Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor adı almaq üçün onlayn imtahan keçirilmişdir

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2020-ci il 14 iyul tarixli 1/19 saylı “Azərbaycan Respublikasının Auditorlar Palatasında auditor adı almaq üçün imtahanların onlayn qaydada keçirilməsi barədə” Sərəncamına uyğun olaraq, 2021-ci 30 iyul tarixində auditor adı almaq üçün müraciət etmiş şəxslərə və bir qrup auditorlara auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrinin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar onlayn şifahi imtahan keçirilmişdir. İmtahanda ümumi 16 nəfər iştirak etmişdir.

Mənbə: audit.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

posted in: Xəbər | 0

Həyatın yığım sığortası, Sosial sığorta haqqı, icbari sığorta, Yerli sığorta, sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

Onların sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Mənbə: its.gov.az

 


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Başqa işə keçirilmənin sənədləşdirilməsi

posted in: Xəbər | 0

Başqa işə keçirilmə

Gəlir vergisindən güzəşt, rəsmiləşdirmə, VÖEN, hüquqi şəxs, fiziki şəxs, gəlir vergisi, rəsmiləşdirmək sədərək MMC sənədlər sənədləşməBir çox hallarda işəgötürənlər əmək müqavilələrində aparılmış dəyişiklikləri əmr əsasında rəsmiləşdirirlər. Burada nələrə diqqət yetirilməlidir? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələyə tam aydınlıq gətirmək üçün ilkin olaraq Əmək Məcəlləsinin 82-ci maddəsinə nəzər yetirək.

Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi

Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

İşəgötürənlər maddənin birinci cümləsində yazılmış “…əmək şəraitinin, əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin əmri, qərarı, sərəncamı ilə sənədləşdirilə bilər…” ifadəsini əsas kimi götürürlər.

Amma məsələ tamamilə başqa yolla həll olunmalıdır. Bunun üçün maddənin ikinci cümləsi nəzərə alınmalıdır: əmr verilməzdən əvvəl əmək müqaviləsində dəyişikliyin və əlavələrin olunması üçün məcəllənin digər qaydalarına əməl edilməlidir.

Bu sualın cavabı Əmək Məcəlləsinin 46-cı maddəsində əks olunub.

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

Deyilənləri aydınlaşdırmaq üçün misala baxaq:

Misal: Tutaq ki, işçinin əməkhaqqı 1 avqust 2020-ci il tarixindən artırılaraq 1000 manat olmuşdur. Bununla bağlı ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin ()ƏƏSMN) bildiriş bazasında 1 avqust 2020-ci ildə dəyişiklik edilmişdir. Həmin tarixdə işçinin əməkhaqqı artırılaraq 1000 manat olması barədə əmr verilmişdir. Amma əmək müqaviləsinə əlavə və ya dəyişiklik tərtib edilməmişdir.

Digər işçinin əməkhaqqı artırılmış və bu barədə 1 avqust 2020-ci il tarixində əmr verilmişdir, müqaviləyə əlavə tərtib edilib imzalanmışdır. Amma ƏƏSMN-in bazasına dəyişiklik bildirişi daxil edilməmişdir.

Üçüncü işçi ilə bağlı isə əməkhaqqının 1000-a artırılması ilə bağlı əmək müqaviləsinə əlavə imzalanmış və ƏƏSMN-in bildiriş bazasına daxil edilmişdir, əmr isə verilməmişdir.

Sual: Bu sənədləşmənin hansı düzgündür və hüquqi qüvvəyə malikdir?

Birinci halda artırılma tam rəsmiləşdirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən dəyişiklik bildiriş bazasına salınmış, əmr verilmişdir, amma nəzərə alınmamışdır ki, bütün bu proseslərin başlanması üçün 46-cı maddəyə əsasən müqaviləyə əlavə və ya dəyişiklik olmalıdır. Hətta bildirişin əmək münasibətlərini tam hüquqi qüvvəyə mindirməsinə baxmayaraq, ilkin olaraq müqavilə bağlanmalı, müqaviləyə əlavələr edilməlidir. Əgər bu, yoxdursa, əməliyyatın hüquqi qüvvəsi olmur. Ona görə də birinci halda sənədləşmə hüquqi qüvvəyə malik deyildir.

İkincı halda da dəyişikliyin hüquqi qüvvəsi olmayacaqdır. Ona görə ki, müqaviləyə əlavələr olsa, əmr verilsə də, ƏƏSMN-in bildiriş bazasında dəyişiklik edilməmişdir. Buna görə də sənədləşmə hüquqi qüvvəyə malik olmur.

Üçüncü halda əmr verilməməsinə baxmayaraq dəyişikliyin hüquqi qüvvəsi vardır. Ona görə ki, belə əmrlərin verilməsi 82-ci maddəyə görə məcburu deyildir. Yəni əmr verilə də bilər, verilməyə də. Əsas odur ki, müqaviləyə əlavə və dəyişiklik edilsin və ƏƏSMN-in bildiriş bazasına daxil edilsin.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu il aktiv vergi ödəyicilərinin sayı artıb

posted in: Xəbər | 0

Sahibkarlıq subyektləri, İqtisadiyyat Nazirliyi, vergi ödəyicisi, sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,“Azərbaycanda iqtisaid aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu ilin I yarısında ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, əlavə dəyə vergisi (ƏDV) ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 olub”, – o qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 899 900 901 902 903 904 905 2. 705