Daxili audit kadrlarının hazırlanması üzrə növbəti təlim keçiriləcək
İdarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulmuşdur.
Daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına təlabatın artmasını nəzərə alaraq Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrların hazırlanmasına başlanılmışdır.
Təlim ödənişlidir.
Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.
Təlimdə iştirak etmək istəyən şəxslər Auditorlar Palatasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Təlimdə iştirak etmək üçün müəyyən olunmuş formada ərizə;
– Şəxsiyyət vəsiqəsinin surəti.
Təlimin başlama tarixi: 25 oktyabr 2021-ci il.
Təlimin müddəti: 24 saat.
Həftədə: 2 gün.
Dərs müddəti: 2 saat.
Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.
Ünvan: S.Y. Bakuvi küçəsi, 35
Əlaqə telefonları: (012) 465-21-75; Mob-Whatsapp: 055 866 44 29.
Mənbə: audit.gov.az


İşəgötürənlərlə işçilər arasında mübahisə yaradan məsələlərdən biri də ixtisar edilən işçiyə müavinət hesablanmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
2021-ci ilin 8 ayı üzrə dövlət büdcəsinə 5,833 milyard manat (proqnozdan 1.1 milyard manat artıq) daxil olmaqla proqnoza 123,7% əməl edilib. İqtisadçı Fərhad Hüseynli bildirib ki, bu, büdcə gəlirləri üzrə tarixi rekord göstəricidir. Onun sözlərinə görə, audit və operativ vergi nəzarəti tədbirlərinin əvvəlki illərlə müqayisədə dəfələrlə azaldığı, qeyri-dövlət və qeyri-neft sektoruna, mikro sahibkarlığa əhəmiyyətli güzəştlərin verildiyi şəraitdə bu nəticənin göstərilməsi təqdirəlayiq hal olmaqla, Dövlət Vergi Xidməti əməkdaşlarının ciddi əmək və səylərinin göstəricisidir:
“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib.