Boris Conson “Amazon” şirkətini vergi ödəməyə məcbur edəcək

posted in: Xəbər | 0
birbank biznes

İngiltərənin baş naziri Boris Conson bəyan edib ki, dünyanın ən varlı adamı Ceff Bezosa məxsus “Amazon” şirkətini dövlət büdcəsinə “ədalətli vergi payını” ödəməyə məcbur edəcək. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

“Amazon” şirkətinin rəhbəri ilə görüşdə Conson şirkətin vergi hesabatlarını müzakirə etməyi planlaşdırır. Dünya liderləri texnologiya nəhənginin dövlətlərin büdcələrinə ayırmalar üzrə öhdəliklərini vicdanla yerinə yetirdiyinə şübhə edirlər. Britaniya hökuməti “Amazon” tərəfindən ödənilən vergilərin miqdarından narahatdır. Belə ki, “The Guardian” nəşrinin məlumatına görə, sözügedən şirkətin gəlirləri 2020-ci ildə Böyük Britaniyada 20,63 milyard funta (28,24 milyard dollar) yüksəlib ki, bu da 50 faizdən çox artım deməkdir.

İyun ayında Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən Böyük yeddilik dünyanın ən böyük texnoloji şirkətlərinin vergiyə cəlb edilməsi haqqında sazişin imzalandığını elan etmişdilər. Sənəd “Amazon”, “Facebook”, “Apple” və “Alphabet” (“Google”un ana şirkəti) kimi rəqəmsal nəhənglərin fəaliyyətini tənzimləmək üçün nəzərdə tutulmuşdur. Yeni razılaşmaya əsasən, G7 ölkələri korporativ verginin minimum dərəcəsini 15 faiz müəyyən edəcəklər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email