İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İqtisadçı ekspert Radil Fətullayev idman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması qaydasını izah edib.
İdman mərc oyunlarının operatoru kimi sadələşdirilmiş vergi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinin 6 faizi, idman mərc oyunlarının satıcısı kimi həmin oyunların operatorunun verdiyi komisyon haqqının 4 faizi miqdarında hesablanır.
Misal: Mərc oyunlarının satıcısı Məmmədov Tural oyun iştirakçılarından qəbul edilmiş 30.000 manat pul vəsaitini idman mərc oyunlarının operatoruna təhvil vermiş və bunun müqabilində 1.000 manat haqq almışdır. Bu halda sadələşdirilmiş verginin məbləğləri aşağıdakı kimi olacaqdır:
Operator üçün: 30.000 x 6%= 1.800 manat
Satıcı üçün: 1.000 x 4% = 40 manat
Xatırladaq ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.
Mənbə: vergiler.az
Bax:
İşsizlikdən sığorta ödənişinin verilməsi hansı hallarda dayandırılır?
Bir dəfə işsizlikdən sığorta ödənişi almış şəxs onu yenidən nə vaxt ala bilər?
İxtisar olunan işçilərə müavinət necə hesablanır?
Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar