İşçilərin orta illik siyahı sayının və hansı sahibkarlıq subyektinə aid olmasının müəyyən edilməsi

posted in: Xəbər | 0

gəlir, işsizlikdən sığorta, İşsizlikdən sığorta, mühasib köməkçisi, baş mühasib vakansiya məbləğ işsizlikdən sığortaSual: Mikro sahibkarın 2019-cu ilin 12 ayında işçilərinin sayı uyğun olaraq yanvar, fevral, mart, may, iyul, avqust, oktyabr və noyabr aylarının hər birində 10 nəfər, aprel ayında 15 nəfər, iyun ayında 11 nəfər, sentyabr ayında 9 nəfər və dekabr ayında 5 nəfər olmaqla cəmi il ərzində cəmi 120 nəfər, eləcə də illik gəliri 200 000 manatdan az olmuşdur. Belə olan halda həmin sahibkar mikro sahibkar meyarlarına uyğun gəlir, yoxsa o, kiçik sahibkar kateqoriyasına aid edilməlidir?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir.

Həmin meyarların “Qeydlər” bölməsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Cavab: Bildiririk ki, işçilərin orta aylıq siyahı sayı müəyyən edilərkən işçilərin siyahı sayına daimi, müvəqqəti və ya mövsümi işə qəbul edilmiş, istər faktiki olaraq işləyən, istərsə də hər hansı bir səbəbdən müvəqqəti olaraq işdə olmayan (növbəti, əlavə və tədris məzuniyyətlərində olan, xəstəlik üzündən işə gəlməyən, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə məzuniyyətdə olan qadınlar və s.) əmək müqavilələri qüvvədə olan ümumi işçilərinin sayı aid edilir. Bu zaman vergi ödəyicisinin əvəzçilik üzrə işləyən işçiləri və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər orta aylıq siyahı sayına daxil edilmir.

Hesablama qaydası: Siyahı tərkibində olan işçilərin orta sayı = Aydakı bütün günlər üçün siyahı saylarının cəmi / Aydakı təqvim günlərinin sayı.

Ay ərzində vergi ödəyicisi tərəfindən işçilərin işdən çıxarılması və ya işə qəbulu halları olduğu halda işçilərin orta aylıq siyahı sayının müəyyən edilməsi;

Nümunə: Yanvar ayının 1-də müəssisənin siyahı tərkibində 205 nəfər olmuş, yanvar ayının 6-da 15 nəfər işə götürülmüş, yanvar ayının 16-da 5 nəfər işdən çıxarılmış və yanvar ayının 29-da 10 nəfər yenidən işə götürülmüşdür.

Hesablama qaydası: Yanvar ayı üçün siyahı tərkibində olan işçilərin orta sayı = (205 * 5 + 220 * 10 + 215 * 13 + 225 * 3) / 31 = 216 nəfər.

İşçilərin orta illik siyahı sayının müəyyən edilməsi zamanı sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ayların sayından, yəni faktiki olaraq bütün il üzrə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq orta aylıq işçilərin sayı toplanaraq 12-yə bölünməlidir.

Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Əmək üzrə” 1-əmək №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 14/06 nömrəli və “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli Qərarları.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Boris Conson “Amazon” şirkətini vergi ödəməyə məcbur edəcək

posted in: Xəbər | 0

İngiltərənin baş naziri Boris Conson bəyan edib ki, dünyanın ən varlı adamı Ceff Bezosa məxsus “Amazon” şirkətini dövlət büdcəsinə “ədalətli vergi payını” ödəməyə məcbur edəcək. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

“Amazon” şirkətinin rəhbəri ilə görüşdə Conson şirkətin vergi hesabatlarını müzakirə etməyi planlaşdırır. Dünya liderləri texnologiya nəhənginin dövlətlərin büdcələrinə ayırmalar üzrə öhdəliklərini vicdanla yerinə yetirdiyinə şübhə edirlər. Britaniya hökuməti “Amazon” tərəfindən ödənilən vergilərin miqdarından narahatdır. Belə ki, “The Guardian” nəşrinin məlumatına görə, sözügedən şirkətin gəlirləri 2020-ci ildə Böyük Britaniyada 20,63 milyard funta (28,24 milyard dollar) yüksəlib ki, bu da 50 faizdən çox artım deməkdir.

