Dövlət qulluqçularına əlavə məzuniyyətin hesablanması

posted in: Xəbər | 0

Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluqçularının əmək fəaliyyəti ilə bağlı bir sıra xüsusi şərtlər nəzərdə tutulub. Bunlardan biri də əlavə məzuniyyətin hesablanmasıdır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Əmək Məcəlləsinin 112-ci maddəsinin a-bəndinə əsasən, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Əmək məzuniyyəti Məcəllənin 113-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq hər il müvafiq iş ili üçün verilir.

Əmək Məcəlləsinin 116-cı maddəsində isə əmək stajına görə əlavə məzuniyyətin müddətləri göstərilib.

Bununla yanaşı, Məcəllənin 135-ci maddəsinin 2-ci bəndində göstərilib ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi zamanı Məcəllənin 116-cı maddəsində qeyd edilən əmək stajına görə əlavə məzuniyyətlərə görə pul əvəzi verilmir.

Dövlət qulluqçuları üçün əsas məzuniyyət Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü bəndinin b-yarımbəndinə əsasən müəyyənləşdirilib. Bu maddəyə görə, qulluq keçən dövlət qulluqçularına 30 təqvim günü əsas məzuniyyət verilir.
“Dövlət qulluğu haqqında” Qanunun 30.3-cü maddəsində isə göstərilib ki, inzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət isə aşağıdakı qaydada verilir:

– 5 ildən 10 ilədək əmək stajına görə – 2 təqvim günü;

– 10 ildən 15 ilədək əmək stajına görə – 4 təqvim günü;

– 15 ildən çox əmək stajına görə – 6 təqvim günü;

Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.

Misal: İşçi 1 mart 2020-ci ildə müsahibə əsasında dövlət qulluğuna işə qəbul olunub. Onun ümumi stajı 12 ildir. 1 aprel 2021-ci ildə 2020 (mart) -2021-ci (fevral) iş ilinə görə əmək məzuniyyətinin 20 günündən istifadə edib və 1 iyun 2021-ci il tarixində öz ərizəsi ilə işdən ayrılıb. Bu zaman işçiyə neçə gün istifadə olunmamış əmək məzuniyyətinə görə pul əvəzi ödənilməlidir?

Yuxarıda qeyd edilənləri nəzərə alaraq 2020 (mart) -2021 (fevral) iş ilinə görə istifadə olunmamış əsas məzuniyyətdən qalan 10 gün və əlavə olaraq əsas məzuniyyətdən 2021-ci ilin 3 ayı (mart, aprel, may) üçün qalan 7,5 gün istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilməlidir.

30:12×3=7,5 gün
10=7,5=17,5 gün

Beləliklə, həmin işçiyə göstərilən şərtlər daxilində 17,5 gün üçün ödəniş hesablanmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qırmızı ürəklər” 2021-ci il ərzində minlərlə insana müxtəlif yardımlar edib

posted in: Xəbər | 0

“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu ölkə üzrə xeyriyyəçilik işlərini davam etdirərək, minlərlə insana müxtəlif yardımlar edir. 2021-ci ilin ilk 6 ayı ərzində 800 nəfərdən artıq Qarabağ müharibəsi qazisinə ümumilikdə 500 min manat məbləğində dəstək göstərilib. Onlara birdəfəlik maddi yardımlarla yanaşı tibbi dəstək, təmir-tikinti işləri, bayramlarda hədiyyə, məişət texnikasının alınması kimi ehtiyacları fond tərəfindən qarşılanıb.

Cari ilin aprel-may ayları fondun təşkilatçılığı ilə “Vətən Bağı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 1-ci və 2-ci Qarabağ müharibələri zamanı hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkiləcək. Hələlik Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında olan ağacəkmə aksiyaları zamanı 900-ə yaxın ağac əkilib. Payız mövsümündə analoji tədbirlər digər rayonlarda da keçiriləcək. Ağacəkmə aksiyası PAŞA Holdinqin, Kapital Bank-ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilib.

