Emosiyalarınıza nəzarət edə bilmirsiniz? Alimlər bunun səbəbini izah ediblər

posted in: Xəbər | 0

Məhz, emosional dayanıqsızlıq səbəbindən bir çox insanlar ətrafında olanlarla, ailədə və iş yerində problemlər yaşayırlar.

Sən demə, bunun əsas səbəbi beynin müəyyən bir sahəsi ilə bağlı imiş. 87 könüllünün iştirak etdiyi və İsveçin Karolinska institutu tərəfindən həyata keçirilən uzun sürən tədqiqatlardan sonra alimlər belə bir nəticəyə gəliblər.

Könüllülər MRT-nin köməyi ilə xüsusi müayinədən keçiblər. Sonra isə emosiyalarını tənzimləməklə bağlı öz problemlərini qeyd etməklə, anketdə qoyulan suallara cavablar veriblər.

Nəticədə MRT-də çəkilən təsvirlər göstərib ki, yüksək emosional ifadəyə malik adamların beyninin alın payının aşağı sahəsi (orbitofrontal) digər insanlarla müqayisədə daha kiçik həcmə malikdir. Göründüyü kimi, emosiyaları da məhz, beynin həmin hissəsi tənzimləyir.

Orbitofrontal qabığın həcmi nə qədər kiçikdirsə, insan bir o qədər çox problemlər yaşayır. Həmçinin qeyd olunur ki, orbitofrontal qabığın həcminin balacalığı, şəxsiyyəti hüdud və antisosial pozuntulu pasiyentlərdə müşahidə olunur.

Tədiqatlar nəticəsində əldə olunan nəticələr, insanların emosiyalarını tənzimləmək qabiliyyətində bir kontiniumun mövcud olması ilə bağlı ideyanı dəstəkləyir və kimsə spektrin lap sonundadırsa, belədə ehtimal ki, onun cəmiyyətdəki fəaliyyət sahəsində problemlər var və bu psixiatrik diaqnoza gətirib çıxarır.

Eyni zamanda qeyd etmək lazımdır ki, Kaliforniya Universitetindən olan alimlər sübut ediblər ki, müxtəlif mobil cihazlar uşaqlara başqalarının emosiyalarını görməyə mane olurlar. Şagirdlərə fərqli emosiyalarda olan adamların foto və videolarını göstəriblər. Onlardan həmin insanların o məqamda nə hiss etdiklərini müəyyən etməyi xahiş ediblər. Elmi eksperiment ətraflı şəkildə bunu aşkara çıxarıb: mobil cihazları əllərindən alınan uşaqlar artıq beş gündən sonra, qadjetlərlə oynamaqda davam edən nəzarət qrupunda olanlardan daha yaxşı nəticələr göstərməyə başlayıblar. Növbənin əvvəlində birinci qrupdan olanlar təxminən 14 faiz səhvə yol verirdilərsə, iki həftədən sonra bu 9 faizə düşüb. Cihazları əllərindən alınmayan uşaqlarda isə səhvlər olduğu kimi qalıb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)

posted in: Xəbər | 0

Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)

Bruney

Bu ölkənin küçələrində asqırmaq olmaz. Əgər, təsadüfən asqırsanız, sizə dərhal böyük bir cərimə yazılacaq.

Bu ölkədə nələrisə barmaqla göstərmək, sarı rəngdə geyim geyinmək qəti qadağandır.

Allah qorusun, birdən kiminləsə əl tutub görüşəsiniz və ya ayaqqabınızın altını nümayiş etdirmək fikrinə düşəsiniz…

Burada həyat darıxıdırıcıdır – nə “gecə həyatı” var, nə nə bir gecə barı və ya diskoteka var.