İyun ayında Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən Böyük yeddilik dünyanın ən böyük texnoloji şirkətlərinin vergiyə cəlb edilməsi haqqında sazişin imzalandığını elan etmişdilər. Sənəd “Amazon”, “Facebook”, “Apple” və “Alphabet” (“Google”un ana şirkəti) kimi rəqəmsal nəhənglərin fəaliyyətini tənzimləmək üçün nəzərdə tutulmuşdur. Yeni razılaşmaya əsasən, G7 ölkələri korporativ verginin minimum dərəcəsini 15 faiz müəyyən edəcəklər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi olmayan fiziki şəxslərin öhdəlikləri

posted in: Xəbər | 0

vergi tutulan dəyər, Malların emala verilməsi, Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Mühasibat mütəxəssisi Emin Salamov vergi ödəyicisi olmayan fiziki şəxslərdən alınan malların, iş və xidmətlərin rəsmiləşdirilməsi məsələlərini belə izah edib:

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məcəllənin 71-2.1-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Elektron alış aktında vergi ödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və s. məlumatlar qeyd edilir. Elektron alış aktını e-taxes.gov.az saytına daxil olduqdan sonra e-qaimə bölməsində yeni akt hissəsində online təqdim olunan aktlar və kağız daşıyıcısında təqdim olunan aktlar bölməsində asanlıqla yaratmaq mümkündür.

Həmçinin, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Qanunun 3.5.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı mallarının nağd qaydada alınmasına icazə verilir.

Eyni zamanda Vergi Məcəlləsinin 150.1.14-cü maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa və tutulmuş vergi üzrə hesabatı təqdim etməyə borcludurlar.

Sual: “BB” MMC satmaq məqsədilə vergi ödəyicisi olmayan fiziki şəxsdən (yəni bazardan) 500 manat dəyərində kənd təsərrüfatı məhsulları alır. Bu halda istər “BB” MMC-nin, istərsə də vergi ödəyicisi olmayan şəxsin hansı öhdəlikləri yaranır?

Yuxarıda qeyd edilənləri əsas tutaraq MMC aldığı mallara uyğun olaraq elektron alış aktı tərtib etməli, tərtib olunmuş elektron alış aktına uyğun olaraq fiziki şəxsə ödənilən vəsaitdən 2 faiz dərəcə ilə vergini tutmalı və tutulmuş məbləğə uyğun olaraq hesabatı təqdim etməlidir.

Vergi ödəyicisi olmayan fiziki şəxsdən isə malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İdman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması

posted in: Xəbər | 0

kirayə haqqı, Qeyri-yaşayış sahələri, vergi öhdəlikləri, mühasib köməkçisi, vakansiya,İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İqtisadçı ekspert Radil Fətullayev idman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması qaydasını izah edib.

İdman mərc oyunlarının operatoru kimi sadələşdirilmiş vergi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinin 6 faizi, idman mərc oyunlarının satıcısı kimi həmin oyunların operatorunun verdiyi komisyon haqqının 4 faizi miqdarında hesablanır.

Misal: Mərc oyunlarının satıcısı Məmmədov Tural oyun iştirakçılarından qəbul edilmiş 30.000 manat pul vəsaitini idman mərc oyunlarının operatoruna təhvil vermiş və bunun müqabilində 1.000 manat haqq almışdır. Bu halda sadələşdirilmiş verginin məbləğləri aşağıdakı kimi olacaqdır:

Operator üçün: 30.000 x 6%= 1.800 manat

Satıcı üçün: 1.000 x 4% = 40 manat

Xatırladaq ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 824 825 826 827 828 829 830 2. 685