Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?

posted in: Xəbər | 0
birbank biznes

əlavə məzuniyyət, Əmək Müfəttişliyi, əmək, uşaqların əmək hüquqları,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133.3-cü maddəsinə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara;
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;hərbi qulluqçunun arvadına (ərinə);
  • əlillərə;
  • müharibə veteranlarına;
  • Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;
  • yaşı on səkkizdən aşağı olan işçilərə;
  • işləməklə yanaşı təhsil alan şəxslərə;
  • bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə.
Məcəllənin 133.4-cü maddəsinə əsasən, Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email