Amma, buna baxmayaraq, hər il milyonlarla insan bu ölkəyə gəlməyi arzu edirlər…

Hər yan yaşıllıqla örtülüb…

Bruney sultanlığı Cənub-Şərqi Asiyanın xəritəsində kiçik bir yerdir. Amma hələ XVI əsrdə bu iri və güclü bir dövlət idi – onun ərazisi təkcə nəhəng Kalimantan adasının böyük bir hissəsini əhatə etmirdi, həm də hazırda İndoneziyanın tərkibində olan bir sıra qonşu adalar da onun tərkibinə daxil idi. Lakin bəzi Bruney sultanlarının səhlənkarlığı nəticəsində onun ərazisi 10 dəfə azalıb! Bu gün qərbdən şərqə ölkəni avtomobildə cəmi 2 saata qət etmək mümkündür. Qəribə də olsa ərazilərin kəskin şəkildə azalması, sərvətin kəskin şəkildə artmasına gətirib çıxardı. Öz torpaqlarının demək olar ki, hamısını itirən Bruney sultanları dünyanın ən varlı adamlarına çevrildilər. Bu gün Bruney – planetin ən mikroskopik ölkələrindən biridir. Eyni zamanda ən varlı ölkələrindən biri. Bütün bunların səbəbi neftdir. Dünyanın istənilən otelində bir həftə qalan Bruney sultanı təkcə çay pulu kimi 200 min dollarlıq pul hədiyyə edir.
Bruney sözü tərcümədə  “dünyanın bəxtiyar iqamətgahı” mənasını verir. Bu həqiqətən də belədir.

Əgər, siz bruneyliyə nə qədər vergi ödəyirsən sualını versəniz, təəccüblə üzünüzə baxar – bu axmaq əcnəbi görəsən, bilmirmi ki, Bruney sakinləri heç bir vergi ödəmirlər? Əgər, sadə bruneylilər verginin nə olduğunu bilmirlərsə, ölkənin maliyyə naziri də xarici borclar üzrə ödənilən faizlər barədə məlumatsızdır. Çünki Bruneyin prinsipcə xarici borcu yoxdur. Amma, sadə bruneyli bunun müqabilində yetərincə pul məbləği olan bir bank hesabının varlığından xəbərdardır. Ən kasıb Bruney vətəndaşının belə illik gəliri 20 min dollardan çox edir.

Bruney

Düzdür, Bruneydə də yoxsullar var.

Onlar həyatlarından narazıdırlar – özlərinə yaxta, təyyarə almaq və ya saray tikdirmək imkanları yoxdur. Onların hər birinin evi 6-7 otaqdan ibarət olur, qarajlarında 2-3 tamamilə yeni avtomobil dayanır və “kasıb” bruneyli özünə toxtaqlıq vermək üçün sadəcə fikirləşir ki, qonşusu da elə onun özünün malik olduğu oxşar şəraitdən bəhrələnir. Əslində bruneyli kasıblar kommunizmdə yaşamasalar da, ən azından “insana dəyər verən sosializmdə” yaşayırlar. Onlar demək olar ki, işləmirlər, amma dövlətdən o dərəcədə səxavətli dotasiya alırlar ki, onlara orta səviyyəli avropalılar belə qibtə edə bilər. Yeri gəlmişkən, Bruneydə şüşə və betondan tikilmiş ultra müasir binaların qonşuluğunda daxmalara da rast gəlmək olur. Lakin, “təzadlar şəhəri sayılan Nyu-Yorku” xatırlamağa tələsməyin.

Hər bir belə “daxma” sivilizasiyaya məxsus bütöv rifah dəsti – peyk antennalarından tutmuş, sensorlu su çənlərinə kimi hər şeylə təchiz edilib. Sadəcə həmin sakinlər öz keçmişlərini çox sevirlər. Öz ulu babalarının yaşadıqları kimi həyat sürmək istəyirlər və yeni, ultra müasir evlərə köçmək istəmirlər. Düzdür, bununla belə peyk antenalarından əl çəkməyi də düşünmürlər.


2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nəzarət-kassa aparatı çeklərində hansı məlumatlar olmalıdır?

posted in: Xəbər | 0

Nəzarət-kassa aparatı çeklərində məlumatlar

Hədiyyə kartı, NKA çeki, Pərakəndə satış fəaliyyəti, NKA çeki, Kassa çekləri,

  1. vergi ödəyicisinin adı;
  2. VÖEN-i;
  3. çekin vurulmasının tarixi və saatı;
  4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
  8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  9. malın sürətli məlumat kodu (Quick Response Code);
  10. ödənilmiş məbləğ;
  11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Əsaslandırma: Vergi Məcəlləsinin 50.8-ci maddəsi

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçi il başa çatmamış dividend götürə bilər?

posted in: Xəbər | 0

Sual: Müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Təsisçi satışdan mədaxil olan pul vəsaitlərini bankdan ilin ortalarında hansı qaydada məxaric edə bilər?

Cavab: Bildiririk ki, təsisçi hüquqi şəxsdən pul vəsaitlərini xalis mənfəətin bölüşdürülməsi nəticəsində, dividend şəklində əldə edə bilər.

Divivend dedikdə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş başa düşülür.

Mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsinə uyğun olaraq səhmdar cəmiyyət nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər.

Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 933 934 935 936 937 938 939 2. 684