Bundan başqa 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank ilə birgə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” sosial aksiyası keçirilib. Layihə zamanı Daun sindromlu uşaqlar üçün qurama, modellik, inklüziv hərəkət və rəqs, rəsm və gil sənəti, ippoterapiya və pizza hazırlanması kimi təlimlər təşkil edilib. 20 nəfər Daun sindromlu uşaq və yeniyetmənin iştirak etdiyi təlimlərlə bağlı qısa video çarx da hazırlanıb – https://youtu.be/KnSmpgpiArI. Layihə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.

İndiyədək “Qırmız ürəklər” tərəfindən 3000-dən artıq əsgər qazi ailəsinə müxtəlif yardımlar göstərilib. Könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, yüzlərlə  aztəminatlı ailələrə yardım göstərilib. Yeni il ərəfəsində isə “Qəhrəmanlarımızın övladları bizə əmanətdir” aksiyası çərçivəsində bütün şəhid övladlarına bayram hədiyyələri təqdim edilib. Bütün sadalanan işlərə 1,5 milyon manatdan artıq vəsait xərclənib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa rəqəmsal valyutaya doğru ilk addımları atıb

posted in: Xəbər | 0

Avropa Mərkəzi Bankı (AMB) virtual valyutaya doğru ilk addımları atıb və rəqəmsal avro yaratmaq layihəsini təsdiqləyib. AMB hesab edir ki, internet dövründə avropalıların təhlükəsiz pula rahat giriş imkanı olmalıdır, – bu haqda təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.

AMB-nin mətbuat press-relizində deyilir ki, yaxın iki il ərzində Aİ-nin virtual valyutasının inkişafı və yayılması prinsiplərini müəyyənləşdirəcək tədqiqatlar aparılacaq. Son doqquz ay ərzində AMB və avrozonanın bankları tərəfindən aparılan eksperimentlərin nəticələri buna əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

Tənzimləyici orqanın planında – ortaya eyni zamanda elə bir rəqəmsal avro qoymaqdır ki, o, həm istifadədə asan olsun və həm də fırıldaqçılardan ötrü əlçatmaz olsun. Əsas məsələ də odur ki, bundan ötrü hələ ki, hər hansı bir texnoloji maneə tapılmayıb. Bundan əlavə, virtual avro digər kriptovlyutalardan daha ekoloji olacaqdır. AMB bəyan edir ki, saniyədə on minlərlə əməliyyatların aparılmasından ötrü, məsələn, bitkoinlə müqayisədə daha az enerji tələb olunacaqdır.

Lakin, dövriyyəyə buraxılma ilə bağlı yekun qərar hələ qəbul edilməyib və bu, sonradan elan ediləcək. İstənilən halda rəqəmsal variant fiziki pulları sıxışdırmayacaq, əksinə, bir növ onları tamamlayacaqdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan sahibkarlarının dövlət tenderlərində iştirakı asanlaşdırılacaq

posted in: Xəbər | 0

tenderİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iyunun 22-dən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə əlaqədar dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul 100-ə yaxın nümayəndəsinin iştirakı ilə onlayn görüş təşkil edib.

Məlumata görə, görüşdə dəyişikliklərin sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaratdığı vurğulanıb.

Tədbir iştirakçılarına məlumat verilib ki, dəyişikliklər kotirovka sorğusu və təkliflər sorğusu metodlarının təşkili üzrə müddətlərin konkret müəyyən edilməsi, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun, həmçinin tender təkliflərinin açılması və qiymətləndirilməsi müddətinin dəqiqləşdirilməsi, tender təklifinin kənarlaşdırılmasına dair əsaslandırılmış qərarın malgöndərənə (podratçıya) göndərilməsi, müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildirişin göndərilməsi müddətləri, kotirovka sorğusu metodunun, texniki şərtlərin və icazələrin elektronlaşması, müqavilənin yerinə yetirilməsi təminatının şərtləri, satınalmalarda iştirak haqlarının məbləğlərinin azaldılması məsələlərini əhatə edir. Bundan başqa, dəyişikliklərə əsasən, satınalan təşkilatların “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş müvafiq müddətin və satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozmasına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulduğundan, iştirakçılara qanunvericiliyin tələblərinə tam riayət edilməsi tövsiyyə edilib.

Görüşdə həmçinin, iştirakçılar ilə dəyişikliklərdən sonra dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması və sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə: report.az


1 903 904 905 906 907 908 909 2. 692