Analitik passiv gəlirlərin təhlükəliliyi ilə bağlı xəbərdarlıq edib

posted in: Xəbər | 0

Orta əmək haqqı, təmir xərcləri, istismar xərcləri, Əmək məzuniyyəti, Qismən ödənişli məzuniyyət, Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,“Fridom Finans”ın analitiki Yevgeni Mironyuk passiv gəlirlərin təhlükəliliyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, onlar öz-özlüyündə təhlükəli deyillər, problem ona olan münasibətdədir, “Praym” agentliyi xəbər verib.

Ekspertin sözlərinə görə, insanlar hesab edəndə ki, aktivlərə nəzarət etməmək də olar, bu düşüncə yanlışdır, çünki daşınmaz əmlak dəyərdən düşə bilər və xarici valyutadakı əmanətlər sıfırlana bilər. Mütəxəssis bazarlarda, siyasətdə və iqtisadiyyatda vəziyyəti daim izləməyi məsləhət görüb.

Mironyuk əlavə edib ki, buna kapital sahibinin yerinə aktivlərin idarə olunması üzrə peşəkar bir idarəedici də nəzarət edə bilər. Lakin şəxsi nəzarət hələ də vacibdir, buna görə də passiv gəlir vaxt və diqqət tələb edir. Analitik xatırladıb ki, bazar hadisələrinin əksəriyyətinin mümkünlüyünü əvvəlcədən nəzərə almaq lazımdır. O, uzunmüddətli perspektivdə anons edilən əsas dərəcənin yüksəlişini nümunə gətirib və təxmin edirik, kəskin yüksəliş tsikli sona çatır.

“Şərti sabit gəliri olan bir sıra alətlər üzrə gəlirlilik dərəcələri inertlidir və bir neçə ay ərzində menecerlər OFZ-nin portfellərinə (əsasən uzunmüddətli) depozitlər, korporativ istiqrazlar əlavə edəcəklər” – mütəxəssis söylədiklərini yekunlaşdırıb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?

posted in: Xəbər | 0

Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?

Sual: A şirkəti (hüquqi şəxs) digər B şirkətinə (hüquqi şəxsə) borc müqaviləsinə əsasən 3 (üç) million manat məbləğində və 5 (beş) il müddətinə borc verir. Müqavilədə qeyd olunur ki, borc üzrə faiz tədbiq olunmur və bu şirkətlərdən A və B şirkətlərinin heç biri kredit şirkəti deyil və borc (kredit şərtlərilə verilən) kredit borcu deyil. Müqavilədə göstərilmiş borc məbləği və göstərilmiş müddətdə alınmış borc hissələrə bölünərək hissə-hissə borc verənə qaytarılacaqdır. Yekunda 3 million manat alınmışdırsa 3 million manat da qaytarılır. Heç bir cərimə gecimkə olmur və buradan heç bir tərəfdə gəlir və ya pul vəsaitinin artımı əmələ gəlmir. İndi maraqlıdır yuxarıda qeyd olunanları nəzərə alaraq vergi tutma tədbiq olunacaqmı və nə olunarsa hansı əsaslarla?

Cavab: Bildiririk ki, tərəflər arasında yaranan borc münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Mülki Məcəllənin 740-cı maddəsinə əsasən görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bunlarla yanaşı, Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Hüquqi şəxs tərəfindən digər hüquqi şəxsə kreditlərin faizsiz verilməsi zamanı faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və həmin faizlərin məbləği borc verən müəssisənin vergi tutulan gəlirlərinə aid edilməlidir.

Bu zaman hüquqi şəxsdən borc alan müəssisə vergitutma məqsədləri üçün bazar qiyməti nəzərə alınmaqla alınmış borc məbləğinə hesablanmış faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutub dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 104-cü, 108-ci, 123-cü və Mülki Məcəllənin 739-cu maddələri

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi sahibkarlara xəbərdarlıq edib

posted in: Xəbər | 0

aktiv vergi ödəyiciləri, Sahibkarlıq subyektləri, İqtisadiyyat Nazirliyi, vergi ödəyicisi, sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli ərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyinin sahibkarlara ünvanladığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxlərin işçilərinin (əmək və yaxud mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80%-nin COVID-19-a qarşı I doza, 1 oktyabr tarixindən isə II doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildiriş göndərməyə başlayıb. Bildirilir ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanında şikayətə baxılması

posted in: Xəbər | 0

büdcə, Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıVergi orqanında şikayətə baxılması barədə:

Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir.

Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.

Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

Əsaslandırma: Vergi Məcəlləsinin 63.1-ci və 63.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 898 899 900 901 902 903 904 2. 705