Görkəmli şəxsiyyətlərin fenomenal həyatı

posted in: Məqalə, Xəbər | 0

Görkəmli şəxsiyyətlər,… Mark Katon, Roma senatoru, yunan dilini 80 yaşında öyrənmişdi.

Sokrat yalnız 70 yaşında bir çox musiqi alətlərində ifa etməyi öyrənmişdi və bu sənəti mükəmməl şəkildə mənimsəməyə macal tapmışdı.

Mikelancelo özünün ən məşhur rəsm əsərlərini 80 yaşında yaratmışdı.

Höte “Faust” əsərini 80 yaşında yazıb bitirmişdi.

Alman tarixçisi Leopold Ranke özünün “Dünya tarixini” 91 yaşında bitirmişdi.

İsaak Nyuton hələ 85 yaşında olarkən yorulmaz fəaliyyətlə məşğul olub.

Lev Tolstoy 82 yaşında çəməndə otu dəryazla elə biçirdi ki, arxasınca gələn gənc dəryazçılar belə ona yetişə bilmirdilər. “Hərb və sülh” romanının ağsaqqal müəllifi bu cür ahıl yaşında konkidə sürüşüb, velosiped sürüb, at çapıb və bir ayağıüstə 40 dəfədən çox oturub, qalxa bilib!

Amerika vətəndaşı, bəstəkar və dirijor İqor Stravinskiy 88 yaşında yazıb-yaradıb.

Şair Beranje 77 yaşına kimi işləyib.

Lev Tolstoy – 82, Viktor Hüqo – 83 yaşına kimi;

Akademik İvan Pavlov – 87, qədim yunan dramaturqu Sofokl – 90 yaşına kimi.

Filosoflar Diogen və Demokrit, rəssamlar Titsian və Mikelancelo səksən yaşını ötdükdən sonra da yaradıcılıq aktivliklərini qoruyub saxlaya bilmişdilər; Bernard Şou 94 yaşına kimi yaradıcılıqla məşğul olub…

Yeri gəlmişkən, bu yaxınlarda amerikalı alimlər avropalı həmkarları ilə birgə sensasion kəşfi elan ediblər: sən demə, insan beyni əvvəllər hesab edildiyi kimi 25-30 yaşlarına kimi deyil, 50 yaşına kimi inkişaf edir. Bundan əlavə, əgər insan aktiv fəal düşüncə fəaliyyəti ilə məşğul olmağa davam edirsə, onda beynin qocalması demək olar ki, baş vermir!

Bütün bunlar nəyə lazımdır?

Yalnız bir şeyə görə: “qocalıq” deyilən bir xəstəlik yoxdur, yalnız düzgün olmayan psixoloji vəziyyətlər vardır.

“Hər eşitdiyinizə inanmayın – hətta əgər bu öz beyninizdən səslənsə belə”, – məşhur psixiatr Deniel Eymen məsləhət verir.

Həyatımızdakı ən böyük baryerlər və maneələr  bizim daxilimizdə yerləşir.

Onları sındırın!

Bizim ruhumuz, daxili gücümüz yaş tanımır.

Nə qədər ki, sağıq, bizim hələ yüksəklərə qalxmaq şansımız qalır – mənəvi yüksəliş yolunda bizim heç olmasa daha bir yüksəkliyi fəth etmək şansı.

Yaxşı zamanı gözləməyin – yalnız bir yaxşı zaman ola bilər.

O, belə adlanır: “BU GÜN”…



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Apple Pay təmassız ödənişlərini Azərbaycanda tətbiq etdi

posted in: Xəbər | 0

Kapital Bank-ın ödəniş kart sahibləri Apple Pay vasitəsilə ödənişləri təhlükəsiz və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanını qazanıblar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Apple Pay-i nizamlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Kapital Bank kredit və ya debet kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Həmçinin, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər.

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debet kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır. Apple Pay haqqında ətraflı məlumat üçün: http://www.apple.com/apple-pay/.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir

posted in: Xəbər | 0

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edir.

Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsidir.

Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşfiq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar.

Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.

Mənbə: apa.az


Xronometraj metodu ilə müşahidə

posted in: Xəbər | 0

qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Məcəllədə müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanının hüquqlarına aid edilib.

