimi insanları nəzərdə tuturam).

Məşğulluqdakı bu dəyişikliklər istehsalın geriləməsi ilə əlaqələndirilir. 1850-ci ildən bu günə qədər Amerika emal sənayesində məşğul olanların ümumi sayı yüksəliş yaşayıb və indi isə azalır. Mən XIX əsrin ortalarından 1970-1975-ci illərə qədər olan istehsal sektorunun inkişafından danışdım. 1930-cu illərdəki Böyük depressiya zamanını çıxmaq şərtilə bu, demək olar ki, fasiləsiz olaraq yuxarıya yüksəliş idi. 1970-ci ildən isə kəskin aşağı dönüş baş verdi. Sənətkarlıq, fabriklərdə işçilər – bu iş yerləri sadəcə yoxa cıxırdı, onları mağazalarda, restoranlarda və s. yerlərdə adamlar əvəz edirdi.

Bu niyə baş verirdi? Səbəbi qloballaşmadırmı? Məsələn, bu gün bir çoxları Çin ixracını ittiham edir. O, son 20 ildə vacib idi, lakin, emal sənayesində məşğulluğun azalması hələ bundan əvvəl, 1960-cı illərdə başlamışdı. Özü də bu, heç bir idxalla bağlı deyildi.

Digər tərəfdən, sənaye bölgüsünə baxsanız, ABŞ-da idxal nəticəsində tamamilə məhv edilmiş bəzi sahələrin olduğunu görərsiniz: dəri məmulatları, ayaqqabı, toxuculuq malları, geyim və s. – bu məhsulların 90%  indi xaricdən gətirilir, halbuki əvvəllər hər şey ölkə daxilində istehsal olunurdu. Digər tərəfdən, metallurgiya, elektrik avadanlığı, kağız istehsalı, poliqrafiya kimi sahələr bəzən idxal analoqu olmayan və ya cüzi həcmi (10% – dən az) olan sahələrdir, məşğulluğun azalması isə 50-75%-ə çatır.


XI hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email