Türkiyədə kino biletlərinə görə tamaşaçılardan vergi tutulmasının dayandırılma müddəti uzadılıb

posted in: Xəbər | 0

pandemiya, vergi güzəştləri, vergi, özəl rabitə vergisi,Türkiyə Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “əyləncə vergisi” kimi tanınan kino biletlərinə görə tutulan vergiyə sıfır dərəcənin tətbiqi müddəti 2022-ci il may ayının 31-dək uzadılıb.

Qeyd edək ki, qardaş ölkənin qanunvericiliyinə əsasən, biletlə giriş olan yerlərdə tamaşaçılar biletin qiymətinin 10 faizi qədər vergi ödəyirlər. Sirk, lunapark, musiqili bağça kimi əyləncə yerlərində isə bu verginin dərəcəsi 20 faizə qədər artır.
Türkiyədə yerli və xarici filmlərin nümayişi üçün tutulan əyləncə vergisinin dərəcəsi əvvəlcə 2021-ci il mayın 31-dək sıfıra endirilmişdi. Sonradan bu müddət iyul ayının sonuna qədər uzadıldı. Prezidentin yeni bir fərmanına əsasən isə yerli və xarici filmlərə baxmaq istəyənlər gələn il may ayının sonuna qədər əyləncə vergisi ödəməkdən azad ediliblər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vətən müharibəsi qəhrəmanlarına gəlir vergisi üzrə əlavə güzəştlər verilib

posted in: Xəbər | 0

Gəlir vergisindən güzəşt, güzəşt, gəlir vergisi. vəsait,Prezident İlham Əliyevin 2021-ci il 12 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin qanunla Vergi Məcəlləsinin 102-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərinə münasibətdə gəlir vergisi üzrə güzəşt müəyyən edilib.

Belə ki, qanun qüvvəyə mindikdən sonrakı dövrdə Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.6 maddəsində nəzərdə tutulmuş vergi güzəşti ilə yanaşı, əlavə olaraq həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Hazırda Vətən müharibəsi qəhrəmanlarının bir qismi əmək fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan, son dəyişiklik dövlət və neft sektorunda çalışan belə şəxslərin muzdlu işdən gəlirləri üzrə vergi yükünün azalmasına gətirib çıxaracaq.

Bununla yanaşı, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq əməkhaqqı 8000 manatadək olan şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 2019-cu il yanvarın 1-dən 7 il müddətinə gəlir vergisindən ümumiyyətlə azaddırlar. Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir.

Bu gün ölkəmizdə aparılan sosial siyasətin başlıca istiqamətlərindən biri şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Vergi qanunvericiliyində edilmiş son dəyişiklik torpaqlarımızın işğaldan azad olunması uğrunda igidlik göstərən və tarixi missiyanın öhdəsindən uğurla gələn mübariz qəhrəmanlarımıza dəstək prosesinin bir hissəsidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti aksiz vergisindən yayınan 2 sahibkarı nəzarətə götürüb

posted in: Xəbər | 0

vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi üzərində nəzarəti davam etdirir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, fərdi sahibkar Aslanov Natiq Gülmirzə oğlunun tütün məmulatlarının topdansatış mərkəzlərindən belə məhsulları əldə edə bilməməsi ilə bağlı müraciəti hərtərəfli və obyektiv araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisi ötən il elektron qaimə-faktura ilə cəmi 22,6 min manat (ƏDV ilə) dəyərində mal alınıb ki, bunun da 10,34 min manatı tütün məmulatları olub.

2021-ci ildə isə onun əldə etdiyi tütün məmulatlarının həcmi kəskin artıb. Belə ki, vergi ödəyicisi elektron qaimə-faktura ilə 206,5 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alıb ki, bunun da 203,14 min manatını tütün məmulatları təşkil edib. Həmçinin vergi ödəyicisinin oğlu, vergi orqanlarında fərdi sahibkar kimi uçotda olan Aslanov Şahin Natiq oğlu da 2021-ci ildə (may-iyun aylarında) elektron qaimə-faktura ilə 155,4 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alınıb ki, bunun da hamısı tütün məmulatları olub. Tütün məmulatlarının alışının böyük həcmdə olmasına baxmayaraq, həmin dövrdə hər iki vergi ödəyicisinin elektron qaimə-faktura tərtib etmədən mallar təqdim etdiyi müəyyən edilib.

“Aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi Qaydaları” haqqında ölkə prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər müəyyənləşdirilib. Həmin tələblərin 3.2-ci bəndinə əsasən, markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi orqanlarında uçotda olan şəxslərə mal, iş və xidmətlər təqdim etdikdə elektron qaimə-faktura göndərməlidir.

Araşdırmalar zamanı müəyyən edilib ki, fərdi sahibkar N.Aslanov və oğlu Ş.Aslanov topdansatış mərkəzlərindən əldə etdikləri aksizli malların sonradan nağd qaydada və elektron qaimə-faktura tərtib edilmədən satışını həyata keçirib ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir və fərdi sahibkarın, həmçinin malları satdığı subyektlərin vergidən yayınması üçün şərait yaradır.

Topdansatış mərkəzləri fərdi sahibkarların malları pərakəndə satış qaydasında deyil, topdan nağd qaydada satışına yönəltmələri ilə bağlı əsaslı şübhələr yaranması səbəbindən, həmin şəxslərə tütün məmulatlarının satışını məhdudlaşdırıb və qanunvericiliyin tələblərinin pozulması, haqsız rəqabət mühitinin formalaşdırılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hazırda hər iki fərdi sahibkarın fəaliyyəti, aksizli malların dövriyyəsi və satışı zamanı yol verilmiş hallar araşdırılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı malların satılması və satış məqsədilə alınması zamanı mövcuq qanunvericiliyin tələblərinə riayət edilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri lüzumsuz sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu ilin I yarısında vergi daxilolmaları üzrə proqnoz 124% yerinə yetirilib

posted in: Xəbər | 0

dövlət rüsumu, dövlət qeydiyyatı, Vakansiya: Vergi üzrə mühasib, əvəzləşdirmə, inventarlar üzrə mühasib, vakansiya, xərclərin tanınması, Mədaxil qəbzləri, kassa çeki, icarə haqqı, gəlir vergisi, hüquqi şəxs, torpaq vergisi, gəlir vergisi,vergitutma, yükdaşımalar,Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilr ki, daxilolmalar üzrə proqnoz 124,4% yerinə yetirilib.

O cümlədən qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 183,9 milyon manat olub və proqnozdan əlavə büdcəyə 498,8 milyon manat ödənilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 905 906 907 908 909 910 911 2. 692