Qanunvericiliyin tələbini şərh edən vergi məsləhətçisi Teymur İslamlı bildirib ki, xronometraj metodu ilə müşahidə həyata keçirilməsi, rəsmiləşdirilməsi, nəticələrinin vergi orqanı tərəfindən hesablamalarda tətbiqi baxımından maraqlı nüansları olan vergi nəzarəti tədbiridir.

Vergi Məcəlləsinin 37.5-ci maddəsində göstərilib ki, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin müddəa kameral vergi yoxlamasına dair maddə olmaqla xronometraj metodu ilə müşahidənin nəticəsinə görə vergi hesablanarkən vergi ödəyicisinin fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi halları istisna edir.

Misal 1: “RH” MMC tərəfindən 2021-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində təqdim edilmiş malların dəyəri 7 600 manat göstərilib. Cəmiyyətdə aparılan sonuncu xronometraj müşahidəsi ilə aylıq satış dövriyyəsi 8 400 manat (ƏDV-siz) müəyyən edilib. Həmin bəyannamədə satış dövriyyəsinin xronometrajın nəticəsindən az göstərilməsi haqqında uyğunsuzluq yarana və kameral vergi yoxlaması ilə aradakı 800 manat fərq bərpa edilə bilər.

Misal 2: “AA” MMC-də aparılan xronometraj metodu ilə müşahidə 14.04.2021-ci il tarixdə başa çatıb və 1 230 manat orta günlük istehsal həcmi, 980 manat satış dövriyyəsi müəyyən edilib. MMC 05.05.2021-ci il tarixdən fəaliyyətini müvəqqəti dayandırıb. Qeyd olunan tarixdən sonrakı dövr üçün xronometraj müşahidəsinin nəticəsi vergilərin hesablanması üçün əsas götürülməyəcək.

Eyni zamanda, Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə əsasən, vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. Məcəllənin 50-1.2-ci maddəsində göstərilib ki, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Yəni, göstərilən müddətlər başa çatdıqdan sonra vergi ödəyicisi ərizə ilə müraciət edirsə, vergi orqanının yeni müşahidə təyin edib-etməməsindən asılı olmayaraq sonuncu müşahidənin nəticəsi passivləşir.

Misal 3: “RH” MMC-yə məxsus pərakəndə ticarət obyektində 14.07.2021-ci il tarixdə xronometraj metodu ilə müşahidə başa çatıb. Cəmiyyət 03.08.2021-ci il tarixdə satış dövriyyəsinin aşağı düşməsi ilə əlaqədar yeni müşahidənin keçirilməsi üçün müraciət edib. Sonuncu müşahidənin vergi ödəyicisində ilk dəfə təyin olunan xronometraj müşahidəsi olmasını nəzərə almaqla, 1 aydan az vaxt keçməsini əsas gətirməklə vergi orqanı müşahidənin nəticəsini 13.08.2021-ci il tarixədək qüvvədə saxlayaraq ərizəyə imtina cavabı verəcək. Yalnız 13.08.2021-ci il tarixdən sonra müşahidənin nəticəsi passivləşəcəkdir.

Misal 4: “RH” MMC-yə məxsus pərakəndə ticarət obyektində 05.05.2021-ci il tarixdə xronometraj metodu ilə müşahidə başa çatıb. Vergi ödəyicisi 16.07.2021-ci il tarixdə satış dövriyyəsinin aşağı düşməsi ilə əlaqədar yeni müşahidənin keçirilməsi üçün müraciət edib. Sonuncu müşahidənin növbəti dəfə keçirilməsi nəzərə alınmaqla ərizə 2 ay sonra təqdim edildiyindən ərizənin təqdim edildiyi tarixdən etibarən xronometrajın nəticəsi qüvvədən düşəcəkdir.

Bu zaman diqqət etmək lazımdır ki, Vergi Məcəlləsinin 50-1.2-ci maddəsində göstərilən müddətlərin axımına vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı müddət daxil edilmir.

Misal 5: “AA” MMC-yə məxsus pərakəndə ticarət obyektində 05.05.2021-ci il tarixdə xronometraj metodu ilə müşahidə başa çatıb. Vergi ödəyicisi 06.06.2021-ci il tarixdə fəaliyyətini dayandırıb. 01.07.2021-ci il tarixdə bərpa edib. Sonuncu müşahidənin növbəti dəfə keçirilməsini fərz etsək 2 ay müddət hesablanarkən fəaliyyətin dayandırıldığı 24 gün nəzərə alınmayacaq.

Mənbə: vergiler.az


Bax:


1 819 820 821 822 823 824 825 2. 704